• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Günay Məlikli ilə əslində,,,

Cəmiyyət

18-07-2020, 00:46

GÖRKƏMLİ TİŞƏ USTASI



Günay Məlikli ilə əslində,,,


Günay Məlikli XƏBƏRNUR


İyulun 15 i Xalq rəssamı Cəlal Qaryağdının anadan olmasından 105 il ötür

Sabirin heykəli... Nərimanovun heykəli... Bakıda bu heykəlləri görməyən, bu heykəllərin qarşısında dayanıb onlara tamaşa etməyən tək-tək adam olar. Görürük, tamaşa edirik, amma çox vaxt onları yaradanın kim olduğunun fərqinə varmırıq. Bu bənzərsiz sənət əsrlərinin müəllifi Cəlal Qaryağdıdır.

Bu gün tanınmış heykəltəraş, Xalq rəssamı Cəlal Qaryağdının anadan olmasından 105 il ötür.

Cəlal Qaryağdı 1915-ci ildə iyulun 15-də Şuşa şəhərində anadan olmuşdur. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932-1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. Ötən əsrin 30-cu illərində qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltəraşlıq əsərlərini yaratmağa başlayır.

Gəncliyi müharibə illərinə təsadüf etdiyindən, bu, yaradıcılığında da öz izlərini qoyub. Bir neçə əsərinin adını çəkmək kifayətdir. Təyyarəçi Adil Quliyevin büstü, tank qoşunları general - mayoru Həzi Aslanovun, snayper Ziba Qəniyevanın portretləri. Cəlal Qaryağdının müəllifi olduğu digər portretlər - Bülbül, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Niyazi kimi məşhur insanların silsilə portretləri zamanında böyük maraqla qarşılanmışdı.

Qaryağdı yaradıcılığında Mirzə Ələkbər Sabirin abidəsi xüsusi yer tutur. Bunun maraqlı bir tarixçəsi var. 1920-ci illərdə indi gördüyümüz heykəlin yerində Sabirin betondan hazırlanmış heykəli qoyulmuşdu. Müəllifi Y.Keylixıs olan bu abidə çox keçmədən ovulub tökülməyə başlayır və texniki cəhətdən yararsız vəziyyətə düşür. Onun yenisi ilə əvəzlənməsi Cəlal Qaryağdıya həvalə olunur. Beton heykəl 1958-ci ildə indi gördüyünüz heykəllə əvəzlənir.

Bir qədər də Nəriman Nərimanovun tunc abidəsi barədə bilgi vermək istəyirik. Fikir vermisinizsə, abidənin kürsüsü heykəllə nisbətdə xeyli kiçikdir. Harmoniyanın pozulduğunu kənardan baxan sadə insan da görə bilər. Ola bilməz ki, bunun səbəbi sizi maraqlandırmasın. Elə isə qeydləri oxumaqda davam edin.

1970-ci illər idi. Heykəltəraş Nərimanovun heykəlini yüksək səviyyədə, içindən gələn milli təəssübkeşliklə hazırlayıb tamama yetirdi. Abidə yerinə qoyulduqdan bir qədər sonra ətrafı yenidən hasarlandı, heykəlin üstü kətan parça ilə örtüldü. Bunun şahidi olanlar xatırlayırlar ki, o vaxt Bakıda heykəlin götürüləcəyi barədə söz-söhbət gəzirdi. Bu söz-söhbət əsassız deyildi. Nərimanovun heykəli erməni şovinistlərinin qısqanclığına səbəb olmuşdu. Moskvaya bu məzmunda donos verilmişdi: Azərbaycanlı Nərimanovun heykəli rus Kirovun Dağüstü parkdakı heykəlindən uca alınıb və buradan millətçilik qoxusu gəlir.

Kreml işə qarışdı. İstədilər heykəli kiçiltsinlər. Amma abidə tuncdan töküldüyündən bu mümkün olmadı. Çıxış yolunu kürsünün qısaldılmasında gördülər. Bununla da heykəl-kürsü nisbəti pozuldu və kompozisiya əvvəlcədən düşünülmüş monumentallığını itirdi.

Cəlal Qaryağdı yaradıcılığının nişanələrinə təkcə Bakıda deyil, respublikanın müxtəlif şəhər və rayonlarında da rast gəlmək olar. Şair Səməd Vurğunun Qazaxda, kimyaçı alim Yusif Məmmədəliyevin Ordubadda ucaldılmış abidələri bu qəbildəndir. Səməd Vurğunun Fəxri xiyabandakı məzarüstü abidəsinin müəllifi də Cəlal Qaryağdıdır.

