
Qazaxıstanın ilk prezidenti – Elbaşı Nursultan Nazarbayev koronavirusdan sağalıb.
XƏBƏRNUR xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Aydost Ukibay “Twitter”ində paylaşım edib.
Həkimlərin məsləhətinə əsasən, N.Nazarbayev hələ bir müddət özünütəcriddə qalacaq, işləməyəcək və təmiz havada gəzəcək.
Xatırladaq ki, N.Nazarbayevin koronavirusa yoluxuması iyunun 18-də məlum olmuşdu