Gürcüstanda erməni əhalinin kompakt məskunlaşdığı Samtsxe-Cavaxetiya bölgəsində Gürcüstan və Ermənistan parlamentlərarası dostluq qruplarının görüşü keçirilib.
Gürcüstan mətbuatına istinadən xəbər verilir ki, iqtisadiyyat və siyasət, parlamentlər arasında əməkdaşlıq müzakirə olunub.
Ermənistan nümayəndə heyətinə qanunverici orqanın vitse-spikeri Ruben Rubinyan başçılıq edib.
Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski Tiflisin Ermənistanın sabitliyində maraqlı olduğunu vurğulayıb və əlavə edib ki, "qonşular bir-birinin problemlərini yaxşı bilməlidirlər".