C.Qaryağdı heykəltəraşlığın müxtəlif janrlarında - monumental heykəl, portret, büst, qorelyef, barelyef və s. bir-birindən maraqlı əsərlər yaradıb. Görkəmli tişə ustasının yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi, obrazların mahiranə plastik həllini, kompozisiya bitkinliyini, yaradıcılıq manerasının genişliyini, surətlərin fərdi xarakterlərinin ustalıqla açılmasını, heykəltəraşın özünə qarşı yaradıcılıq tələbkarlığını və s. xüsusiyyətləri qeyd etmək olar.

Heykəltəraş 1954-cü ildə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, 1960-cı ildə isə Xalq Rəssamı fəxri adlarına layiq görülüb.

Görkəmli sənətkar 2001-ci ildə vəfat edib.

Oxunub: 581
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

18-06-2020, 17:47

Mayis Ağabəyov vəfat etdi

Cəmiyyət

24-06-2020, 15:06

Günay Məlikli ilə əslində,,,

Mədəniyyət

6-06-2020, 01:15

Günay Məlikli ilə əslində...

Mədəniyyət

29-02-2020, 10:11

Azərbaycanın xalq artisti vəfat etdi

Mədəniyyət

3-07-2020, 19:23

Günay Məlikli ilə əslində,,,

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
Bugün, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • Bugün, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • Bugün, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • Bugün, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • Bugün, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • Bugün, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • Bugün, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • Bugün, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
  • Bugün, 09:29
    Bəs “vaxtı gələndə” nə deməkdir?
  • Bugün, 09:27
    Ermənistanda 3 nazirliyin adı dəyişdirildi
  • Bugün, 09:24
    Daşqın nəticəsində ölənlərin sayı 500-ə çatır
  • Bugün, 09:22
    İlin son Ay tutulması başlayıb
  • Bugün, 09:20
    UEFA reytinqində Azərbaycanın mövqeyi
  • Bugün, 09:18
    7 ölkə İrana görə İstanbulda toplaşır - kritik görüş
  • Dün, 16:22
    Prezident “Sabah”a 5 milyon pul ayırdı
  • Dün, 16:06
    Müasir Azərbaycan cəmiyyətində qadın ziyalı obrazını ləyaqətlə təmsil edən Mina Şirinova (Minə Aqil), həm təhsil rəhbəri, həm də istedadlı qələm sahibi kimi tanınır
  • Dün, 12:03
    Məktəbli geyimlərin qiyməti aşağı salındı - SATIŞ ÜNVANLARI
  • Dün, 11:29
    Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb
  • Dün, 10:28
    Rayonlara leysan yağıb - FAKTİKİ HAVA
  • Dün, 10:23
    Son 20 ildə Bakıya 200 milyard dollar xərclənib? - Açıqlama
  • Dün, 10:00
    Bu gün püşkatmadır - “Sabah”ın rəqibləri bəlli olacaq
  • Dün, 09:35
    Azərbaycan neftində geriləmə davam edir - 91 dollara düşdü
  • Dün, 09:32
    Əlcəzairdə meşə yanğınları - 12 ölü, 54 yaralı
  • Dün, 09:22
    Nigar Fərhad saxlanıldı
  • Dün, 09:19
    Türk dövlətlərinə şəxsiyyət vəsiqəsi ilə getmək mümkün olacaq - ANONS
  • Dün, 09:14
    Koçaryan xəstəxanada həbs olundu
  • Dün, 09:12
    Paytaxtın əsas yollarında hərəkət çətinləşib
  • 26-08-2026, 16:12
    26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
  • 26-08-2026, 15:45
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
  • 26-08-2026, 14:40
    Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
  • 26-08-2026, 13:36
    Rafael Əhmədov Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günü münasibətilə təbrik edir.
  • 26-08-2026, 13:22
    26 avqust – Laçın şəhəri günü
  • 26-08-2026, 12:43
    Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
  • 26-08-2026, 11:09
    Prezident "Sabah"ı təbrik etdi
  • 26-08-2026, 10:52
    Mehriban Əliyevanın doğum günüdür
Daha çox
Bugün, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
24-08-2026, 19:30
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 24.08.2026
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
25-08-2026, 17:52
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Mincəçevir şəhərində keçirildi. 25.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə