2023-cü il 15 fevral tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin növbəti qəbulu keçirilmişdir.
Qəbula yazılmış 14 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərdən 11-i münasib işlə təminat, 1-i maddi yadım, 1-i ünvanlı sosial yardım, 1-i isə vahid aylıq müavinətin bərpa olunması barədə olmuşdur.
Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.