Mart ayının 22-i 2001 ci ildə Baharın gəlişi ailəni işıqlandırıb, nurlandırdı.. Çünki Ülvi adlı bir oğul doğuldu. O oğulki min bir əziyyətlə böyüyüb, bütöv Azərbaycanın qəhrəmanı oldu...
Anası Gülxaz xanım oğlunu belə xatırlayır;
Balacalıqdan yarpaq dolması yeməyini çox sevirdi.
Tələbə olanda da evə gələndə zəng vururduki ana mənə kartof qızart, üzərinə yumrta vur, amam tavada yeyəcəm.. Xoşu gəlirdi elə. Paxlavanı çox sevərdi, deyirdi mənim yediyim paxlavanın yağı mütləq axmalıdır. Elə dadlı olur...
Ülvinin özündən balaca bir bacısı var. Onunda 2 qız övladı var.
Ailə uzun illər kirayələrdə yaşayıb, ailənin tək gəlir yeri Ülvinin atası Hənifə ata olub. Hənifə ata Salyan rayon vağzal bazarında kiçik pinəçi dükanında ayaqqabı təmiri edib. Qazandığı 3_5 manatla övladlarını böyüdüb, oxutdurub.
Ülvi işə başalayan kimi öz adına kreditlə bir ev alır ki, ailəsini sevindirsin. 2023-cü ilin fevral ayında aldıqları evə köçsələrdə. Ailə sevinərək o evdə otura bilməyib. Ata-anaya nə qədər təsəlli olunsada onları heçnə ilə ovudmaq olmur. Gülxaz ana istəyirki yaşadığları Axundzadə küçəsinə oğlu Şəhid Ülvi Bağırovun adı verilsin və yaşadığları massivdə adına şəhdi bulağı inşa edilsin. İnanırıq ki Salyan Rayon İcra Hakimiyyəti bu barədə ailəyə maddi və mənəvi köməklik göstərəcək...
Ülvinin 23_ ili
2006-cı ildə doğulub boya-başa çatdığı Salyan rayonunda yerləşən Ə.Kürçaylı adına tam orta məktəbin l sinifinə gedib. Oxuduğu illərdə məktəbin nümunəvi şagirdlərindən olub. 2018-ci ildə həmin məktəb də məzun olub. Elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olub. 4 ildən sonra orada məzun olub. Sonra 1-il TTM-də kurs keçdikdən sonra, təyinatı Qubadlıya verilib. Vətən eşqi ilə yanan Ülvi Bağırov Qubadlıya ürəkdən, həvəslənərək yollanıb. 20.09.2023-cü il tarixində antiteror əməliyyatı zamanı Xocavənd uğrunda gedən döyüşlərdə başından ağır yaralanır... 7 ay yəni 200 gün komada qalır, həkimlərin səyinə baxmayaraq şəhidlik zirvəsini seçərək müalicə aldığı tibb müəsisəsində şəhid olur.
08.04.2024- cü ildə leytenant Ülvi Bağırov Salyan rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.. Allah rəhmət etsin.