Çeçenistan rəhbəri Ramzan Kadırov "Axmat" xüsusi təyinatlılarının Ukraynanın işğal altında olan Baxmut bölgəsinə göndərildiyini açıqlayıb.
Xebernur.com xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb
Bildirilir ki, hərbçilərə Apta Alaudinovun komandanlıq edir. Çeçenistan rəhbərinin sözlərinə görə, belə bir qərar Baş Qərargahın etimadından və bölmənin yüksək döyüş qabiliyyətindən xəbər verir.
Qeys edək ki, may ayının sonunda "Axmat" xüsusi təyinatlıları Maryinsk istiqamətinə köçürülüb. "Vaqner" muzdlularının qiyamı cəhdi zamanı hərbçilər "terror əleyhinə əməliyyat keçirmək" üçün Maryinski istiqamətindən Rostov-na-Dona göndərilib. Daha sonra “Axmat” yenidən müharibə bölgəsinə aparılıb.