• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

İctimai şuralarla bağlı narazılıq BÖYÜYÜR

Cəmiyyət / Sosial

4-12-2024, 14:33

İctimai şuralarla bağlı narazılıq BÖYÜYÜR
Azərbaycan Milli QHT Forumu İctimai şuraların formalaşdırılmasında yol verilən pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb.


“Apardığımız təhlillər göstərir ki, hazırda mərkəzi icra hakimiyyəti qurumları üzrə mövcud İctimai şuraların təxminən 25%-i eyni şəxslərdən ibarətdir. Azərbaycan əleyhinə iş aparan bir sıra xarici donorlarının, Qərb səfirliklərinin təsiri altında olan şəxslərin dövlət qurumları yanında İctimai şuralara müxtəlif üsullarla düşməsi, bu statusdan sui-istifadə etməsi, mandatlarından kənar fəaliyyət halları, özlərini “qrant vasitəçiləri” kimi apararaq məlumatlar toplaması barədə siqnallar narahatlıq doğurur. Bəzi Qərb səfirliklərinin Azərbaycanda İctimai şuralarda təmsil olunan QHT-ləri ələ almağa çalışaraq, onlara özlərinin balansında olan nəqliyyat vasitələrini bağışlamaq istəkləri barədə də məlumatlar var", - deyə bəyanatda bildirilib.

Azərbaycan Milli QHT Forumu hesab edir ki, İctimai şuraların “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun fəaliyyəti təmin olunmalı, İctimai şuralar yalnız ictimai maraqlara xidmət etməli, ictimai nəzarəti təmin etməli, bu şuraların tərkibinin formalaşmasında və fəaliyyətində sui-istifadə halları aradan qaldırılmalıdır.

Mövzu ilə bağlı Daxili İşlər Naziriyi yanında İctimai Şuranın sədri, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevlə həmsöhbət olub.


Müsahibimiz bildirib ki, doğrudan da İctimai şuraların təşkili zamanı çox ciddi qanun pozuntularına yol verilir:

“Bir sıra İctimai şuralar formal olaraq təşkil olunur. Eyni zamanda, bəzi hallarda şuralar vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı olmadan yaradılır. Halbuki İctimai şuralar yaradılan zaman seçkilər olmalı, bunun nəticəsində formalaşdırılmalıdır. Təəssüf ki, yerli icra hakimiyyəti orqanları yanında yaradılan İctimai şuralarda biz buna daha çox təsadüf edirik. Belə olan halda şuralar üzərinə düşən ictimai iştirakçılıqla bağlı funksiyaları yerinə yetirmək imkanına malik olmayacaq. Çünki şura onu təyin edən orqandan asılı olacaq. Bu baxımdan hesab edirəm ki, verilən bəyanat məsələlərə ciddi toxunur. Düşünürəm ki, İctimai şuraların təşkili məsələsi ciddi surətdə ictimai nəzarət altında olmalı, seçki proseslərinə əməl edilməlidir”.



Ə.Nuriyev bildirib ki, Milli QHT Forumunun bəyanatı ilə bağlı bir sıra məqamlara da toxunub:
Ətraflı
Ad - 00:29


“Bəyanatda qeyd olunur ki, bəzi vasitəçi şəxslər peyda olublar. Bu məsələ ilə bağlı çox məlumatlı deyiləm. Digər tərəfdən, şura üzvü olan şəxslərin hansısa məlumatlarla bağlı sui-istifadə halları olubsa, bu da araşdırılmalıdır. İstənilən İctimai Şura üzvü tərəfindən yanında fəaliyyət göstərdikləri qurumun konfidensial məlumatları heç bir halda yayılmamalıdır. Bu məlumatların yayılması 2 mühüm pozuntuya gətirib çıxarır. Birincisi, etik qaydaların pozulması məsələsidir. Əgər bu məlumatlar dövlət sirri, kommersiya sirri, peşə sirri ilə bağlı məsələdirsə, həmin informasiyanın yayılması müvafiq məsuliyyət yarada bilər. Ona görə də burada qanunun normalarına və etik standartlara əməl edilməsi vacib məsələdir.
Bəzi hallarda İctimai Şura üzvləri dövlət orqanlarının müxtəlif tədbirlərində iştirak edir, eyni zamanda müxtəlif müzakirələr aparılır. Bu müzakirələr başa çatmamış onun məzmunu ilə bağlı məlumatların yayılması da qeyri-etikdir və belə hallara yol verilməməlidir”.



Ə.Nuriyev qeyd edib ki, bəyanatın məzmunundan çıxan əsas nəticə ondan ibarətdir ki, İctimai Şuranın təşkili prosesinə baxış dəyişməlidir:


“Şura seçkiləri rəqabət şəraitində keçirilməlidir. Bu halda İctimai şuralar effektiv fəaliyyət göstərməyə çalışacaq. Əgər şuralar təyinatla formalaşdırılırsa, şübhəsiz ki, hansısa effektiv nəticə gəstərə bilməyəcəklər. Düşünürəm ki, "İctimai iştirakçılıq haqqında" Qanuna dəyişiklik edilməsi barədə düşünməliyik. Konstitusiya Araşdırmaları Fondu tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə layihə həyata keçirilib. Bununla bağlı geniş müzakirələr də aparılıb. Zamanında "İctimai iştirakçılıq haqqında" Qanun məhz bizim Konstitusiya Araşdırmaları Fondu tərəfindən hazırlanaraq təqdim edilib. Ona görə də "İctimai iştirakçılıq haqqında" Qanun bizim məhsulumuz olduğundan, hər zaman nəticələrini çox diqqətlə izləyirik. Düşünürük ki, qanunvericiliyə müvafiq dəyişikliklər olmalıdır. Qanun 11 ildir qüvvəyə minib və ötən müddət ərzində ictimai münasibətlərdə mühim dəyişikliklər baş verib. O baxımdan burada müvafiq dəyişikliklər zəruridir”.


Müsahibimiz sonda vurğulayıb ki, burada həm seçki prosesinə baxılmalı, həm də ixtisaslaşma məsələsi diqqətə alınmalıdır:


“Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları yanında İctimai şuralar yaradılırsa, təqribən 3000-ə yaxın üzv olmalı idi. Bizim qeyri-hökumət təşkilatlarının bu qədər fəal olduğunu düşünmürəm. QHT-lərin fəallıq fəaliyyəti hazırda ortalama 500-800 civarındadır. Amma vətəndaş cəmiyyəti inkişaf edir və onun üçün yeni imkanlar yaradılır. Xüsusilə də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin faəliyyətini burada qeyd etmək lazımdır. Eyni zamanda vətəndaş cəmiyyəti layihələrinin maliyyələşdirilməsi istiqamətində mühüm addımlar atılmalıdır. Hazırda orta və böyük qrantlar verilməyə başlanıb. Bununla QHT-lər real nəticələr əldə etmək imkanına malikdir. Düşünürəm ki, bu vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfələr vermiş olacaq. Eyni zamanda COP29-da da vətəndaş cəmiyyətinin uğurlu faəliyyəti oldu. Bununla yanaşı, beynəlxalq təşkilatla əlaqələr qurmağa cəhdlər var. Bir sıra uğurlu layihələrin vətəndaş cəmiyyətləri tərəfindən həyata keçirilməsi həm ictimai iştirakçılığın genişlənməsinə, həm də bütövlükdə dövlətimizin prioritet istiqamətlər üzrə töhfələrin verilməsinə gətirib çıxarır. O baxımdan proses dinamikdir, bu dinamikanı təmin etmək üçün qanunvericiliyə baxışlar mütəmadi olaraq davam etməlidir. Özəl sektorun vətəndaş cəmiyyətinə dəstək imkanları genişləndirilməli, yeni milli donorlar yaradılmalıdır. Bir sözlə, vətəndaş cəmiyyəti ilə bağlı yeni konsepsiyanın hazırlanması zəruridir. Həmçinin vətəndaş cəmiyyətinin xarici donorlardan asılılığının aradan qaldırılması ilə bağlı dəstəyin genişlənməsinə ehtiyac var. Vətəndaş cəmiyyətinin maliyyələşdirilməsi üçün milli donor institutunun inkişaf etməsi vacibdir. Bu gün ən vacib məsələlərdən biri də real vəətndaş cəmiyyətinə dəstəyin gücləndirilməsi olmalıdır”.

Oxunub: 160
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

30-12-2023, 15:11

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər elan edildi

Cəmiyyət

20-12-2023, 12:08

Ağstafa rayonunda ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə təbliğat xarakterli materiallar yerləşdirilib

Cəmiyyət

17-02-2023, 15:19

Dövlət orqanlarında ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması mövzusunda iclas keçirilmişdir.

Cəmiyyət

11-07-2020, 01:21

Bu gündən 8 şəhər və rayonda ictimai nəqliyyat ikigünlük işləməyəcək

Şou-biznes

2-07-2020, 19:59

İctimai TV 20-dən çox ölkədə məşhur olan “Maska”nı Azərbaycana gətirir

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
Dün, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
Dün, 10:55
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
4-06-2026, 09:52
Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi
Son xəbərlər
  • Dün, 23:40
    Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar
  • Dün, 11:02
    “Qarabağ” sevgisi okeanı aşdı...
  • Dün, 11:00
    Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
  • Dün, 10:58
    Ermənistanda seçki saxtakarlığı - Rüşvət verənlər saxlanıldı
  • Dün, 10:57
    Avropa liderləri Londonda toplanır - Mövzu Ukraynadır
  • Dün, 10:55
    Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
  • Dün, 10:54
    Soçi hava limanı BAĞLANDI
  • Dün, 10:53
    Ermənistanda parlament seçkilərində səsvermə başladı
  • Dün, 10:51
    I və IV qruplar üzrə qəbul imtahanı keçirilir
  • 6-06-2026, 20:12
    Millimiz Avropa Liqasına məğlubiyyətlə başladı
  • 6-06-2026, 20:09
    İran: ABŞ atəşkəsi pozdu
  • 5-06-2026, 19:30
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Gəncə şəhərində keçirildi. 05.06.2026
  • 5-06-2026, 15:27
    Prezident milli komandamıza 1 milyon manat ayırdı
  • 5-06-2026, 14:15
    Prezident Administrasiyasında Natiq Cəfərli ilə görüş keçirilib
  • 5-06-2026, 13:56
    Bu peşə sahibləri pensiyaya çıxanda 6 qat maaş alacaq!
  • 5-06-2026, 13:50
    Fermerləri məlumatlandırmadan cərimələmək olmaz - Komitə sədri
  • 5-06-2026, 11:34
    İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək
  • 5-06-2026, 11:26
    Bölgələrə yağış və dolu yağıb - Faktiki hava
  • 5-06-2026, 10:49
    Ağstafanın Köçvəlili kəndinə içməli su verildi
  • 5-06-2026, 10:16
    Putin İlham Əliyevə buna görə təşəkkür etdi
  • 5-06-2026, 10:13
    Azərbaycan nefti sürətlə ucuzlaşır: 100 dollara düşdü
  • 4-06-2026, 15:20
    “Qarabağ” yeni qapıçı aldı
  • 4-06-2026, 10:40
    Ən aşağı keçid ballı ixtisaslar - SİYAHI
  • 4-06-2026, 10:32
    Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
  • 4-06-2026, 10:24
    Bu imtahanların tarixləri açıqlandı
  • 4-06-2026, 10:22
    “Azeri Light”ın bugünkü qiyməti açıqlandı
  • 4-06-2026, 10:18
    Azərbaycandan Ermənistana buğda, arpa və gübrə göndəriləcək
  • 4-06-2026, 10:16
    Prezident seçkiləri etiraza səbəb oldu
  • 4-06-2026, 10:15
    Torpaq ona səcdə edən varsa - Vətəndir!
  • 4-06-2026, 10:11
    Baş həkim vəfat etdi
  • 4-06-2026, 10:07
    Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü sökülür
  • 4-06-2026, 09:52
    Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi
  • 4-06-2026, 09:49
    Qızıl yenidən bahalaşdı
  • 4-06-2026, 09:47
    Türkiyədə azərbaycanəsilli şəxs qəfildən milyarderə çevrildi
  • 4-06-2026, 09:12
    Bakının üç rayonunda işıqlar sönəcək
Daha çox
3-06-2026, 16:27
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi. 03.06.2026
1-06-2026, 20:55
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağsu rayonunda keçirildi. 01.06.2026
5-06-2026, 11:34
İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək
5-06-2026, 19:30
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Gəncə şəhərində keçirildi. 05.06.2026
5-06-2026, 10:13
Azərbaycan nefti sürətlə ucuzlaşır: 100 dollara düşdü
5-06-2026, 14:15
Prezident Administrasiyasında Natiq Cəfərli ilə görüş keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə