Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında görüş olacaq.
Xəbər verilir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Liderlərin NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində bir araya gələcəkləri bildirilib.
Həmçinin, Ərdoğanın NATO Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şoltsla da təkbətək görüş keçirəcəyi gözlənilir.
Qeyd edək ki, NATO liderlərinin bugünkü sammitində Rusiya-Ukrayna müharibəsi də müzakirə olunacaq.