• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Rəqəmsal uşaqlar

Maraqlı

2-05-2020, 00:57

Rəqəmsal uşaqlar


Övladının təhsilinə ümidlə baxan valideynlərlə yanaşı, uşağının dərsə hazırlaşmadığından, kitab “üzü” açmadığından, saatlarla kompüterin qarşısında “itib-batdı”ğından şikayətlənən ata-analar günümüzün reallığıdır. Əlimizdə statistika olmasa da, hər halda ikincilər birincilərdən çoxdur. Əslində, bu, həmişə belə olub. Ancaq müasir texnologiyalar, internet, şəbəkə oyunları, rəqəmsal gerçəklik fonunda müasir uşaqların dərsdən yayınmaları daha qabarıq gözə dəyir. Belə olan halda yeni nəslin valideyni nə etsin? Övladını kompüterdən necə ayırsın? Onu kitaba, dərsə meyl salmağa necə məcbur etsin? Ötən əsrin ikinci yarısında gündəmə “baby boomer” deyilən bir ifadə gəldi. Amerikalılar tərəfindən yayılmışdı. 1940-50-ci illərdə doğulmuş nəslə deyilirdi. Hazırda bu nəsildən sağ qalanlar 70-80 yaşdadırlar. İkinci Dünya müharibəsi və onun fəsadları şəraitində dünyaya gəlmiş və tərbiyə olunmuşdular. Təbii ki, həyata baxışlarında müharibə amili rol oynamaya bilməzdi. Texnologiyadan uzaq bir dövrdə yetişən bu nəsil hər şeyi özü etməyə alışmışdı, çalışqan, qayğıkeş idi. Özləri, ailələri ilə yanaşı, valideynlərinə də baxırdılar. Valideynlərin çoxu buna ehtiyac da duyurdu: dünya müharibədən qurtulmuşdu.
Rəqəmsal uşaqlar
1960-70-ci illərdə dünyaya gələnlərə “X-nəsil” deyilir. Hazırda 50-60 yaşları var. Olduqca intizamlıdırlar, işlərində səbrlidirlər, karyera iyerarxiyasına inanırlar, işləməyi sevirlər, adətən bir iş yerləri olur. Əksər texnoloji ixtiralar — paltaryuyan və tozsoran maşınlardan tutmuş mobil telefonlar və kompüterlərə qədər hər yeniliklə tanışdırlar. Ancaq bu texnoloji ixtiralardan övladlarıtək yararlana bilmirlər. Onlardan geri qalırlar.
80-90-cı illərdə doğulanlara “Y-nəsil” deyilir. Siyasi tarixin keçid dövrünün yetirmələridirlər. Fərdi azadlıq aşiqidirlər, ailələrini şübhəsiz ki, sevirlər. Ancaq müstəqillikdən xoşları gəlir. Gözəl yaşamaq üçün çalışırlar. Bu səbəbdən idarə edən olmaq, şəxsi işləri və bizneslərini üçün “dəridən-qabıqdan” çıxırlar, tez-tez iş dəyişirlər, çünki ən yaxşısının axtarışındadırlar. Sosial medianın açdığı imkanlardan maksimum istifadə edirlər. Əslində, ən rəngarəng nəsildirlər. Zamandan bacarıqla istifadə edirlər, eyni gündə həm işləyə bilərlər, həm də əylənə.
2000-ci ildən sonra doğulanlara isə “Z-nəsil” deyilir. Bu gün ən böyüyünün 18 yaşı var. İnternet erasında doğulub boya-başa çatırlar. Bu səbəbdən öncəki nəslin sevdiyi oyuncaqlar onlar üçün primitivdir.
Yeri gəlmişkən, Qərbdə 40-50 yaşlı insanların 45%-nin uşaqlıq oyuncaqlarını saxladıqları, hətta əksəriyyətinin gecələr yatarkən belə sevimli qəhrəmanları ilə yatdıqlarını statistika da təsdiqləyir. “Z-nəsil” isə smartfonlar dövrünün yetirmələridir. Uşaqlıqdan internet istifadəçiləri olduqları üçün eyni anda 3-4 işlə maraqlana, icra edə bilirlər. Filmə baxa-baxa sosial şəbəkədən istifadə edirlər, söhbətləşdikdə paralel olaraq gözləri smartfonlarındadır. Fikirlərini tez-tez dəyişə bilərlər, fundamental elm sahələrinə maraqları azdır, çünki… Çünki hər şeyi internetdən alırlar. Beləliklə, mövzumuz “Z-nəsil”dir.
Məktəb
Bu nəslin nümayəndələri valideynlərində bəlkə də ən çox qorxu və həyəcan yaradanlardır. Axı niyə kitabları qadjetlər əvəzləyib? Onların internetdən asılılığı təhlükəlidirmi? Diqqət çatışmazlığı sindromu necə yaranır? Bütün bu sualların olduqca konkret cavabı var: onlar və biz ayrı-ayrı dünyalarda yaşayırıq. Onların kompüter dünyası var, biz isə hələ kitab oxuyuruq. Uşaq üzərində nəzarətin zəifləməsi, yaxud itirilməsi, intizam çatışmazlığı, münasibətlərdə anlaşılmazlıq hər zaman olub. İndi bu problemin daha mürəkkəb olmasının səbəbi bizlərin fərqli nəsillər olmağımız ilə yanaşı, həm də başqa-başqa kommunikativ sistemlərə mənsubluğumuzdur.
Bir sıra mütəxəssislər əmindirlər ki, yeni nəsli oxumağa məcbur etməyin heç bir faydası yoxdur, onsuz da oxumayacaqlar. Bəşəriyyət tarixində mütəmadi olaraq kommunikativ sistemlərin dəyişilməsi prosesi baş verir. Bu, təbiidir və biz hazırda yeni dəyişikliyin astanasındayıq. Sensor modallıq dəyişib: bizdən fərqli olaraq uşaqlar oxumurlar, baxırlar. Oxuyarkən biz təsəvvür edirik. Uşaqlar isə baxdıqlarından təsəvvürə ehtiyac yoxdur, hər şey görünür. Ona görə də onlar fərqli kommunikativ mədəniyyətə mənsubdurlar. “Harvard Business Review”in məlumatına görə, Toronto Kommunikasiya nəzəriyyəsi məktəbinin nümayəndələri hesab edirlər ki, kommunikativ texnologiyalar insanın mədəniyyət və mentalitetini müəyyən edir. Orta əsrlər insanı ilə Yeni dövr insanını onların dəyərləri, dünyaya baxışları fərqləndirir. Sosium necə formalaşırsa, bizim şüurumuz da ona uyğunlaşır, axı insan hər halda sosial canlıdır.
Biz tədricən təsəvvür dövrünü geridə qoyub tamaşaçı registrinə qədəm qoyuruq. Bunun üçün öyrənmək o qədər də vacib deyil. Ümumi qəbul edilmiş standartlar yoxa çıxır, məsələn, yaxşı uşaq hansı uşaqdır və ona nəyi öyrətmək lazımdır? Biliklər o qədər artıb, həcm o qədər böyükdür ki, hər şeyi yadda saxlamaq mümkün deyil. Rusiyalı psixoterapevt Anna Varqa hesab edir ki, belə bir reallıqda yalnız məktəblilərdə olan diqqət çatışmazlığı sindromu və hiperaktivlikdən şikayətlənmək düzgün deyil. Onun fikrincə, məktəblərdə də günah var: uşaqlara əxz edəcəkləri formada informasiya verə bilmədiklərinə görə.
Varqanın fikrincə, hələlik məktəb yeni nəslə, müasir uşağa və onun yaşayacağı cəmiyyət tipinin tələblərinə cavab verə bilmir. Problemin qaynağı da məhz budur. Məktəblərdə uşaqlara yenə əvvəlki həcmdə informasiya verilir, halbuki bu gün onları müxtəlif treklər vasitəsilə özlərinin bilik əldə etmələrinə yönəltmək daha düzgün olardı. Qabaqcıl təhsil ocaqları belə də edirlər: öyrənmək məcburiyyəti yoxdur, diskussiyalar, oyunlar, onlayn-təhsil vasitəsilə uşaqları hesabat və təqdimatlar hazırlamağa stimullaşdırırlar. “Diqqət çatışmazlığı sindromu müasir uşaqların yeni və köhnə nəsil arasındakı quyuya düşüb qalmalarının nəticəsidir”, — deyə A.Varqa düşünür.
Mütəxəssislərin fikrincə, uşaqları kompütersiz, yaxud smartfonsuz qoymaqla onları təhsilə yönəltmək cəhdləri əbəsdir. Gözlənilir ki, bu problem yeni nəsil müəllimlərin gələcəkləri an həllini tapacaq. Həmin müəllimlər uşaqları yeni reallıqların metodları ilə öyrədəcəklər. Yeri gəlmişkən, dünyanın bir sıra ölkələrində sosial şəbəkələr və internet vasitəsilə təhsil vermə praktikası həyata keçirilir və bu mövzuya qəzetimizdə toxunmuşuq. Belə demək mümkündürsə, indi biz bir keçid mərhələsini yaşayırıq.Hazırda uşaq onun dərketmə metodu və kommunikasiya formasına uyğun olmayan cəmiyyətdə yaşayır, həmin cəmiyyətin məktəbində oxuyur. Ona görə də valideynlər uşağa kömək etməlidirlər. Bəlkə elə bu səbəbdən müəllimlərin verdikləri ev tapşırıqları da sanki uşaqlara deyil, onların valideynlərinə ünvanlanıb.
İnternet
Günümüzdə uşaqların sosiallaşması prosesi internetdə baş verir. Əvvəlki nəsillər birbaşa ünsiyyət vasitəsilə sosiallaşırdılar. Bu gün uşaqların rəqəmsal dünyadan kənar ünsiyyəti tutaq ki, yay fəslində, tətildə, harasa səyahət edərkən baş verir. Yaxud uşaq komanda idman növləri ilə məşğuldursa. Böyüklər gələcəyə qorxu ilə baxırlar, ancaq bu o demək deyil ki, sabah həqiqətən təhlükəlidir.
Sadəcə, uşaqlar onlayn-ünsiyyəti sevirlər. Bizim onları anlamamağımız, yaxud qəbul etməməyimiz normaldır. Hesab edilir ki, onlar öz övladlarını bizim onları anladığımızdan yaxşı başa düşəcəklər.
Əvvəllər valideynlər uşaqları evə gec qayıdarkən ehtiyat edirdilər. İndi isə internetdə “qeyb” olduqlarına görə. Təbii ki, nəzarət bu və ya digər formada hər zaman olub, indi də ola bilər. Müxtəlif filtrlər qoymaqla, yaxud provayderlərlə vaxt məhdudiyyətinə dair anlaşma yolu ilə. Sadəcə reallıq qəbul edilməlidir: “Z-nəsil”i bizim kimi olmağa məcbur etmək əbəsdir.
Gəlin baş vermiş dəyişikliklərə qısa nəzər yetirək, heç də hər şey elə də qorxulu deyil. Əvvəllər analar uşaqları əylənsin deyə onların dostlarını, sinif yoldaşlarını evə dəvət edir, dadlı yeməklərə, şirniyyata qonaq edərdilər. Atalar isə tutaq ki, birlikdə velosiped sürmək, futbol oynamaq, yaxud futbola getməyi təklif edirdilər. İndi analar övladları ilə birlikdə internetdə, sosial şəbəkələrdəki səhifələrini tərtib edə, bəzəyə bilərlər. Atalar isə uşaqları ilə internet vasitəsilə son futbol yenilikləri ilə tanış ola, müzakirə edərlər. İstənilən halda valideyn övladın yanında olmalı, kömək etməli və anlamalıdır.
Bununla belə, məsələnin fərqli tərəfi də var — asılılıq! Varqa hesab edir ki, “əgər uşaq saatlarla kompüterdən ayrılmırsa, siz onun əlindən smartfonunu alanda ağlayır, isterikaya düşürsə, artıq söhbət asılılıqdan gedir. Bu halda peşəkar köməyə müraciət etmək lazımdır. Ancaq uşaq məktəbə gedir, dərslərinin öhdəsindən gəlirsə, onun kompüter arxasında oturmasından narahat olmağa dəyməz”. İnsandan fərqli olaraq internet uşaqların başına sığal çəkmir, ümidləndirmir, təsəlli vermir, sabaha inam bəxş etmir. Bütün bunları yenə də valideyn edir. Bu səbəbdən danlamaqdan çox məhz qayğı göstərmək lazımdır.

Cəza və məqsəd
“Rəqəmsal uşaqlar”ın valideynləri nə etməlidirlər? Mütəxəssislər məsləhət görürlər ki, ilk növbədə öz ambisiyalarını arxa plana keçirməlidirlər. Mədəniyyət tipi dəyişib və bizim biliklər onlara lazım deyil. Ancaq biz emosional kömək göstərə bilərik. Beynin qabıqaltı sahələri qabığın özündən gec inkişaf edir. Ona görə də uşağın emosional davranışı valideyninkindən fərqlənmir. Yeri gəlmişkən, bizim bu xüsusiyyətimiz ibtidai insanda necədirsə, elə də qalır. Bu səbəbdən uşağın möhkəm psixi sağlamlığa ehtiyacı var. Bu ehtiyac isə adətən yüksək psixoterapevtik potensialı olan ailədə ödənir. Bu elə bir ailədir ki, üzvləri birlikdə, firavan vaxt keçirirlər, bir-birlərini dəstəkləyirlər. Hər bir uşaq üçün lazım olan emosional dəstək belə formalaşır.
Bu məqama təsadüfən toxunmadıq. Müasir uşaqlarda cəza qorxusu demək olar ki, yoxdur, yaxud aşağı səviyyədədir. Ona görə də olduqca vacibdir ki, uşaqla valideyn arasında emosional bağ formalaşsın. Əgər belə bir rabitə varsa, məntiqlə, uşağın ən çox qorxacağı həmin bu emosional bağın itirilməsi təhlükəsi ola bilər. Əsas təzyiq “rıçaq”ı da məhz bu olmalıdır.
Bu gün başlıca məqsəd uşağı məqsədə yönəltməkdir. Məsələn, elə ailələr var ki, heç bir ehtiyacları yoxdur. Ancaq valideynlər övladları da zəhmətkeş olsun deyə, motivasiya və uğura ehtiras məqsədilə onları inkişafetdirici diskomfort şəraitində böyüdürlər. Belə hallara xüsusilə Qərbdə tez-tez təsadüf edilir. Məsələn, Almaniyada məktəblilər yay tətillərində pul qazanmaqla məşğuldurlar. Supermarketlərdə, valideynlərinin şirkətlərində işləyir, kuryerlik edirlər, — dəxli yoxdur, valideyn imkanlıdır, ya kasıb. Məqsəd o vaxt peyda olur ki, nəyəsə ehtiyac yaranır.
Hazırda “Z”lər “Y”lərdən çoxdur. Bu o deməkdir ki, yeni nəsil amansız rəqabət şəraitində yaşayacaq. Ancaq yeni kommunikativ texnologiyalar bu rəqabəti bir az yumşaldır. Söhbət nədən gedir? Cəmiyyətə bizim dövrdə olduğu qədər ali təhsilli vətəndaşlar lazım olmayacaq. Artıq indidən dünyanın qlobal korporasiyaları işə götürərkən diploma ehtiyac duymurlar. “Gəl görək, nəyi bacarırsan” prinsipi önə keçib. İnternetdə isə hamı bərabərdir. Hər kəsin biznes qurmaq və pul qazanmaq imkanı var. Odur ki, təhsildə uğursuzluq oldu, narahat olmağa dəyməz, əsas odur uşağa ürəyincə olan sənəti, işi tapmağa kömək edək, qalanlarını o özü edəcək. Axı o, “rəqəmsal uşaq”dır!

Fəridə Eyvaz

Oxunub: 1 047
Paylaş:
Digər xəbərlər

Şou-biznes

18-02-2020, 11:52

Boşandıqları deyilən "Fəlakət"in xanımı İlahənin YENİ FOTOLARI

Cəmiyyət

4-11-2019, 14:09

Budəfəki siyahıyaalmada Bakıdakı ermənilərini də qeydə aldılar? — Dövlət Statistika Komitəsindən CAVAB GƏLDİ

Dünya

16-10-2019, 09:17

Microsoft 40 milyon yeni internet istifadəçisi qazanmağı hədəfləyir

Mədəniyyət

15-10-2019, 13:00

Telejurnalist Turan İbrahimov Afrikada gördüyü dəhşətlərdən danışdı: “Bir anda atışmanın ortasında qaldım…” – FOTOLAR

Siyasət

17-10-2019, 09:42

“Savadlı gənc kadrlar işə cəlb edilməlidir” — Prezident İlham Əliyev

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
Dün, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Dün, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • Dün, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • Dün, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • Dün, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • Dün, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • Dün, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • Dün, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • Dün, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
  • Dün, 09:29
    Bəs “vaxtı gələndə” nə deməkdir?
  • Dün, 09:27
    Ermənistanda 3 nazirliyin adı dəyişdirildi
  • Dün, 09:24
    Daşqın nəticəsində ölənlərin sayı 500-ə çatır
  • Dün, 09:22
    İlin son Ay tutulması başlayıb
  • Dün, 09:20
    UEFA reytinqində Azərbaycanın mövqeyi
  • Dün, 09:18
    7 ölkə İrana görə İstanbulda toplaşır - kritik görüş
  • 27-08-2026, 16:22
    Prezident “Sabah”a 5 milyon pul ayırdı
  • 27-08-2026, 16:06
    Müasir Azərbaycan cəmiyyətində qadın ziyalı obrazını ləyaqətlə təmsil edən Mina Şirinova (Minə Aqil), həm təhsil rəhbəri, həm də istedadlı qələm sahibi kimi tanınır
  • 27-08-2026, 12:03
    Məktəbli geyimlərin qiyməti aşağı salındı - SATIŞ ÜNVANLARI
  • 27-08-2026, 11:29
    Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb
  • 27-08-2026, 10:28
    Rayonlara leysan yağıb - FAKTİKİ HAVA
  • 27-08-2026, 10:23
    Son 20 ildə Bakıya 200 milyard dollar xərclənib? - Açıqlama
  • 27-08-2026, 10:00
    Bu gün püşkatmadır - “Sabah”ın rəqibləri bəlli olacaq
  • 27-08-2026, 09:35
    Azərbaycan neftində geriləmə davam edir - 91 dollara düşdü
  • 27-08-2026, 09:32
    Əlcəzairdə meşə yanğınları - 12 ölü, 54 yaralı
  • 27-08-2026, 09:22
    Nigar Fərhad saxlanıldı
  • 27-08-2026, 09:19
    Türk dövlətlərinə şəxsiyyət vəsiqəsi ilə getmək mümkün olacaq - ANONS
  • 27-08-2026, 09:14
    Koçaryan xəstəxanada həbs olundu
  • 27-08-2026, 09:12
    Paytaxtın əsas yollarında hərəkət çətinləşib
  • 26-08-2026, 16:12
    26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
  • 26-08-2026, 15:45
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
  • 26-08-2026, 14:40
    Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
  • 26-08-2026, 13:36
    Rafael Əhmədov Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günü münasibətilə təbrik edir.
  • 26-08-2026, 13:22
    26 avqust – Laçın şəhəri günü
  • 26-08-2026, 12:43
    Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
  • 26-08-2026, 11:09
    Prezident "Sabah"ı təbrik etdi
  • 26-08-2026, 10:52
    Mehriban Əliyevanın doğum günüdür
Daha çox
Dün, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
24-08-2026, 19:30
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 24.08.2026
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
25-08-2026, 17:52
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Mincəçevir şəhərində keçirildi. 25.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə