
Son bir gündə Ermənistanda qeydə alınan koronavirus infeksiyası hallarının sayı 557 artaraq 30 903-ə çatıb, daha 11 nəfər ölüb.
XƏBƏRNUR xəbər verir ki, bu barədə cümə günü Ermənistan Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytında məlumat verilib.
Respublika hakimiyyəti dünən 30.346 təsdiq edilmiş koronavirus infeksiyasını və 535 ölüm hadisəsini bildirmişdi.
COVID-19-a qarşı mübarizə çərçivəsində martın 16-dan iyulun 13-dək ölkədə fövqəladə vəziyyət elan edilib.
“Ermənistanda 30 903 koronavirus hadisəsi təsdiqləndi. 18 709 xəstə sağaldı. 546 adam öldü” deyilib.
11 471 xəstənin müalicə altına alındığı, 131 216 testin edildiyi bildirilir.