• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Xalq 2003-cü ildə Heydər Əliyev siyasətinin davam etdirilməsinə səs verdi

Gündəm

13-10-2022, 16:55

Xalq 2003-cü ildə Heydər Əliyev siyasətinin davam etdirilməsinə səs verdi
İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri


2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev cənabları ölkəmizin siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Prezident İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarla yeni demokratik modernist cəmiyyət formalaşdırdı.

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində iştirak etmiş seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verməklə, Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına sadiq olduğunu nümayiş etdirdi. Azərbaycan xalqı seçki məntəqələrinə gələrək İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi, Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

Əslində 15 oktyabrda seçki məntəqələrində əldə edilmiş nəticə oktyabrın 1-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciətinin və öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürməsi ilə bağlı çağırışının məntiqi nəticəsi idi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Xalq öz liderinin çağırışına səs verməklə Heydər Əliyev siyasətinin davam etdirilməsinə, daha xoşbəxt gələcəyinə səs vermiş oldu. Ötən müddət Ulu Öndər Heydər Əliyevin nə qədər uzaqgörən olduğunu bir daha sübuta yetirdi.

Prezident, Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən ölkənin dayanıqlı inkişafı üçün əsaslı addımlar atdı. Onun siyasi fəlsəfəsinin əsasında müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsi, eləcədə vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yuxarıda qeyd etdiyimiz siyasətinin nəticəsi idi ki, Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını onun hakimiyyətdə olduğu dövrdə daim artmışdır.

Prezident İlham Əliyev hakimiyyətinin ilk illərindən ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görülməsi istiqamətində Sərəncamlar imzaladı. Onun rəhbərliyi altında iqtisadiyyatın diversifkasiyalaşdırılması istiqamətində nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Həmçinin neft gəlirlərinin insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar bu gün əldə edilən uğurların təməlini qoydu.

Prezident İlham Əliyev seçki kampaniyalarında xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirməklə yanaşı hər zaman ölkənin gələcək prioritet istiqamətlərini müəyyənləşdirdi. Məhz Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 18 ildə ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olundu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz 44 günlük Vətən müharibəsi nəticəsində bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Bu gün İlham Əliyev bir lider kimi, ölkədə milli-mənəvi dəyərləri təmin edən, cəmiyyətdə müsbət əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən əsas qüvvədir. Məhz onun bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaradılıb.

Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanının açılması və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq. İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir. Artıq bir neçə su elektrik stansiyasının açılışı baş verib. Su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq. Bu ərazi nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır. Göründüyü kimi işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu, Müzəffər Ali Baş Komandanın illərlə verdiyi zəhmətin və məhz onun dövründə formalaşmış qalib Azərbaycan əsgərinin uğurudur.

Oxunub: 396
Paylaş:
Digər xəbərlər

Siyasət

2-05-2020, 00:46

Prezident: "Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir"

Gündəm

6-06-2020, 01:10

Rasim Quliyev: "Uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!” - Müharibə anonsu

Gündəm

13-06-2022, 17:04

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır

Gündəm

12-10-2022, 16:16

İlham Əliyev – Müzəffər Ali Baş Komandan!

Gündəm

13-06-2022, 15:40

Milli Qurtuluşumuz - siyasi birliyimiz.

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 12:14
    Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verdi
  • Bugün, 11:10
    Müttəfiqliyə aparan yol: Azərbaycan-Qırğızıstan münasibətlərinin FOTOXRONİKASI
  • Bugün, 11:08
    Ceyhun Bayramov Əraqçı ilə görüşdü
  • Bugün, 10:46
    Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı
  • Bugün, 10:43
    Bakıdan sonra İrəvan COP tədbiri keçirməyə hazırlaşır
  • Bugün, 10:29
    Deputatımız ABŞ-ə gedir
  • Bugün, 10:19
    İrana qarşı nüvə silahından istifadə edilməyəcək - Tramp
  • Bugün, 10:15
    Qardaş ölkələr bu dəfə meydanda rəqibdir
  • Bugün, 09:56
    Hikmət Hacıyevlə Alen Simonyan görüşüb
  • Bugün, 09:53
    İlham Əliyev Ərdoğanla görüşdü - GÖRÜNTÜ
  • Bugün, 09:50
    Modern.az 17 yaşında!
  • Bugün, 09:45
    Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyi yeni mərhələyə keçir.
  • Dün, 16:02
    Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir
  • Dün, 11:54
    Prezident Qırğızıstanda səfərdədir
  • Dün, 11:31
    DYP-dən sürücülərə xəbərdarlıq
  • Dün, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • Dün, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
  • Dün, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • Dün, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • Dün, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • Dün, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • Dün, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • Dün, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • Dün, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • Dün, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • Dün, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • Dün, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
26-08-2026, 14:40
Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
28-08-2026, 09:50
Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə