• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Keyfiyyət axtaranlar “Az-Granata”nı seçir

Gündəm / İqtisadiyyat

14-05-2020, 16:22

Keyfiyyət axtaranlar “Az-Granata”nı seçir

Keyfiyyət axtaranlar “Az-Granata”nı seçir



Bəs müəssisənin fəaliyyətinə hansı əsaslarla kölgə salmaq istəyirlər?!
Agdam.info xəbər verir ki, Azərbaycanda şərabçılıq və spirtli içkilər sənayesinin inkişafına, digər sahələrdə olduğu kimi, geniş yer ayrılır. Bu mənada spirtli içkilərin yüksək keyfiyyətli istehsalı üçün istər paytaxtda, istərsə də bölgələrdə müasir standartlara cavab verən zavodlar və müəssisələr tikilərək, istifadəyə verilib.
Keçmiş dönəmlərdə olduğu kimi, bu gün də Azərbaycan araqları və şərabları nəinki indiki MDB ölkələrində, hətta Avropa ölkələrində də öz keyfiyyəti ilə tanınır. Bunun üçün Azərbaycanda kifayət qədər istehsal şəraiti, xammal və yerli mütəxəssislər var.
Lakin bəzən bu inkişafa kölgə salmaq istəyən işbazlar da tapılır. Bir müddət əvvəl Bakı şəhərinin müxtəlif qəsəbələrində əvvəlcədən əlbir olan bir qurup şəxsin sexlərdə saxta spirtli içkilərin istehsalının hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən aşkar olunaraq üzə çıxarılması dediklərimizə bariz nümunədir. İnsanı zəhərləyən bu saxta içkilər hətta paytaxtda və bölgələrdə bir neçə nəfərin ölümünə səbəb oldu. İnsan ölümündə şübhəli bilinərək müsadirə olunan spirtli içkilər aşağıdakı markalarda sıralanır: “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı viskilər, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal”, “Kremlevskie Kuranti Premium” adlı araqlar, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyaklar. Təbii ki, söhbət müxtəlif brendlər adı altında kustar üsullarla istehsal olunan saxta içkilərdən gedir.

Agdam.info xəbər verir ki, yuxarıda qeyd olunan neqativ hallar birinci dəfə deyil ki, aşkarlanır. Bəzi işbazlar öz tamahları naminə əhalini zəhərləməkdən belə çəkinmirlər. Amma yaxşı ki, hüquq-mühafizə orqanları və AQTA bu sahədə də ayıq-sayıqlıqları ilə xalqı zəhərləmək yolu ilə pul qazanmaq istəyən ünsürləri ifşa edirlər. Təbii ki, bu işdə sadə insanlar da dövlət orqanlarına dəstək olmalı, inkişafımızın artmasına mane olan tamahkarların üzə çıxarılmasında yaxından iştirak etməlidirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda keyfiyyətli spirtli içkilərin istehsalı üçün kifayət qədər münbit şərait var. Bu şəraitdən uğurla yararlanan istehsal müəssisələrindən biri də Cənubi Qafqaz regionunda ən iri müəssisələrdən olan, Ağsu rayonunda fəaliyyət göstərən “Az-Granata” MMC şirə və şərab emalı zavodudur.
“Az-Granata” MMC şirə və şərab emalı zavodunun inşasına 2008-ci ildə Ağsu rayonunda 12.5 hektarlıq ərazidə başlanılmışdır. "Az-Granata" zavodu 5,5 hektar sahədə salınmışdır. Zavodun örtülü əsas sahəsi 20500 m² təşkil edir. Şirə və şərab emalı zavodunun açılışı 30 oktyabr 2011-ci ildə olmuşdur. Açılış mərasimində Prezident İlham Əliyev də iştirak etmişdir. 50 milyon manatlıq investisiya qoyulmuş zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunmuşdur. “Az-Granata” MMC-də istehsal olunan məhsulların beynəlxalq standartlara uyğun keyfiyyət dərəcəsi alması isə texnika elmləri doktoru Vüqar Mikayılovun müstəsna fəaliyyətinin nəticəsidir.
"Az-Granata"da istehsal olunan məhsullar bunlardır:
Təbii şərablar (ordinar şərablar, saxlanılmış şərablar, markalı şərablar);
Xüsusi şərablar (likyor şərabları, ordinar, markalı və kolleksiya şərabları);
"Icewine" şərabı, qazlaşdırılmış şərablar;
Meyvə şərabları (təbii kəmşirin nar şərabları, likyor şərabları, oynaq nar şərabı);
Konyaklar (ordinar konyaklar, markalı konyaklar (5, 6, 10, 20 illik);
Meyvə araqları (zoğal, tut, gavalı, alma, üzüm, ərik, nar, muskat);
Ətirli tünd içkilər (heyva, tomat, kəklikotu, tərxun); viskilər (5, 6, 7 illik);
Vodkalar (xüsusi və premium);
Meyvə şirə və kompotları;
Təbii sular.

Zavodun ərazisi
Keyfiyyət axtaranlar “Az-Granata”nı seçir
Keyfiyyət axtaranlar “Az-Granata”nı seçir

Laboratoriyası
Zavod meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə və "tetra pak" qablarının doldurulması və qablaşdırılması bölmələrindən ibarətdir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.
Zavodda meyvə qəbulu və ilkin emalı sexi, spirt istehsalı sexi, şərab və digər spirtli içkilərin hazırlanma və süzmə sexi fəaliyyət göstərir. Şərab süzmə xətti saatda 6000 şüşə, tünd içkilər üçün nəzərdə tutulmuş xətt isə saatda 4000 şüşə istehsal edir. Ayrıca suvenir şüşələr üçün də süzmə xətti quraşdırılıb.
Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Meyvə qəbulu xətti vasitəsilə zavod nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, çeşidlənməsi, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması (40 ədəd, hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.
"Az-Granata"nın 450 hektar üzüm (Sultanina, Prima, Kardinal, Alfons Lavalle, Mədrəsə, Saperavi, Rkasiteli, Kaberne Sovinyon və s.) və 400 hektar nar (Gülövşə, Çəhrayı gülövşə, Qırmızı qabıq, Nazik qabıq, Bala Mürsəl, Əfqan və s.) bağları var. Nar bağları orqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılmışdır. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir. Üzüm bağlarının salındığı torpaqlar qəhvəyi və tünd qəhvəyi, nar bağlarının salındığı torpaqlar isə boz qəhvəyi və açıq qəhvəyi torpaq tiplərinə aiddir.
"Az-Granata"nın üzüm bağları Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən Pidrəki dağının və Ləngəbiz dağ silsiləsinin Adnalı yaylasının şimalında, dəniz səviyyəsindən 600-700 metr yüksəklikdə yerləşir. Nar bağları isə Ağsu rayonunda, Şirvan düzündə və Böyük Qafqazın cənub ətəklərində yerləşir.
Prezident İlham Əliyev 2 oktyabr 2017-ci ildə Şamaxı rayonuna səfəri çərçivəsində "Az-Granata" MMC-yə məxsus üzüm bağları ilə tanış olmuşdur.
2012-ci ildə müəssisənin nəzdində alkoqollu içkilər sektoru yaradılmışdır. Burada Şotlandiya texnologiyasına uyğun viski istehsal edilir.
2014-cü ildə Fransanın müxtəlif şirkətlərindən palıd çəlləklər gətirilərək markalı şərablar istehsal edildi. İlk dəfə olaraq "Qora suyu" şərabı, yeni texnologiya əsasında "Icewine" şərabı, kolleksiya şərabı olan 30 illik "Mil" şərabı istehsal olundu. Yeni texnologiya əsasında meyvə araqları – tut, zoğal, ərik, gavalı, heyva araqları istehsal edilməyə başlanmışdır.
2015-ci ildə zavodda ilk dəfə olaraq bolqar rakısı istehsal edilmişdir. Elə həmin il gümüş ionlarından istifadə etməklə, təzə keçi südündən və təbii arı balını əlavə edərək, yeni arağın istehsalına nail olunmuşdur; müəssisənin özündə istehsal olunan müxtəlif təbii cövhərlərdən istifadə etməklə tərxun, kəklikotu, limon araqları istehsal edilməyə başlanılmış; Azərbaycanda ilk dəfə olaraq ərik, qara qarağat və albalıdan istifadə etməklə, desert şərabları istehsal edilmişdir.
2016-cı ildə ilk dəfə qazlaşdırılmış nar şərabı istehlaka buraxılmışdır.
2017-ci ildə Azərbaycanda ilk dəfə olaraq tomatlı araq istehsalına başlanılmış, türk rakısı istehsal olunmuşdur.
2013-cü ildə zavodun əməkdaşı Vüqar Mikayılov L.S. Qolitsın adına qızıl medala və "İlin ən yaxşı şəraçısı" adına layiq görülmüşdür. O, "Zolotoy qrifon" beynəlxalq şərab müsabiqəsində dequstasiya komissiyasına üzv seçilmişdir. Vüqar Mikayılov elə həmin il texnika elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.
2014-cü ildə Gəncə Şərab festivalında "Rübai", "Kəhrəba" və "Nar" şərabları qızıl medalla təltif edilmişdir.
2015-ci ildə ilk dəfə zavodun istehsalı olan nar şərabı Almaniyaya, ABŞ-a, Rusiyaya və başqa ölkələrə ixrac olunmuşdur.
2016-cı ildə ilk dəfə Yaponiyaya, Çin Xalq Respublikasına, Litvaya nar şərabı ixrac edilmişdir.

Dequstasiya zamanı
Zavodda yerli və xarici şərabçılar, somelyelər üçün dequstasiya zalı təlim fəaliyyəti göstərir.
Ölkənin müxtəlif rayon və şəhərlərində "Az-Granata"nın firma mağazaları fəaliyyət göstərir.
“Az-Granata” MMC ildən-ilə istehsal gücünü və məhsullarının keyfiyyətini artırmaqda davam edir. Dəqiq desək, zavodda 2019-cu ildə 28 milyon manatlıq sənaye məhsulları istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 3,4 dəfə çoxdur. “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunda şirələr, alkoqollu içkilər və şərabların satışından daxil olan gəlirlər 2018-ci illə müqayisədə 14 dəfə artaraq 21 milyon manata çatıb. Hesabat ilinin sonuna istehsalatda çalışan işçilərin sayı 825 nəfər olub. Yuxarıda qeyd olunduğu kimi, müəssisənin məhsulları yerli bazarlarda satılmaqla yanaşı, bir çox inkişaf etmiş ölkələrə də ixrac olunub. Bunların sırasında ABŞ, Yaponiya, Fransa, Kanada, Rusiya, Çin, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələr də var.
Göründüyü kimi, ölkəmizdə təbii meyvələrdən hazırlanan əla keyfiyyətli araqlar, şərablar, şirələr və s. içkilər istehsal olunur. Seçim istehlakçıların özünündür. Canının qayğısına qalan hər kəs yəqin ki, keyfiyyətli qidalara üstünlük verər. Bu baxımdan, “Az-Granata” MMC-nin məhsulları ideal sayıla bilər. Bu şəraiti əhalimizçün yaradan ölkə rəhbərliyinə “Az-Granata” MMC-nin məhsullarını istehlak edən əhali və saytımız adından xüsusi minnətdarlıq bildiririk. Eləcə də, “Az-Granata” MMC-nin direktoru Anar Bayramova, zavodun direktor müavini, baş mütəxəssis, çalışdığı sahənin həqiqi alimi olan Vüqar müəllim Mikayılova işlərində yeni-yeni uğurlar arzulayırıq.

Oxunub: 898
Paylaş:
Digər xəbərlər

Sosial

17-10-2019, 16:10

Keyfiyyətin ünvanı - “Az-Granata” MMC

Hadisə

15-10-2019, 10:18

Bakıda saxta içkilər hazırlayan “Beluqa Tahir”in dəstəsi tutuldu - FOTOLAR

Cəmiyyət

22-03-2020, 22:00

Spirtdən istifadə haramdırmı? - İslamşünas açıqlayır

Cəmiyyət

30-10-2019, 11:22

Şadlıq saraylarında əhalini necə aldadırlar? – AÇIQLAMA

İqtisadiyyat

5-03-2020, 12:06

"Az-Granata"da təlim və mükafatlandırma görüşü keçirilib

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 12:14
    Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verdi
  • Bugün, 11:10
    Müttəfiqliyə aparan yol: Azərbaycan-Qırğızıstan münasibətlərinin FOTOXRONİKASI
  • Bugün, 11:08
    Ceyhun Bayramov Əraqçı ilə görüşdü
  • Bugün, 10:46
    Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı
  • Bugün, 10:43
    Bakıdan sonra İrəvan COP tədbiri keçirməyə hazırlaşır
  • Bugün, 10:29
    Deputatımız ABŞ-ə gedir
  • Bugün, 10:19
    İrana qarşı nüvə silahından istifadə edilməyəcək - Tramp
  • Bugün, 10:15
    Qardaş ölkələr bu dəfə meydanda rəqibdir
  • Bugün, 09:56
    Hikmət Hacıyevlə Alen Simonyan görüşüb
  • Bugün, 09:53
    İlham Əliyev Ərdoğanla görüşdü - GÖRÜNTÜ
  • Bugün, 09:50
    Modern.az 17 yaşında!
  • Bugün, 09:45
    Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyi yeni mərhələyə keçir.
  • Dün, 16:02
    Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir
  • Dün, 11:54
    Prezident Qırğızıstanda səfərdədir
  • Dün, 11:31
    DYP-dən sürücülərə xəbərdarlıq
  • Dün, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • Dün, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
  • Dün, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • Dün, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • Dün, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • Dün, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • Dün, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • Dün, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • Dün, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • Dün, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • Dün, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • Dün, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
26-08-2026, 14:40
Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
28-08-2026, 09:50
Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə