• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

General Əli Nağıyev DTX-nın imicini necə bərpa etdi - iki rəy

Gündəm

28-02-2020, 00:07

Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyevin, ondan da əvvəl Ağstafanın icra başçısı Nizaməddin Quliyevin, həmçinin onların tabeliyində olan digər vəzifəli şəxslərin iş başındaykən, kabinetlərindəcə qandallanması Dövlət Təhlükəsizlik Xidmətinə xalq arasında inamı gücləndirir.

General Əli Nağıyev DTX-ya rəis təyin edildikdən sonra keçən müddətdə rüşvətxor icra başçılarına, xalqın narazı qaldığı məmurlara qarşı bu xüsusi xidmət orqanının apardığı əməliyyatlar cəmiyyətdə müsbət qarşılanır. Eldar Mahmudovun zamanında MTN-in itirilmiş nüfuzu, korlanmış imici Əli Nağıyevin gəlişindən sonra müsbətə doğru dəyişir. Son həbslər DTX-ya cəmiyyətdə etimadı daha da artırıb.

Hakim Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Mirzəzadə bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanın müasir tarixində ulu öndər Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarına çox uğurla rəhbərlik etdiyi dövr olub və bu gün də DTX xalqı, dövləti müdafiə eləyən orqan funksiyasını yüksək səviyyədə həyata keçirir: “Heydər Əliyevin fəaliyyəti nəticəsində təhlükəsizlik orqanlarına milli kadrlar cəlb edildi. Həmin dövrün Dövlət Təhlükəsizlik Komitəsi Azərbaycan xalqını cəzalandıran orqandan Azərbaycan xalqını müdafiə eləyən bir quruma çevrildi. Bu baxımdan Azərbaycan xalqı həmişə təhlükəsizlik orqanlarından Heydər Əliyevin rəhbərlik etdiyi, onun dövründəki fəaliyyəti gözləyir. Çox təəssüf ki, məlum keçmiş rəhbərlik dövlət təhlükəsizlik orqanının imicinə çox böyük zərbə vurdu.

Aydın Mirzəzadə: “Azərbaycan xalqı həmişə təhlükəsizlik orqanlarından Heydər Əliyevin rəhbərlik etdiyi, onun dövründəki fəaliyyəti gözləyir”

Ona görə də bu zərbənin aradan qaldırılması üçün çox böyük işlər görülməli oldu. General Əli Nağıyevin rəhbərliyi ilə bu struktur müsbət imicini geri qaytarır. DTX xalqın, dövlətin təhlükəsizliyinin keşiyindədir. Bunlar hələ görünən hissəsidir. Görünməyən hissə Azərbaycanda xarici agenturaya qarşı mübarizədir, Azərbaycanın təhlükəsizliyinin bütün sahələrdə uğurla qorunmasıdır, hər bir vətəndaşın özünü güvəncli hiss etməsi əhval-ruhiyyəsinin yaradılmasıdır. Aparılan iş, uğurlar cənab prezidentin tapşırığı ilə, onun göstərdiyi yolla aparılan fəaliyyətin nəticəsidir. Cənab prezidentin tapşırığı ilə Dövlət Təhlükəsizlik Xidmətinin rüşvətxorluğa, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına qarşı mübarizə aparması və ortaya çox yaxşı nəticələr qoyması, əlbəttə, bizləri, ölkə vətəndaşlarını sevindirməyə bilməz. DXN-nın bütün fəaliyyəti dövlətimizi gücləndirir. Xalqın bu quruma, dövlətinə inamını daha da artırır”.

Elxan Şahinoğlu: “Xalq DTX-dan bu cür məmurlara qarşı mübarizəni daha da şiddətləndirməyi istəyir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirdi ki, Dövlət Təhlükəsizlik Xidmətinin son zamanlar rüşvətxor icra hakimiyyəti başçılarına və məmurlara qarşı həyata keçirdiyi əməliyyatlar cəmiyyətdə həqiqətən də müsbət qarşılanır: “Prezident İlham Əliyevin də dediyi kimi, korrupsiya ölkəmiz üçün böyük təhlükədir. Bu həm də milli təhlükəsizliyimiz üçün böyük təhdiddir. Ona görə də korrupsioner məmurlara qarşı əsas mübarizəni məhz Dövlət Təhlükəsizlik Xidməti aparır. Məmur rüşvətxorlar dövlətin sütunlarını zəiflədirlər. Misal üçün, Neftçalanın icra başçısı bütün məmurlardan rüşvət toplayırmış. Baş həkim həkimlərdən, təhsil idarəsinin rəhbəri isə məktəb direktorlarından rüşvət toplayırmış. Bu o deməkdir ki, həkimlər və müəllimlər də sadə insanlardan pul toplayırmışlar. Yəni hər mərhələdə cəmiyyətin sütunlarında rüşvət toxumu səpilirmiş. Bu isə insanların dövlət idarəetməsinə inamını sarsıdırdı. Mən şübhə etmirəm ki, icra başçılarının hamısının otaqlarında gizli kameralar quraşdırılıb. Ancaq bəziləri o qədər harınlayıb ki, kameranı da vecinə almayaraq rüşvət toplayırlar. Məsələn, Neftçaladan əvvəl iki rayonun icra başçısı eyni cinayətə görə eyni üsulla həbs olunmuşdu. Buna baxmayaraq, Neftçalanın keçmiş icra başçısı rüşvətin toplanmasında ”ənənəvi" üslubda, yəni otağında pul toplayırdı. Eldar Mahmudov özü də korrupsioner idi. Rüşvətə qurşanan məmur özü kimiləri həbs etməzdi. Ona görə də Eldar Mahmudovun dövründə oxşar əməliyyatlar həyata keçirilmirdi. Eldar Mahmudovun qanunsuz əməlləri cəmiyyətdə onun rəhbərlik etdiyi struktura inamı sarsıtmışdı. Eldar Mahmudovun cinayətkar bandası neytrallaşdırıldıqdan sonra prezident doğru olaraq kəşfiyyatı əks-kəşfiyyatdan ayırdı. Hazırda Əli Nağıyevin rəhbəri olduğu Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyəti mövcud dövlət strukturuna olan inamsızlığı ortadan qaldırıb. Buna baxmayaraq, həbsini gözləyən rüşvətxor məmurların sayı hələ kifayət qədərdir. Bu cür məmurlar və onların korrupsioner fəaliyyətləri erməni işğalı qədər Azərbaycan üçün təhlükəlidir. Xalq DTX-dan bu cür məmurlara qarşı mübarizəni daha da şiddətləndirməyi gözləyir". Musavat.com

Xəbərnur

Oxunub: 789
Paylaş:
Digər xəbərlər

Siyasət

31-10-2019, 17:00

Eldar Əzizovun kürəkəni icra başçısı olur — Daha iki icra başçısı GEDİR

Siyasət

4-11-2019, 10:35

Zakir Qaralovdan Əli Nağıyevin yerinə yeni təyinat

Siyasət

7-11-2019, 12:34

Yeni icra başçısı ilk dəfə sakinlərin qarşısında - Foto

Siyasət

5-11-2019, 12:34

Prezidentin yeni təyin etdiyi gənc icra başçısından — NÜMUNƏVİ ADDIM

Siyasət

1-11-2019, 10:43

“YAP-da islahatlar olmalıdır” çağırışına partiyadan cavab

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Dün, 12:14
    Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verdi
  • Dün, 11:10
    Müttəfiqliyə aparan yol: Azərbaycan-Qırğızıstan münasibətlərinin FOTOXRONİKASI
  • Dün, 11:08
    Ceyhun Bayramov Əraqçı ilə görüşdü
  • Dün, 10:46
    Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı
  • Dün, 10:43
    Bakıdan sonra İrəvan COP tədbiri keçirməyə hazırlaşır
  • Dün, 10:29
    Deputatımız ABŞ-ə gedir
  • Dün, 10:19
    İrana qarşı nüvə silahından istifadə edilməyəcək - Tramp
  • Dün, 10:15
    Qardaş ölkələr bu dəfə meydanda rəqibdir
  • Dün, 09:56
    Hikmət Hacıyevlə Alen Simonyan görüşüb
  • Dün, 09:53
    İlham Əliyev Ərdoğanla görüşdü - GÖRÜNTÜ
  • Dün, 09:50
    Modern.az 17 yaşında!
  • Dün, 09:45
    Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyi yeni mərhələyə keçir.
  • 31-08-2026, 16:02
    Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir
  • 31-08-2026, 11:54
    Prezident Qırğızıstanda səfərdədir
  • 31-08-2026, 11:31
    DYP-dən sürücülərə xəbərdarlıq
  • 31-08-2026, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • 31-08-2026, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
  • 31-08-2026, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • 31-08-2026, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • 31-08-2026, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • 31-08-2026, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • 31-08-2026, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • 31-08-2026, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • 31-08-2026, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • 31-08-2026, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • 31-08-2026, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • 31-08-2026, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
26-08-2026, 14:40
Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
28-08-2026, 09:50
Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə