• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Laçından Brüsselədək - Əli Hüseynli yazır

Gündəm

2-09-2022, 09:38

Laçından Brüsselədək - Əli Hüseynli yazır
44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində formalaşmaqda davam edən yeni reallıqlar bütövlükdə regionun və bu bölgə ilə bağlı proseslərin gələcək perspektivlərini müəyyən edən faktor rolunu oynayır. Erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın qətiyyətli mövqeyi sayəsində baş verən dəyişikliklər və yeniliklər bu proseslərin tərkib hissəsidir. Bu günlərdə ordumuzun Laçın şəhərinin mərkəzini, Zabux və Sus kəndlərini birbaşa nəzarətə götürməsi də məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, sarsılmaz siyasi iradəsinin nəticəsində mümkün oldu. Hər bir vətəndaşımızın sonsuz qürur duyduğu bu uğur Azərbaycan dövlətinin gücünü və qüdrətini növbəti dəfə dünyaya nümayiş etdirdi.



Dövlətimizin başçısı avqustun 26-da bu mühüm hadisə ilə bağlı rəsmi tvitter səhifəsi vasitəsilə Azərbaycan xalqına təbrik ünvanlayıb: "Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".



Qeyd etmək lazımdır ki, Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli Moskva Bəyanatına, faktiki olaraq, kapitulyasiya aktına imza atarkən üzərinə bir çox öhdəliklər götürmüşdü. Bura Laçın şəhərinin mərkəzi, ətraf yaşayış məntəqələri, Laçın dəhlizi adlanan ərazinin boşaldılması və digər razılaşmalar aid idi. Amma təəssüf ki, rəsmi İrəvan ötən dövr ərzində öz xislətinə sadiq qalaraq verdiyi sözə əməl etmirdi. Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə Bəyanatın bəndlərinin nəyin bahasına olursa-olsun yerinə yetiriləcəyi barədə qətiyyətli mövqeyini ifadə etmiş və bununla bağlı xəbərdarlıq etmişdi.



Bu ərazilərin tam nəzarətimizə keçməsi Ermənistanın, Qarabağdakı separatçı qüvvələrin və onların xarici havadarlarının sülhyaratma prosesindəki qeyri-konstruktiv mövqeyi fonunda daha böyük tarixi, siyasi-strateji, iqtisadi və psixoloji əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin ən üstün siyasi-diplomatik keyfiyyətlərinin təzahürü olan bu uğurun ölkəmiz və bütövlükdə bölgə üçün böyük dividentlər vəd etdiyi şübhə doğurmur. Laçın şəhəri, Zabux və Sus kəndlərinin birbaşa Azərbaycanın nəzarətinə keçməsi ümumən Cənubi Qafqazda təhlükəsizlik mühitinə böyük töhfə verəcək. Belə ki, Azərbaycan bölgədə bu gün və gələcək üçün təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaratmaqdadır. Ona görə də düşünürəm ki, bölgədə sülhün və əmin-amanlığın təmin edilməsinə təsiri baxımından post münaqişə dövrünün yeni mərhələsi kimi dəyərləndirilən bu hadisənin bir neçə rakursdan təhlili vacibdir.



Ermənistanın üçtərəfli öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışsa da, Azərbaycanın hücum diplomatiyasını təsiri altında və “Qisas” əməliyyatından sonra Laçından çıxmaq məcburiyyətində qaldı. Laçının çox böyük strateji önəmi vardır. Laçın şəhəri, Zabux və Sus kəndlərində yaşayanların mütləq əksəriyyəti Yaxın Şərq ölkələrindən gətirilmiş ermənilər idi və Azərbaycan Laçın dəhlizinin bir hissəsi olan 32 kilometrlik yeni alternativ yolu istifadəyə verdikdən sonra onlar da təbii ki, bu torpaqları tərk etməli idilər.



Avqustda nəzarətə götürülən Qırxqız və Sarıbaba yüksəkliklərindən yeni çəkilən Laçın yoluna indi tam nəzarət mümkündür. Sərsəng su anbarı və ona gedən yollar da birbaşa nəzarətə götürülüb və gələcəkdə baş verə biləcək ekoloji təhlükələrə qarşı tədbirlərin həyata keçirilməsi üçün zəruri şərait yaranıb. Buradan köçən ermənilərin bəzilərinin evləri yandırması isə erməni diasporunun və revanşistlərinin təsirindən qaynaqlanır və çarəsizlikdən yaranan emosional və məsuliyyətsiz davranışdır.



Azərbaycanın uğurlarını həzm edə bilməyən bəzi ermənipərəst dairələrin guya Azərbaycanın milli zəmində bu ərazilərdə etnik təmizləmə apardığını iddialarına cavab olaraq tarixi sənədlərə istinad etməklə bəzi faktları xatırlatmaq istərdim. 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra Azərbaycanın tarixi ərazilərinə ermənilər köçürülsə də, Laçında heç zaman ermənilər məskunlaşmayıb.1918-ci ildə quldur Andranikin dəstəsi Zabux-Laçın yolunda mühasirəyə salınıb, iki günlük döyüşdə tamamilə məhv edilib. Ermənilər sovetlər dönəmində də Qarabağla Ermənistan arasında maneə saydıqları Laçının statusunu ləğv etməyə çalışıb, lakin buna nail ola bilməyiblər. Laçın hər zaman Azərbaycanın tarixi ərazisi olub. Laçındakı toponimlər də təsdiq edir ki, bu ərazilər etno-mədəni baxımından bizə məxsus olub.



Qeyd edək ki, bu ərazildə qanunsuz məskunlaşma müharibə cinayəti sayılır. Bu baxımdan həmin dövdən bəri əsasən Suriyadan, Liviya, Rusiya və digər xarici ölkələrdən bu əraziyə gətirilmiş ermənilərin oradan çıxarılması beynəlxalq hüquqi normalara tam uyğundur. Yeni Laçın yoluna tətbiq edilən prinsiplər isə Zəngəzur dəhlizi ilə eyni olmalıdır.



Əsas və mühüm tarixi paralellərdən biri də ötən əsrin 90-cı illərinin əvvəllərində, dövlət müstəqilliyimizin ilk dövründə, birinci Qarabağ savaşı zamanı baş verən siyasi hadisələrlə bağlıdır. Bu qürurlu anlarda bizə keçmiş iztirab və məşəqqətli, üzücü hisslər yaşadan həmin hadisələri xatırlamamaq mümkün deyil. 1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi daxil olmuşdu. O zaman hakimiyyəti ələ keçirmək məqsədilə AXC-Müsavat cütlüyünün məqsədyönlü fəaliyyəti nəticəsində Laçın və Şuşa xəyanətkarcasına düşmənə təslim edildi. Məhz bu strateji mövqelərin itirilməsi sonda Azərbaycanın 20 faiz ərazisinin işğalına əsas səbəb oldu. Obrazlı desək, “cəbhəçi”lərin dərin quyuya saldıqları ağır xəyanət daşını yalnız 30 ildən sonra sarsılmaz xalq-Prezident-ordu birliyi üzərində İlham Əliyev siyasəti, diplomatiyası və qətiyyəti sayəsində çıxarmaq mümkün oldu. Ona görə də o dövrlər nümayış etdirdiyi antiazərbaycan mövqeyinin xalqımız üçün hansı bəlalar yaratdığının fərqində olmayan və Vətən müharibəsindən sonra ölkə rəhbərliyini Qarabağ münaqişəsini guya tam həll etməməkdə, xüsusilə də Laçın şəhərini və dəhlizi nəzarətə götürməməkdə ittiham edən AXCP sədri Əli Kərimov və onun tör-töküntülərinin populist bəyanatları üçün “arqumentlər” artıq mövcud deyil. Əksinə, onların düşmən tapdağına verdikləri üçrəngli əzəmətli Azərbaycan bayrağı bu gün artıq Laçın şəhərinin mərkəzində qürurla dalğalanır.



Nəhayət, 44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra Azərbaycanın diktə etdiyi yeni reallıqlar bu gün bütün dünya tərəfindən qəbul edilir və bu bölgədə Azərbaycanın lider, aparıcı rolu danılmazdır. 10 noyabr Bəyanatına əsasən Azərbaycan 2020-ci il dekabrın 1-də işğal altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı və Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla ərazi bütövlüyünün bərpasını başa çatdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik və rasional siyasəti nəticəsində Laçının bir şəhid vermədən azad edilməsi tarixi hadisə idi.



Bu gün qarşıya qoyulan əsas vəzifə bu bölgədə bütün dünya üçün təhlükə mənbəyi olan terrorun, separatçılığın kökünü tam kəsməkdir. Son hadisələr onu göstərir ki, Cənubi Qafqaz bölgəsində formalaşan geosiyasi vəziyyət nəticəsində bu hədəfə çatmaq üçün münbit şərait və tarixi fürsət yaranmışdır. Belə ki, Azərbaycanın gücü və ordumuzun qüdrəti qarşısında Ermənistan duruş gətirə bilmir və adekvat addımlar atmağa məcburdur. Digər tərəfdən, sağlam məntiqə əsaslanan hər kəs anlayır ki, Azərbaycanın sülhyaratma təşəbbüsləri təkcə ölkəmiz deyil, eyni dərəcədə bölgədəki digər ölkələrin, o cümlədən Ermənistanın normal inkişafı üçün bir platformadır. Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində açıqlamışdır ki, Qarabağ erməniləri başı sonu bilinməyən daxili problemlərinə qarışan Ermənistanın dəstəyindən tədricən məhrum olurlar. Ona görə heç də təəccüblü deyil ki, artıq Qarabağda yaşayan bəzi yerli erməni sakinlər də bu reallığı anlamağa başlayır və hətta onlardan bəziləri çəkinmədən Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət edirlər.



Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin hərbi və siyasi gücü qarşısında duruş gətirə bilməyən İrəvan tezliklə üçtərəfli bəyanatın digər şərtlərinə də əməl edəcək. Daha doğrusu, buna məcbur olacaq. Hər kəs görür ki, Prezident İlham Əliyevin söylədikləri və qarşıya vəzifə kimi qoyduğu bütün məsələlər mərhələli şəkildə öz həllini tapır. Ona görə də biz tezliklə dünya miqyasında böyük tarixi və geosiyasi əhəmiyyətə malik və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat vektorlarının ən vacib mərkəzi elementinə çevriləcək Zəngəzur dəhlizinin açılmasının da şahidi olacağıq.



Məsələnin digər maraqlı tərəfi isə onunla bağlıdır ki, Azərbaycan qalib tərəf və qat-qat güclü olmasına baxmayaraq 10 noyabr Bəyanatının müddəalarını sülh və diplomatiya yolu ilə həll etməyə üstünlük verir, qan tökülməməsi naminə hətta müvəqqəti olaraq güzəştə də gedərək müəyyən humanist addımlar atır.



Artıq Qarabağ və Şərqi Zəngəzura böyük qayıdışın startı verilib. Şübhə yox ki, tezliklə laçınlılar da öz tarixi torpaqlarına, 30 il didərgin düşdükləri yurdlarına qayıdacaqlar. Ərazi nəzarətə götürüldükdən dərhal sonra Laçında sürətli kommunikasiya-bərpa işlərinin vüsət alması, iqtisadiyyatın və turizmin inkişafına böyük töhfə ola biləcək yeni beynəlxalq aeroportun tikintisinə başlanması, təhlükəsizlik və güc strukturlarının yerli qurumlarının bu ərazidə fəaliyyətə başlaması tam əminlik yaradır ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi ilə bağlı bütün niyyətlər zamanımda öz həlini tapacaq.



Sözsüz ki, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın birbaşa nəzarətinə keçməsi həm də Ermənistanı sülh prosesinə məcbur edən vacib amildir. Məhz bu hadisələrin fonunda dünən – avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında Brüsseldə keçirilmiş sayca 4-cü görüşün nəticələri də sülhyaratma prosesində Azərbaycanın üstün mövqeyini, danışıqlarda təşəbbüsü inamlı şəkildə öz əlində saxladığını göstərdi və Prezident İlham Əliyevin irəli sürdüyü konstruktiv təkliflərin reallaşacağına heç bir şübhə yeri qoymadı. Bundan bir gün öncə iki ölkənin baş nazirlərinin müavinləri səviyyəsində sərhədlərin demitasiyası ilə bağlı məsələlərin müzakirəsini də məhsuldar saymaq olar. Bu hadisələri böyük diqqət və maraqla izləyən bir çox nüfuzlu siyasi texnoloqların da gəldiyi qənaətə görə bu görüş sülh müqviləsinin imzalanması, sərhədlərin demilitasiyası, kommunikasiyaların açılması, həmçinin itkin düşmüş şəxslər və minalar problemi ilə əlaqəli məsələlərin həllində yeni imkanların reallaşmasına mühüm töhfədir.



Artıq birmənalı şəkildə demək mümkündür ki, Qarabağın hazırda ermənilərin yaşadığı kiçik bir hissəsinin də Azərbaycanın nəzarətinə keçməsi sadəcə zaman məsələsidir və qarşıda xalqımızı sevindirəcək hələ çox qələbələrimiz və uğurlarımız var.



Bu prosesə mane olmaq istəyən, lakin buna nail ola bilməyən isə erməni separatçıları və xalq əleyhinə olan antimilli “cəbhəçi”lərdir.



Əli Hüseynli,

Milli Məclisin deputatı

Oxunub: 289
Paylaş:
Digər xəbərlər

Gündəm

26-08-2022, 11:44

Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi - İlham Əliyev

Gündəm

29-08-2022, 09:52

Laçın ziyalısı: Laçın həsrətinin bitməsinin sevincini yaşayırıq

Gündəm

29-08-2022, 12:08

Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülməsi Laçınlılar tərəfindən əsl bayram kimi qeyd edildi.

Gündəm

27-08-2022, 19:34

İradə Polad: Bizi Laçınımıza Qovuşdurana Şükür

Gündəm

19-07-2022, 10:27

“Altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb.”

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 12:14
    Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verdi
  • Bugün, 11:10
    Müttəfiqliyə aparan yol: Azərbaycan-Qırğızıstan münasibətlərinin FOTOXRONİKASI
  • Bugün, 11:08
    Ceyhun Bayramov Əraqçı ilə görüşdü
  • Bugün, 10:46
    Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı
  • Bugün, 10:43
    Bakıdan sonra İrəvan COP tədbiri keçirməyə hazırlaşır
  • Bugün, 10:29
    Deputatımız ABŞ-ə gedir
  • Bugün, 10:19
    İrana qarşı nüvə silahından istifadə edilməyəcək - Tramp
  • Bugün, 10:15
    Qardaş ölkələr bu dəfə meydanda rəqibdir
  • Bugün, 09:56
    Hikmət Hacıyevlə Alen Simonyan görüşüb
  • Bugün, 09:53
    İlham Əliyev Ərdoğanla görüşdü - GÖRÜNTÜ
  • Bugün, 09:50
    Modern.az 17 yaşında!
  • Bugün, 09:45
    Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyi yeni mərhələyə keçir.
  • Dün, 16:02
    Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir
  • Dün, 11:54
    Prezident Qırğızıstanda səfərdədir
  • Dün, 11:31
    DYP-dən sürücülərə xəbərdarlıq
  • Dün, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • Dün, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
  • Dün, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • Dün, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • Dün, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • Dün, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • Dün, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • Dün, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • Dün, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • Dün, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • Dün, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • Dün, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
26-08-2026, 14:40
Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
28-08-2026, 09:50
Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə