Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Səngəçal qəsəbəsində qeydə alınıb.
Avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Mirzəyev Məzahir Məmmədəli oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.