• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Maaşınızı bu tarixdən istənilən kartdan ala biləcəksiniz - detallar

İqtisadiyyat / Sosial

7-05-2026, 14:04

Maaşınızı bu tarixdən istənilən kartdan ala biləcəksiniz - detallar
Azərbaycanda əməkhaqqı və pensiya ödənişləri ilə bağlı bank seçimi imkanının yaradılması yenidən gündəmə gəlib. Belə ki, faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib ki, yaxın aylarda bank sektorunda əmək bürokratizasiyasının azaldılması istiqamətində addımlar atılacaq. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə aparılan inteqrasiya işləri nəticəsində həm dövlət, həm də özəl sektorda çalışan vətəndaşların maaşlarını istədikləri bank vasitəsilə ala bilməsi üçün mexanizmlər hazırlanır. Əlavə olaraq, qeyd olunan məsələ ötən gün Mərkəzi Bank sədrinin iqtisadçılarla keçirdiyi görüşdə də müzakirə olunub.

Məsələ ilə bağlı açıqlamasında görüşün iştirakçısı, iqtisadçı Əkrəm Həsənov dəyişikliklərin vətəndaş hüquqları və bank sektoruna təsirini şərh edib.

Onun sözlərinə görə, 2022-ci ilin sonu, 2023-cü ilin əvvəllərində əməkhaqqı və pensiya alan vətəndaşlara bank seçimi imkanının yaradılması məsələsi müzakirə olunur:

"Bu gün vətəndaşların hansısa bankın məcburi şəkildə müştərisinə çevrilməsi, əməkhaqqı və ya pensiyanın yalnız həmin bank vasitəsilə alınmasına məcbur edilməsi düzgün deyil və qanuna ziddir. Bu, həm də Mülki Məcəllənin tələblərinə uyğun gəlmir. Çünki Mülki Məcəlləyə əsasən, bank hesabı müqaviləsi könüllü bağlanılır. Yəni vətəndaş istənilən bankın müştərisidirsə və kartı varsa, deməli onun həmin bankda hesabı mövcuddur. Kart sadəcə hesabdan istifadə vasitəsidir. Bu halda heç kəsi konkret bankla işləməyə məcbur etmək olmaz. Hətta müqavilə bağlanıbsa belə, müştəri istənilən vaxt bankla əməkdaşlığa xitam verə bilər. Bank isə bunu birtərəfli qaydada edə bilməz, yalnız məhkəməyə müraciət etməlidir. Müştərinin isə istənilən halda müqaviləni dayandırmaq hüququ var".



İqtisadçının sözlərinə görə, hazırda çox qəribə vəziyyət yaranıb:

"Pensiyalar əsasən Dövlət Sosial Müdafiə Fondunun seçdiyi iki bank vasitəsilə ödənilir. Dövlət qurumlarında əməkhaqları da əvvəlcədən müəyyən edilmiş banklar üzərindən köçürülür. Hətta özəl sektorda belə işçilər üçün konkret bank seçilir və maaş həmin bank vasitəsilə verilir. Bu isə qanunsuz yanaşmadır. Bu məhdudiyyət aradan qalxdıqdan sonra ilk növbədə qanunun aliliyi təmin olunacaq. Digər tərəfdən, vətəndaşın seçim hüququ yaranacaq. Əgər bankın xidmət keyfiyyəti onu qane etmirsə, başqa banka keçə biləcək və işəgötürənə maaşının həmin banka köçürülməsini bildirəcək. Eyni şəkildə, pensiya alan şəxs də vəsaitin istədiyi banka köçürülməsini tələb edə biləcək. Vətəndaşın istənilən vaxt bankını dəyişmək hüququ var".

Ə.Həsənov həmçinin qeyd edib ki, dəyişiklik bank xidmətlərinin keyfiyyətinə də müsbət təsir göstərəcək:

"Banklar arasında rəqabət güclənəcək və hər bir bank müştərini cəlb etmək üçün daha keyfiyyətli xidmət göstərməyə çalışacaq".

İqtisadçı onu da əlavə edib ki, digər mühüm məsələ isə əməkhaqqı və pensiya kartları üzərindən yaranan sui-istifadə hallarıdır:

"Hazırda bəzi banklar kredit müqavilələrinə belə bir şərt daxil edirlər ki, kredit üzrə gecikmə yaranarsa, vəsait birbaşa əməkhaqqı və ya pensiya kartından tutulacaq. Əgər həmin kart başqa bankda olsaydı, bank məhkəməyə müraciət etməli idi. Məhkəmə qərarı olduqdan sonra isə maaş və ya pensiyanın yalnız müəyyən hissəsi tutula bilərdi. Amma hazırda bəzi hallarda vəsaitin tam şəkildə çıxılması baş verir.

Vətəndaş isə qanunla deyə bilər ki, əməkhaqqını və ya pensiyasını həmin bankdan almaq istəmir və başqa banka keçir. Hazırda buna imkan verilmir. Bu isə qanunsuzluqdur. Yeni sistem tətbiq edildikdən sonra vətəndaşın həmin bankda kredit borcu olsa belə, başqa banka keçmək hüququ olacaq. Bank isə borcla bağlı məhkəməyə müraciət edə bilər".

Ə.Həsənov diqqətə çatdırıb ki, bu dəyişiklik banklar arasında rəqabəti daha da artıracaq və xidmət keyfiyyətinin yüksəlməsinə ciddi müsbət təsir göstərəcək:

"Əslində, sistemin ötən ilin oktyabrından tətbiqi gözlənilsə də, müəyyən gecikmələr oldu. Mərkəzi Bank sədrinin bildirdiyinə görə, sistemin iyul ayınadək işə düşməsi nəzərdə tutulur".

Oxunub: 48
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

6-03-2026, 15:27

“Bank BTB” BOKT-a çevrilir, öhdəlikləri ABB-yə ötürülür

Cəmiyyət

6-03-2026, 15:15

Ramiz Mehdiyevin ailə bankı BAĞLANIR

İqtisadiyyat

8-12-2025, 10:22

Mərkəzi Bank ilin sonuncu faiz qərarını açıqlayacaq

İqtisadiyyat

29-07-2025, 10:35

Taleh Kazımov bank rəhbərlərini TOPLADI

İqtisadiyyat

24-04-2025, 15:16

Maaş və təqaüdləri istənilən bankdan ala biləcəyik - YENİLİK

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
Dün, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
Dün, 10:55
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
4-06-2026, 09:52
Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi
Son xəbərlər
  • Dün, 23:40
    Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar
  • Dün, 11:02
    “Qarabağ” sevgisi okeanı aşdı...
  • Dün, 11:00
    Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
  • Dün, 10:58
    Ermənistanda seçki saxtakarlığı - Rüşvət verənlər saxlanıldı
  • Dün, 10:57
    Avropa liderləri Londonda toplanır - Mövzu Ukraynadır
  • Dün, 10:55
    Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
  • Dün, 10:54
    Soçi hava limanı BAĞLANDI
  • Dün, 10:53
    Ermənistanda parlament seçkilərində səsvermə başladı
  • Dün, 10:51
    I və IV qruplar üzrə qəbul imtahanı keçirilir
  • 6-06-2026, 20:12
    Millimiz Avropa Liqasına məğlubiyyətlə başladı
  • 6-06-2026, 20:09
    İran: ABŞ atəşkəsi pozdu
  • 5-06-2026, 19:30
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Gəncə şəhərində keçirildi. 05.06.2026
  • 5-06-2026, 15:27
    Prezident milli komandamıza 1 milyon manat ayırdı
  • 5-06-2026, 14:15
    Prezident Administrasiyasında Natiq Cəfərli ilə görüş keçirilib
  • 5-06-2026, 13:56
    Bu peşə sahibləri pensiyaya çıxanda 6 qat maaş alacaq!
  • 5-06-2026, 13:50
    Fermerləri məlumatlandırmadan cərimələmək olmaz - Komitə sədri
  • 5-06-2026, 11:34
    İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək
  • 5-06-2026, 11:26
    Bölgələrə yağış və dolu yağıb - Faktiki hava
  • 5-06-2026, 10:49
    Ağstafanın Köçvəlili kəndinə içməli su verildi
  • 5-06-2026, 10:16
    Putin İlham Əliyevə buna görə təşəkkür etdi
  • 5-06-2026, 10:13
    Azərbaycan nefti sürətlə ucuzlaşır: 100 dollara düşdü
  • 4-06-2026, 15:20
    “Qarabağ” yeni qapıçı aldı
  • 4-06-2026, 10:40
    Ən aşağı keçid ballı ixtisaslar - SİYAHI
  • 4-06-2026, 10:32
    Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
  • 4-06-2026, 10:24
    Bu imtahanların tarixləri açıqlandı
  • 4-06-2026, 10:22
    “Azeri Light”ın bugünkü qiyməti açıqlandı
  • 4-06-2026, 10:18
    Azərbaycandan Ermənistana buğda, arpa və gübrə göndəriləcək
  • 4-06-2026, 10:16
    Prezident seçkiləri etiraza səbəb oldu
  • 4-06-2026, 10:15
    Torpaq ona səcdə edən varsa - Vətəndir!
  • 4-06-2026, 10:11
    Baş həkim vəfat etdi
  • 4-06-2026, 10:07
    Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü sökülür
  • 4-06-2026, 09:52
    Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi
  • 4-06-2026, 09:49
    Qızıl yenidən bahalaşdı
  • 4-06-2026, 09:47
    Türkiyədə azərbaycanəsilli şəxs qəfildən milyarderə çevrildi
  • 4-06-2026, 09:12
    Bakının üç rayonunda işıqlar sönəcək
Daha çox
3-06-2026, 16:27
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi. 03.06.2026
1-06-2026, 20:55
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağsu rayonunda keçirildi. 01.06.2026
5-06-2026, 11:34
İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək
5-06-2026, 19:30
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Gəncə şəhərində keçirildi. 05.06.2026
5-06-2026, 10:13
Azərbaycan nefti sürətlə ucuzlaşır: 100 dollara düşdü
5-06-2026, 14:15
Prezident Administrasiyasında Natiq Cəfərli ilə görüş keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə