• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Ayaz Ayxanın kitabxanası

Cəmiyyət

5-03-2021, 11:38

Nağıyev evini əlindən aldı, bığını qırxdığı üçün nəsli ilə düşmən oldu - Ərəblinskini kim güllələyib?



Ayaz Ayxanın kitabxanası





Bu gün Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri - aktyor Hüseyn Ərəblinskinin anım günüdür.



Hüseyn Məmməd oğlu Xələfov 1881-ci ildə Bakı şəhərində yoxsul bir dənizçi ailəsində dünyaya göz açıb. Hüseynin həyatı uşaqlıqdan ehtiyac və sıxıntı içində keçib. Atasını vaxtsız itirdiyindən anasının himayəsi altında böyüyüb. Anası Hüseyni mollaxanaya qoyur. Bir neçə il burada oxuyan Hüseyn təhsil xərcini ödəyə bilmədiyinə görə mollaxanadan çıxmağa məcbur olub. Sonrakı illərdə o,"Üçüncü Rus-Tatar" məktəbini oxuyub bitirir.

O, qısa zamanda Axundovun, Hacıbəyovun, Şillerin, Qoqolun eləcə də bir çox yazıçıların əsərlərini həm səhnələşdirir, həm də həmin əsərlərin baş rollarında özünü sınayır.

Lakin həmin dövrdə tamaşa hazırlamaq, səhnədə çıxış etmək olduqca böyük çətinliklər yaradır. Buna maneçilik törədən əsas səbəblərdən biri insanların teatra olan lağlağı və biganə münasibəti, daha sonra tamaşaların oynanması üçün teatr binalarının olmaması, eləcə də bir çox qeyri-peşəkar insanların rəhbərlik etdiyi truppaların yaranması olur. Belə ki, həmin truppalar o vaxtkı aktyorları teatr mövsümündə öz tamaşalarında oynadırdı. Mövsüm bitdikdən sonra aktyorlara çox az maaş verib başlarından edirdilər. Yay fəslində aktyorlar tamamilə işsiz və pulsuz qalardı.



Tamaşa göstərmək üçün bina icarəyə götürmək külli miqdarda vəsait tələb edirdi. Çox zaman pul tapmayan aktyorlar nəyi isə girov qoymağa məcbur olurdular. Hüseyn Ərəblinskinin də tez-tez girov qoyduğu bir üzüyü var idi. Həmkarlarının "sehrli üzük" adlandırdığı bu üzük illərlə girov qalırdı. Deyilənlərə görə, Ərəblinski bu üzüyü dostu Hüseynqulu Sarabskiyə verib. Hüseynqulu Sarabskinin oğlu isə həmin üzüyü teatrşünas İnqilab Kərimova on manata satıb.

Ərəblinskinin xalq arasında böyük nüfuzu olub. O, kasıb olsa da, olduqca ziyalı və aristokrat adam olub, xalqın ziyalı kəsiminin böyük ehtiramını qazanıb. Onun kostyumu Bakıda ancaq onda varmış. Teatra gəlişindən sonra kassada bilet satılmağa başlayıb. İşlədiyi aktyorlara çayxanalara getməyi qadağan edib.

Anası ilə birlikdə atası alan evin ikinci mərtəbəsində yaşayırmış. Ərəblinski vərəm xəstəliyinə tutulanda Musa Nağıyevin bankından kreditlə pul götürüb. Sonra həmin pulu qaytara bilmədiyi üçün bank 1913-cü ildə həmin evi satışa çıxarıb. Ərəblinski yarımzirzəmiyə köçüb və ömrünün axırına qədər anası ilə orda yaşayıb. Ərəblinskinin anası Pəri xanımın atası imkanlı şəxs olub. Ancaq Pəri xanım Hüseynin atasına ərə getdiyi üçün, atası onu övladlıqdan çıxarıb və varislikdən məhrum edib.



Zaman keçdikcə, Hüseynin oynadığı yeni rollar ona ard-arda şöhrət gətirir. 1906-cı ilə qədər bütün teatr afişalarında Hüseyn Xələfov kimi göstərilən aktyor, həmin ilin oktyabr ayından Ərəblinski təxəllüsü ilə çıxış edir.

Bir çox teatr tədqiqatçılarının və aktyorun dostlarının yazılı xatirələrindən belə məlum olur ki, Hüseyn Ərəblinski həmin soyada səbəb onun tamaşalarını izləməyə gələn Hacı Zeynalabdin Tağıyevin yaşca özündən xeyli cavan olan arvadı Sona Tağıyevaya olan vurğunluğu olur.

1906-cı il sentyabr ayının 22-də Dərbəndə qastrol səfərində müsəlman truppası Dərbənd İctimai Şurasının zalında Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" tamaşasını göstərir. Aktyor Murad Muradov həmin günü sonralar belə xatırlayır:

"Birinci tamaşamızda camaat çox idi. Səhər teatrda məşqimiz var idi. Məşq zamanı Ərəblinskaya familiyalı bir müsəlman qadını səhnəyə gəldi. Bizlə tanış olub dedi ki, sizin oyunlarla çox maraqlanıram. Ancaq söhbətin çoxunu Hüseynlə edərdi. O, məşqə və bütün tamaşalara gəlirdi. Bir dəfə o bizə və Hüseynə gül gətirdi. Hüseyn ona dedi:
"Siz teatr ilə maraqlanırsınız? Gəlin səhnəyə. Mən burada sizin üçün bir həvəskarlar dərnəyi düzəldərəm".

Qadın cavab verdi ki, mən teatr ilə maraqlanıram. Çox da istərdim, teatrda iştirak edim. Ancaq onu bilin ki, bu mənim üçün çox çətin olar. Məni öldürərlər. Mən teatra və sizin yanınıza gəlməyə qorxuram. Xəlvət gəlirəm. Ancaq siz Dərbəndə tez-tez gəlin. Bakıya yolum düşsə, mən sizin teatra gəlib sizinlə görüşərəm. Bu qadın Hüseyn ilə çox söhbət edərdi. Biz gedən günü gəlib bizi ötürdü. Vaqonda gələndə Hüseyn çox bikef və fikirli deyirdi:

"O qadın heç mənim yadımdan çıxmır. Nə olardı, o mənə "partnyorşa" (tərəf müqabili - red.) olaydı. O mənə gül verdi və dedi ki, bu gül solacaq, yenə məndən sizə qoy, yadigar olsun. Mən də onu yadigar saxlamaq istəyirəm. Ona görə də bu gündən mənim təxəllüsüm "Ərəblinski" oldu". Həmin xanım Tağıyevin həyat yoldaşı Sona xanım idi...


Sona xanımın 16, Hacı Zeynalabdın Tağıyevin 73 yaşı vardı. Cəmiyyət Tağıyevin özündən yaşca çox cavan bir qızla evlənməsini birmənalı qarşılamamışdı. Təbii ki, Hüseyn məşhur milyonçunun həyat yoldaşını üzdən tanımaya bilərdi. Həmin dövrdə Sona xanımın da öz ata evinə qonaq kimi gəlməsi mümkün idi. Ancaq Hüseyn Sona xanımla görüşlərdən mümkün qədər qaçmağa çalışarmış. Hüseyn başa düşürdü ki, səhnə təxəllüsüylə bağlı yaranan söz-söhbətlər, bədxahlarının Sona xanımla onun isti münasibətləri haqqında şəhərdə buraxdığı əsaslı və əsassız şayiələr bir gün Hacının səbr kasasını daşıra bilər.

Hüseyn Ərəblinskinin ən yaxın çiyindaşlarından və dostlarından biri olan Hüseynqulu Sarabski öz xatirələrində yazırdı ki, Əbdürrəhim bəy Haqverdiyevin bir çox əsərlərində iştirak edən Ərəblinski ilk dəfə Əbdürrəhim bəylə yazıçının qaldığı "İlhamiyyə" mehmanxanasında tanış olur. Söhbət əsnasında məlum olur ki, Haqverdiyev yenicə yazıb bitirdiyi "Ağa Məhəmməd şah Qacar" əsərini tamaşaya qoyulması üçün icazə alıb. Və o, Ağa Məhəmməd şah Qacar rolunu yazarkən məhz Ərəblinskinin nəzərə tutub. Lakin, bu xəbər Ərəblinskini şad etmir. Qacar şaha oxşadılması Ərəblinskiyə toxunur və o, Haqverdiyevdən inciyib mehmanxananı tərk edir. Ərəblinskinin incik düşməsi Haqverdiyevi mütəəssir edir. İki gündən sonra aktyor Hüseynqulu Sarabski evində verdiyi xudmani bir qonaqlıqda onları barışdırır.

Öz rollarının öhdəsindən məharətlə gəlməyi bacaran Ərəblinski bir dəfə Şillerin "Qaçaqlar" pyesindəki Frans rolu üzərində evdə məşq edir. Tərəf müqabili kimi Ərəblinski stulda öz anasını əyləşdirir və rolunu oynamağa başlayır. Fransın atasını boğma səhnəsi zamanı o da iki əli ilə anasının boğazından yapışıb "qoca köpək, öl" sözlərini deyir. Bu vaxtı Ərəblinskinin anası qorxudan çığırıb qonşuları haraya çağırır.



Həmin dövrdə ən böyük narahatlıqlardan biri də qadın aktrisaların olmaması idi. Belə ki, bir çox qadın rollarını kişi aktyorlar oynamaq məcburiyyətində qalırdılar. Ərəblinski də bir çox əsərlərdə qadın rolları ifa edirdi. Bunun üçün o, hətta həmin illərdə böyük hay-küyə səbəb olacaq bir hərəkət edib, bığlarını qırxdırır. Qohum əqrəbalarının bir çoxu aktyor olduğu üçün ondan üz döndərir. Hətta onu ölümlə hədələyənlər də olur.

Deyilənlərə görə, 1919-cu il martın 4-də axşam saat 6-da Hüseyn Ərəblinskini dayısı oğlu Əbdülxalıq evlərinə qonaq çağırır. Dayısı Hacı Əbdülkərimlə aralarında mülk üstündə davaları olduğuna görə Hüseyn getmək istəməsə də, çox söhbətdən sonra həyat yoldaşı Asiyanı da götürüb onlara gedir. Qəflətən baş verən mübahisə nəticəsində Əbdülxalıq tapançasını çıxarıb Hüseyni boğazından vuraraq qaçır. Ərəblinski 38 yaşında dünyasını dəyişir.

Ərəbliniskinin ölümündən sonra onun haqqında gəzən şaiyələr -tükənmək bilmir. Onun qətlini mühafizəkar qohumları tərəfindən törədildiyi deyilsə də, daha bir fərziyyə də ondan ibarət olur ki, Ərəblinskinin qətlini məhz Hacı Zeynalabdin Tağıyev sifariş edib. Belə ki, Ərəblinskinin onun arvadına vurğunluğu və bu barədə yayılan söz-söhbət milyonçuya pis təsir edir. Arvadının onun tamaşalarına getməsi, hətta Ərəblinskiyə maliyyə yardımı da etməsi bardağı daşıran son damla olur. Və Tağıyev Ərəblinskinin ölümünə fərman verir.



1919-cu ildə mart ayının 7-də Hüseyn Ərəblinski dəfn olunur. Həsən bəy Zərdabinin dəfnindən sonra Bakı belə izdihamlı və kədərli mərasim görməmişdi.

Cənazə aktyorun evindən qaldırılıb Təzə pir məscidinə aparılır. Orada bir mitinq olur. Tabut və mafə güllərlə, əklillərlə bəzənir. Dəfn mərasimində Üzeyir bəy Hacıbəyli, Nəcəf bəy Vəzirov, Cəfər Cabbarlı, Salman Mümtaz qatılır, vida sözü söyləyirlər.

Ərəblinskinin xanımı Asiya Şişkina bir müddət sonra aktyor Ələkbər Hüseynzadə ilə ailə həyatı qurur, onunla birlikdə Azərbaycanı tərk edir.

Aktyorun ölümündən sonra isə hər gün Bakı küçələrində ağlını itirmiş kasıb və yoxsul bir qadın əl açıb insanlardan pul dilənir. Bu qadın bir zamanlar gözəlliyi ilə ad-san qazanmış milyonçu Tağıyevin həyat yoldaşı Sona xanım, Ərəblinskinin isə sevdiyi qadın olur. 1938-ci ilin soyuq qış günlərinin birində, onu ovcunda bir parça quru çörək, küçələrdən birində ölmüş halda tapdılar.


Ayaz Ayxan

Oxunub: 575
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

6-06-2020, 01:15

Günay Məlikli ilə əslində...

Siyasət

27-02-2020, 18:13

Pənah Hüseyn Prezident Administrasiyasına çağırılıb

Dünya

1-11-2019, 11:10

Şeyxin Londona qaçan arvadı səfirlikdə yüksək vəzifə aldı

Cəmiyyət

24-06-2020, 15:06

Günay Məlikli ilə əslində,,,

Şou-biznes

10-05-2020, 20:19

Tanınmış ifaçı Mehrim Hüseyn yeni mahnısını ictimayyətə təqdim edib

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
Bugün, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • Bugün, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • Bugün, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • Bugün, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • Bugün, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • Bugün, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • Bugün, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • Bugün, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
  • Bugün, 09:29
    Bəs “vaxtı gələndə” nə deməkdir?
  • Bugün, 09:27
    Ermənistanda 3 nazirliyin adı dəyişdirildi
  • Bugün, 09:24
    Daşqın nəticəsində ölənlərin sayı 500-ə çatır
  • Bugün, 09:22
    İlin son Ay tutulması başlayıb
  • Bugün, 09:20
    UEFA reytinqində Azərbaycanın mövqeyi
  • Bugün, 09:18
    7 ölkə İrana görə İstanbulda toplaşır - kritik görüş
  • Dün, 16:22
    Prezident “Sabah”a 5 milyon pul ayırdı
  • Dün, 16:06
    Müasir Azərbaycan cəmiyyətində qadın ziyalı obrazını ləyaqətlə təmsil edən Mina Şirinova (Minə Aqil), həm təhsil rəhbəri, həm də istedadlı qələm sahibi kimi tanınır
  • Dün, 12:03
    Məktəbli geyimlərin qiyməti aşağı salındı - SATIŞ ÜNVANLARI
  • Dün, 11:29
    Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb
  • Dün, 10:28
    Rayonlara leysan yağıb - FAKTİKİ HAVA
  • Dün, 10:23
    Son 20 ildə Bakıya 200 milyard dollar xərclənib? - Açıqlama
  • Dün, 10:00
    Bu gün püşkatmadır - “Sabah”ın rəqibləri bəlli olacaq
  • Dün, 09:35
    Azərbaycan neftində geriləmə davam edir - 91 dollara düşdü
  • Dün, 09:32
    Əlcəzairdə meşə yanğınları - 12 ölü, 54 yaralı
  • Dün, 09:22
    Nigar Fərhad saxlanıldı
  • Dün, 09:19
    Türk dövlətlərinə şəxsiyyət vəsiqəsi ilə getmək mümkün olacaq - ANONS
  • Dün, 09:14
    Koçaryan xəstəxanada həbs olundu
  • Dün, 09:12
    Paytaxtın əsas yollarında hərəkət çətinləşib
  • 26-08-2026, 16:12
    26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
  • 26-08-2026, 15:45
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
  • 26-08-2026, 14:40
    Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
  • 26-08-2026, 13:36
    Rafael Əhmədov Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günü münasibətilə təbrik edir.
  • 26-08-2026, 13:22
    26 avqust – Laçın şəhəri günü
  • 26-08-2026, 12:43
    Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
  • 26-08-2026, 11:09
    Prezident "Sabah"ı təbrik etdi
  • 26-08-2026, 10:52
    Mehriban Əliyevanın doğum günüdür
Daha çox
Bugün, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
24-08-2026, 19:30
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 24.08.2026
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
25-08-2026, 17:52
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Mincəçevir şəhərində keçirildi. 25.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə