YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov növbəti səyyar görüş keçirib
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri ilqar İlyasov 14 sentyabr 2023 - cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində məskunlaşan Laçın rayon sakinləri - YAP Laçın rayon təşkilatının Quşçu - Mirik Ərazi Partiya Təşkilatının qeydiyyatında olan partiya üzvüləri, fəalları və ictimaiyyət nümayəndələri ilə ilə görüş keçirib.
Görüşdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Yeni Azərbaycan Partiyasının VII qrultayından sonrakı dövrdə Partiyada aparılan islahatlar, görülən müsbət işlər, ordu quruculugu, ölkəmizin bütün sahələrdəki sürətli inkişafından bəhs edib. İ.İlyasov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, YAP sədri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin apardıgı ugurlu siyasət nəticəsində 44 günlük müharibədə Azərbaycan tarixi qələbə qazandı. Vətən ugrunda şəhid olan qəhrəman övladlarımızın ailə üzvülərinə, Qarabag qazilərinə göstərilən dövlət qaygısından bəhs edən natiq, işgaldan azad edilən ərazilərimizdə aparılan bərpa-quruculuq işlərini və əhalinin öz ata-baba yurduna köçməsini ən böyük tarixi hadisə oldugunu vurğulayıb. Təşkilatın sədri 26 avqust Laçın şəhər günündə ölkə Prezidenti, Partiyamızın sədri cənab İlham Əliyevin və ölkənin Birinci Vitse Prezidenti,YAP sədrinin birinci müavini Mehriban xanım Əliyevanın Laçına növbəti səfərini Laçınlıların yaddaşında qalacaq ən unudulmaz xatirə kimi dəyərləndirib. Həmçinin, 2023-cü il – “Heydər Əliyev ili” nin Respublikamızın hər yerində oldugugu kimi Laçın sakinlərinin məskunlaşdıqları müxtəlif ərazilərdə və məntəqələrdə də yüksək sevgi və coşqu ilə keçirildiyi partiya üzvülərinin diqqətinə çatdırılıb.
Görüş iştirakçıları ilə bir sıra məsələlər ətrafında müzakirə lər aparılıb.
Sonra görüş iştirakçıların müraciət və təklifləri dinlənilib. Görüşdə iştirak edənlər göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıq və ehtiramlarını bildiriblər. Görüş zamanı edilən müraciətlər YAP Laçın rayon təşkilatının əməkdaşları tərəfindən qeydiyyata alınıb və bildirilib ki, müraciətlər adiyyatı təşkilatlar qarşısında qaldırılacaq, nəticə ilə baglı müraciət ünvanlayan vətəndaşa məlumat veriləcək.