• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Şükür Həmidovun doğum günüdür

Gündəm

1-04-2024, 13:19

Şükür Həmidovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür.


Dovletxeberleri xatırladır ki, Şükür Nəriman oğlu Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunda doğulub.



Atası Nəriman Həmidov ibtidai sinif müəllimi, anası Şərqiyyə Həmidova isə evdar qadındır. Şükür Həmidov 1982-ci ildə Qubadlı rayonunun Başarat kənd tam orta məktəbinin birinci sinfinə qəbul olub və 1990-cı ilə qədər orada təhsil alıb. 1990-cı illərin əvvəlində Birinci Qarabağ müharibəsi başlanan zaman sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1993-cü ildə oradan məzun olan Şükür Həmidov həmin il sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə verib və 1995-ci ildə oranı “Motoatıcı” ixtisası üzrə bitirib.



1995-ci ildə ali hərbi təhsilini başa vuran Şükür Həmidov Müdafiə Nazirliyinin əmrinə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrindən birinə göndərilib və 11 il orada xidmət edib. Şükür Həmidova Müdafiə Nazirliyinin 20 iyun 1997-ci il tarixli əmrinə əsasən, “leytenant”, 1999-cu ildə “baş leytenant”, 2002-ci ildə isə “kapitan” hərbi rütbələri verilib.



2002-ci il sentyabrın 1-də Şükür Həmidov Şahbuz şəhərində “N” saylı hərbi hissədə Motoatıcı Tabor Komandirinin müavini vəzifəsinə təyin edilib. 2003-cü il sentyabrın 25-nə qədər bu vəzifədə xidmət edən Şükür Həmidov 2003-cü il sentyabrın 25-dən 2005-ci il iyulun 15-nə qədər Naxçıvan şəhərində “N” saylı hərbi hissədə Motoatıcı Taborun Qərargah rəisi vəzifəsində xidmət edib. 2005-ci il iyunun 30-da “mayor” hərbi rütbəsi almasından 15 gün sonra isə o, həmin hərbi hissədə Motoatıcı Taborun Komandiri vəzifəsinə təyin edilib.



Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrində 11 il qüsursuz xidmət edən Şükür Həmidov 2008-ci il iyunun 25-də Ağcabədi rayonunda “N” saylı hərbi hissədə 1-ci Taborun Komandiri vəzifəsində xidmət eləməyə başlayıb. 2009-cu il sentyabrın 10-na qədər bu vəzifədə xidmət edən Şükür Həmidov növbəti dörd il ərzində müxtəlif hərbi hissələrdə qərargah rəisi vəzifəsində xidmət edib.



2009-cu il sentyabrın 10-dan 2011-ci il iyunun 18-nə qədər Füzuli rayonunun Horadiz şəhərində “N” saylı hərbi hissədə komandirin müavini - qərargah rəisi vəzifəsində xidmət edən Şükür Həmidov qüsursuz xidmətinə görə 30 iyun 2010-cu ildə “polkovnik-leytenant” hərbi rütbəsi alıb. Daha sonra o, 2011-ci il iyunun 18-dən 2012-ci il fevralın 12-nə qədər Beyləqan rayonunda “N” saylı hərbi hissədə komandirin müavini - qərargah rəisi, 2012-ci il fevralın 12-dən 2013-cü il yanvarın 18-nə qədər isə Ağcabədi rayonunda “N” saylı hərbi hissədə komandirin müavini - qərargah rəisi vəzifəsində xidmət edib.



2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri kimi yazılan hərbi əməliyyatlar zamanı Şükür Həmidov Horadiz şəhərində “N” saylı hərbi hissənin komandiri idi. Cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub. Gecə döyüşləri zamanı Azərbaycan Ordusu Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqeləri, strateji nöqtələri, o cümlədən Lələtəpə zirvəsini işğaldan azad edib.



Şükür Həmidov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən Lələtəpə strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənib, buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs olub.
Ətraflı
Ad - 01:27



2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Şükür Həmidova vaxtından əvvəl növbəti “polkovnik” hərbi rütbəsi verilib. Hərbi rütbə ona mayın 10-da Lələtəpə istiqamətində səngərdə təqdim edilib.



2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilib və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilib.



2-ci Ordu Korpusunun komandir müavini olan Şükür Həmidov cənub istiqamətində aparılan döyüşləri idarə edənlərdən biri olub. Əvvəlcə o, Füzuli rayonu istiqamətində döyüşlərə qatılıb. 20 gün ərzində davam edən Arazboyu əməliyyatlar zamanı Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun Araz boyunca yerləşən yaşayış məntəqələrinin işğaldan azad edilməsi nəticəsində Azərbaycan Ordusunun bölmələri Zəngilan rayonuna hücum əməliyyatı hazırlayıblar. Oktyabrın 20-də 2-ci Ordu Korpusu və Dövlət Sərhəd Xidmətinin qatıldığı Zəngilan döyüşləri nəticəsində qısa müddət ərzində Havalı, Məmmədbəyli, Muğanlı, Şərifan, Zərnəli, həmçinin Zəngilan şəhəri işğaldan azad edilib.



Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətləniblər. Oktyabrın 20-də Qubadlı rayonu istiqamətində 2-ci Ordu Korpusunun komandir müavini Şükür Həmidovun da şəxsən qatıldığı döyüşlər başlayıb. Bir gün sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 12-dən çox yaşayış məntəqəsinə daxil olmağa nail olublar. Şükür Həmidov son olaraq Qubadlı şəhərinin bir addımlığında yerləşən Mahmudlu istiqamətində döyüşüb. Oktyabrın 22-də səhər saatlarında 2-ci Ordu Korpusunun komandir müavini Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı Mahmudlu istiqamətində ön xətdə şəhid olub.



O, II Fəxri Xiyabanda torpağa tapşırılıb.



Dəfn mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev telefon vasitəsilə Şükür Həmidovun atası Nəriman Həmidova dərin hüznlə başsağlığı verib.



Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Şükür Həmidov ölümündən sonra “Zəfər” ordeni ilə təltif edilib.



Azərbaycanın Füzuli rayonunun, Cəbrayıl rayonunun və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Şükür Həmidov ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamına əsasən, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Oxunub: 263
Paylaş:
Digər xəbərlər

Gündəm

2-01-2024, 04:57

Polad Həşimovun doğum GÜNÜDÜR

Cəmiyyət

7-11-2023, 12:01

Laçınlı Vətən müharibəsi şəhidi Hacıyev Şükür Aslan oğlunun anım mərasimi keçrilmişdir

Gündəm

2-09-2022, 11:55

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Valeh Mülümovun doğum günüdür

Gündəm

30-08-2021, 09:00

Xocalıda şəhid olan Milli Qəhrəmanın doğum günüdür

Gündəm

12-07-2021, 09:35

Şəhid polkovnik-leytenant Raquf Orucovun GÜNÜDÜR

Şou Biznes
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Talıb Taledən efir qadağası iddiası ilə bağlı AÇIQLAMA -ÖZƏL/VİDEO
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
14-04-2026, 15:20
Nəsimi rayonunda yaşayış binasında PARTLAYIŞ - ÖLƏN VAR
10-04-2026, 09:45
74 yaşlı piyadanın faciəli ÖLÜMÜ
8-04-2026, 09:31
SON DƏQİQƏ: DİN Füzulidə əməliyyat keçirdi - Həbs edilənlər var
Son xəbərlər
  • Bugün, 10:58
    Qurban Qurbanov Abbas Hüseynovu əsas heyətdən KƏNARLAŞDIRDI
  • Bugün, 10:54
    Zakir Həsənov azad olunmuş ərazilərə getdi
  • Bugün, 10:36
    Azərbaycanda qəzet baş redaktoru vəzifəsindən azad edildi
  • Bugün, 09:58
    Bakıda bu yollar bağlanacaq
  • Bugün, 09:14
    Azərbaycanda kirayə mənzillərin qiyməti bahalaşacaq
  • Bugün, 09:11
    Ailə başçısını itirənlərin təhsil ödənişi ilə bağlı YENİLİK
  • Dün, 15:26
    İlham Əliyev və birinci xanım Türkiyədədir - FOTOLAR
  • Dün, 14:39
    Dörd cüdoçumuz bürünc medal üçün yarışacaq - Yenilənib
  • Dün, 10:34
    Polad Həşimovun xanımından ürəkdağlayan sözlər
  • Dün, 10:32
    İranda bütün məktəblər distant təhsilə keçdi
  • Dün, 10:30
    Bakılda şadlıq sarayı bağlandı - VİDEO
  • Dün, 09:21
    Azərbaycan banklarının MƏNFƏƏT VƏ ZƏRƏRİ - TAM SİYAHI
  • Dün, 09:19
    AvroLiqada 1/4 final - Bu gün cavab oyunları olacaq
  • 15-04-2026, 14:50
    İranla bağlı qərar verildi - 10 min hərbçi göndərilir
  • 15-04-2026, 14:46
    Edqars Rinkeviçs Azərbaycana gəlir
  • 15-04-2026, 14:32
    Laçınlılar “Şəhərsalma və Memarlıq ili” ilə əlaqədar ağacəkmə aksiyası keçirmişlər. 15.04.2026
  • 15-04-2026, 14:25
    Tibb Universitetinə yeni mətbuat katibi təyin olundu
  • 15-04-2026, 14:21
    Hacı Əliyev mayor rütbəsi aldı
  • 15-04-2026, 13:18
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 15.04.2026
  • 15-04-2026, 11:03
    TƏBİB Azərbaycan səhiyyəsini dəyişir - vətəndaşların üzü gülür
  • 15-04-2026, 10:58
    “Atəşkəsin uzadılması mənasızdır”
  • 15-04-2026, 10:55
    Xaricdə oxumaq istəyənlərin nəzərinə!
  • 15-04-2026, 10:04
    Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
  • 15-04-2026, 09:58
    Azərbaycan nefti kəskin ucuzlaşdı
  • 15-04-2026, 09:45
    Bəzi yollarda sürət yenidən artırıldı
  • 14-04-2026, 16:09
    Sığorta tarifləri ilə bağlı yenilik - AÇIQLAMA
  • 14-04-2026, 15:20
    Nəsimi rayonunda yaşayış binasında PARTLAYIŞ - ÖLƏN VAR
  • 14-04-2026, 15:07
    Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR (YENİLƏNİB)
  • 14-04-2026, 15:00
    Pensiyalar ÖDƏNİLDİ
  • 14-04-2026, 14:32
    Minaya düşərək həlak olan ANAMA əməkdaşının FOTOSU
  • 14-04-2026, 14:30
    Kılıçdaroğluna həbs cəzası verildi
  • 14-04-2026, 14:29
    Ağdərənin bu kəndinə daha 56 nəfər qayıtdı – FOTO
  • 14-04-2026, 14:27
    “Space” TV-nin baş direktoru işdən çıxarıldı
  • 14-04-2026, 13:20
    Zərifə Əliyeva - insanlara qayğı və şəfqət nümunəsi.
  • 13-04-2026, 16:39
    Dövlət orqanlarında ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması mövzusunda tədbir keçirilmişdir.
Daha çox
14-04-2026, 15:20
Nəsimi rayonunda yaşayış binasında PARTLAYIŞ - ÖLƏN VAR
15-04-2026, 14:32
Laçınlılar “Şəhərsalma və Memarlıq ili” ilə əlaqədar ağacəkmə aksiyası keçirmişlər. 15.04.2026
15-04-2026, 13:18
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 15.04.2026
15-04-2026, 14:50
İranla bağlı qərar verildi - 10 min hərbçi göndərilir
10-04-2026, 14:55
DİM sədri buraxılış imtahanlarının nəticələrinin elan olunacağı tarixi AÇIQLADI
14-04-2026, 14:32
Minaya düşərək həlak olan ANAMA əməkdaşının FOTOSU
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə