• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi

Cəmiyyət / Səhiyyə

25-08-2021, 11:18

Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsiAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edərkən, ilk növbədə, diqqətçəkən bir neçə məqama toxunmaq istərdim. Əvvəla onu bildirim ki, Mehriban xanımın adıçəkilən vəzifəyə təyin edilməsi təsadüfi olmayıb. Vətənə sədaqət, milli dəyərlərə hörmət, xalqın rifahına həssas münasibət və dövlətin inkişafına prioritet yanaşma kimi amillər onun ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirib.



Xəbər verilir ki, bu sözləri Laçın rayon Mərkəzi Xəstəxanasının Publik Şəxs üzrə direktoru həkim Güllü İbadova açıqlamasında söyləyib.



Güllü İbadova daha sonra deyib: “Mehriban xanım Əliyevanın YAP-ın sədr müavini, Milli Məclisinin deputatı, ulu öndərin adını daşıyan Fondun prezidenti, respublika Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, nüfuzlu beynəlxalq təşkilatlar olan UNESCO və ISESCO-nun Xoşməramlı səfiri, xüsusilə Birinci vitse-prezident kimi fəaliyyətinin miqyasını gözlərimiz önündə canlandırmaqla, onun Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq sosial, humanitar və iqtisadi siyasətdə nümayiş etdirdiyi əzmkarlığı, qətiyyəti aydın görmək olar.



Xüsusilə, Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni səhifəsini açıb, idarəetmədə qadınların rolunun artmasını diqqət mərkəzində saxlayıb. Bu baxımdan deyə bilərəm ki, o, respublikamızın qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə etməyə nail olub”.Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsiMilli Məclisin deputatının sözlərinə görə, diqqətçəkən cəhətdir ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirilən layihələr indiyədək təkcə ölkəmizlə məhdudlaşmayıb, həmçinin sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılmasına, dünya mədəni irsinin qorunması üzrə aktual məsələlərin reallaşmasına əhəmiyyətli təsir göstərib. Bütün bunlar isə onu Azərbaycanı dünyada sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim edən, sülh və sabitliyin inkişafına böyük töhfələr verən əzmkar və istedadlı dövlət xadimi kimi tanıdıb.



Mehriban xanım Əliyeva daxili siyasət sahəsində səmərəli fəaliyyəti ilə daim xalqın hörmətini qazanıb. Dövlət idarəetməsində çevikliyin təmin olunması istiqamətində işi ona böyük nüfuz qazandırıb. Ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı, sağlamlığının qorunması istiqamətində reallaşdırdığı layihələr ictimaiyyətdə böyük razılıqla qarşılanıb. Onun sosial baxımdan daha həssas əhali qruplarının (irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və s.) problemlərinin həllinə qayğıkeş münasibəti, şəhid ailələri, qazilər, məcburi köçkünlər və s. bu kateqoriyadan olan şəxslərin üzləşdiyi problemlərin həllini diqqətdə saxlaması Mehriban xanım Əliyevanı cəmiyyətdə “Mərhəmətli xanım”, “Xilaskar ana” kimi tanıdıb.



Mehriban xanımın fəaliyyətində Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin yaşadılması, ənənələrin öyrənilməsi, dünyada tanıdılması, işğaldan azad olunan ərazilərimizin bərpasında humanitar missiyanın həyata keçirilməsi, ümumbəşəri mədəni irsin qorunması, Azərbaycanın xarici ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi prioritet istiqamətlər kimi daim diqqət çəkir. O, eyni zamanda, ölkədə idman hərəkatının davamlılığının təmin olunması, ekoloji problemlərin həllinə dəstək göstərilməsi, böhran zamanı effektiv idarəetmə, pandemiya zamanı əhalinin ehtiyaclarının qarşılanması və tibbi, sosial dəstək layihələrinin reallaşdırılması məsələlərinə mühüm önəm verir.



Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı indiyədək bir çox önəmli layihə və proqramlar gerçəkləşdirilib. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın icrası nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilib. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond sözügedən proqramla bərabər, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi layihələri də həyata keçirərək, dövlət təhsil siyasətinin uğurla reallaşmasında müstəsna əhəmiyyət daşıyan işlər görüb.



Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdim. Belə ki, sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Şağan və Saray qəsəbələrində əlil uşaqlar üçün internat evlərinin, Bilgəhdəki pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yüksək səviyyədə yenidən qurulması, internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsiz və sağlam təminatı üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, ölkəmizdə irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması, habelə müalicəsi üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması və bu yöndə digər çoxşaxəli fəaliyyəti də məhz Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin rəhbərliyi ilə həyata keçirilib. Qeyd edilən müəssisələrin və mərkəzlərin açılışında iştirak edən Mehriban xanım onu əhatə edən körpələrə, uşaqlara, qayğıya ehtiyacı olan şəxslərə hər zaman ana nəvazişi ilə yanaşıb. Minlərlə mürəkkəb anadangəlmə ürək qüsurlu uşaqların ölkəmizdə və xaricdə əməliyyatlarının həyata keçirilməsi məhz Fondun maliyyə yardımı ilə mümkün olmuşdur. 1-ci Qarabağ müharibəsi əlilləri və məcburi köçkünlərin ən çətin səhiyyə problemlərinin həllində Mehriban xanımın əvəzolunmaz əməyi daim xalqımızın yaddaşında yaşayacaqdır.



Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilən anemiya və talassemiya üzrə “dəyirmi masa”da bu istiqamətdə bir çox mühüm problemlər müzakirə edilib. Məhz belə xeyirxah xidmətlərinə görə, o, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin yekdil qərarı ilə bu beynəlxalq təşkilatın ali mükafatına layiq görülüb.



Mehriban xanım Əliyeva bütün fəaliyyəti dövründə humanizm prinsiplərinə sadiqlik nümayiş etdirib. Rəhbərlik etdiyi Fond tərəfindən insanların ən çətin günlərində, məsələn, zəlzələdən, sel daşqınlarından zərər çəkənlərə ərzaq yardımları göstərilib, onlara yaşayış şəraitinin bərpası üçün evlər tikilib, sosial vəziyyəti ağır olan ailələrin çətinlikləri araşdırılaraq, aradan qaldırılıb.



Mehriban xanımın təşəbbüsü ilə yuxarıda sadalananlarla bərabər, ölkəmizdə böyük ekoloji layihələr icra edilib. O, Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Azərbaycanda böyük işlər görüb, idman hərəkatının davamlılığına əvəzsiz töhfələr verib. Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran günlərində onun peşəkarlığı sayəsində idarəetmədə güc birliyi reallaşdırılıb, ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilib.



Laçın Rayon Publik Şəxs üzrə direktor sonunda bildirib ki, xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyeva səmərəli fəaliyyətinə görə, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına VelikoTırnovo Universitetinin fəxri doktoru seçilib. Respublika xaricində və daxilində həyata keçirdiyi humanitar missiyası isə dövlətimiz tərəfindən yüksək dəyərləndirilib və o, Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülüb. Bununla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan” və digər , Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı və digər ölkələrin və nüfuzlu beynəlxalq təşkilatların ali mükafatları ilə təltif olunub.

Oxunub: 585
Paylaş:
Digər xəbərlər

Gündəm

25-08-2021, 08:59

Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi

Siyasət

24-05-2020, 01:59

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Siyasət

15-06-2020, 02:14

Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun!

Siyasət

31-10-2019, 12:51

Mehriban Əliyevanın tapşırığı ilə Elçibəyin evi təmir edildi — FOTO

Siyasət

29-06-2020, 19:36

Prezident və birinci xanım İçərişəhərdə aparılan işlər ilə tanış oldular

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 12:14
    Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verdi
  • Bugün, 11:10
    Müttəfiqliyə aparan yol: Azərbaycan-Qırğızıstan münasibətlərinin FOTOXRONİKASI
  • Bugün, 11:08
    Ceyhun Bayramov Əraqçı ilə görüşdü
  • Bugün, 10:46
    Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı
  • Bugün, 10:43
    Bakıdan sonra İrəvan COP tədbiri keçirməyə hazırlaşır
  • Bugün, 10:29
    Deputatımız ABŞ-ə gedir
  • Bugün, 10:19
    İrana qarşı nüvə silahından istifadə edilməyəcək - Tramp
  • Bugün, 10:15
    Qardaş ölkələr bu dəfə meydanda rəqibdir
  • Bugün, 09:56
    Hikmət Hacıyevlə Alen Simonyan görüşüb
  • Bugün, 09:53
    İlham Əliyev Ərdoğanla görüşdü - GÖRÜNTÜ
  • Bugün, 09:50
    Modern.az 17 yaşında!
  • Bugün, 09:45
    Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyi yeni mərhələyə keçir.
  • Dün, 16:02
    Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir
  • Dün, 11:54
    Prezident Qırğızıstanda səfərdədir
  • Dün, 11:31
    DYP-dən sürücülərə xəbərdarlıq
  • Dün, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • Dün, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
  • Dün, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • Dün, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • Dün, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • Dün, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • Dün, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • Dün, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • Dün, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • Dün, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • Dün, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • Dün, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
26-08-2026, 14:40
Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
28-08-2026, 09:50
Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə