Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlunun nəşi Qəbələ rayonuna gətirilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib.

Daha sonra 19 yaşlı Novruz Niftaliyev Nohurqışlaq kənd qəbiristanlığında dəfn olunub.
Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.
Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.
Faktla bağlı araşdırma aparılır.