Azərbaycanın Qarabağ bölgəsini 2906 erməni əsilli sakin tərk edib.
Xəbər verilir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Qeyd olunub ki, saat 06:00-a olan məlumata görə, 2906 Qarabağ sakini Ermənistan ərazisinə daxil olub.
Xatırladaq ki, erməni əsilli şəxslərin Ermənistana sərbəst keçidi üçün şərait yaradılır.