Türkiyənin paytaxtı Ankarada yerləşən raket fabrikində partlayış baş verib.
Xebernur.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə MKE raket və partlayıcı fabrikində qeydə alınıb.
Partlayış nəticəsində 5 nəfər ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.