Binəqədidə yaşayış binasında yanğın olub.
Bakı şəhərinin Binəqədi rayonu 7 ci mikrarayon Abay Kunanbayev küçəsinin yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən xebernur.com_ya verilən məlumata görə, rayonda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi olan mənzili yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın,
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.