• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Xədicə Abdulun araşdırması

Maraqlı

7-05-2020, 20:27

Qulluqçusu ilə eşq yaşayan, 14 yaşlı qızı yoldan çıxaran SSRİ lideri



Xədicə Abdulun araşdırması

Otuz ildən çox SSRİ-ni “dəmir yumruq”la idarə edən İosif Stalin dünya tarixinə öz möhrünü vurmuş bir şəxsiyyətdir. Tarixə adını qanla yazdıran Stalin bu gün də, ən çox müzakirə olunan siyasi liderlərdən biridir.
Əsl adı İosif Vissarionoviç Çuqaşvili olan olan Stalin əslən gürcü idi. Yaşıdlarından boyca daha kiçik olan SSRİ-nin gələcək lideri ağır uşaqlıq dövründən keçmişdi. Yeddi yaşında yoluxduğu “çiçək” xəstəliyi üzündə və qolunda qalıcı izlər qoymuşdu. Buna görə də, ətrafdakı uşaqlar onu sevmirdi. Bəlkə də özü ilə birlikdə içində böyüyən bu nifrətin səbəbi idi ki, hakimiyyətdə olduğu illər ərzində SSRİ-də 20 milyondan çox insanın ölümünə səbəb olmuşdu. Stalin təkcə əmək düşərgələrində 1 milyona yaxın insanın ölümündə əsas günahkar idi. Rejim düşməni hesab etdiyi hər kəsi mühakiməsiz bu qayıtmaz yolu olan QULAQ-lara göndərirdi. Stalin
Hitleri qəfəsdə gəzdirmək arzusu
Stalin insan və meymunun qarışığından ibarət bir növ yetişdirmək istəyirdi. Bir dəfə bu haqda belə demişdi: “Yeni və məğlubedilməz bir insan növü istəyirəm, ağrı hiss etməyən, yemək yemədən də güclü qalan bir növ”.
Sovet politbürosunun elmi mütəxəssisləri uzun müddət bu məsələni araşdırsalar da, ortaya heç nə çıxmadı. Stalinin qəddarlığı və qəribəliyi bununla bitmirdi: dünya müharibəsində düşmən qüvvələrini dayandırmaq üçün əsgərlərə heç bir halda mövqelərindən geri çəkilməmək, geri çəkilənləri isə güllələmək əmri vermişdi.
Təsadüfi deyil ki, SSRİ-nin dünya müharibəsindəki qələbəsinin müəlliflərindən birini savaş bitdikdən sonra sürgünə göndərmişdi. Bu baxımdan, heç bir müharibədə məğlub olmayan bir hərbi dahi olan marşal Jukovun sürgünə göndərilməsini anlamaq çətin deyildi. Stalin onun xalq qəhrəmanına çevrilib, postunu ələ keçirəcəyindən qorxurdu.
SSRİ liderinin Nasist Almaniyasının lideri Adolf Hitler barəsində də planı vardı. Müharibədən sonra Hitleri bir qəfəsə salıb bütün Avropada gəzdirməyi düşünürdü. Amma Sovet qoşunları Berlinə girəndə artıq Hitler arvadı Eva Braunla intihar etmişdi.
Leninin etibar etmədiyi “Balaca Şeytan”
162 sm boyu olan Stalin tarixin ən qısaboylu siyasi liderlərindən biridir. Postdam konfransında görüşdüuyü Amerika Prezidenti Trümen haqqında danışarkən onu “Balaca Şeytan” adlandırmışdı.
Lenin öz vəsiyyətlərində Stalinə güvənmədiyini açıq şəkildə qeyd etmişdi. Sovet İttifaqının qurucusu onun haqda yazırdı: “Yoldaş Stalin böyük bir güc qazandı. Amma bu gücdən düz yöndə istifadə edəcəyindən əmin deyiləm”.
Diktatorun qadınları
Stalinin gözəl qadınlara olan düşkünlüyü də həyatının bir başqa pəncərəsi idi. İki dəfə evlənən (Kato Svanidze və Nadejda Alliluyeva) SSRİ liderinin üç övladı vardı: birinci arvadı Yekaterinadan oğlu Yakov, ikinci arvadı Nadejdadan isə Vasili və Svetlana doğulmuşdu. Oğlu Yakov 1941-ci ildə nasistlərin əsir düşərgəsində can verdi, Vasili isə 1949-cu ildə. 1966-cı ildə SSRİ-dən qaçan qızı Svetlana 2011-ci ildə ABŞ-da öldü.
Gürcü qızı Kato
Yekaterina Svanidze Stalinin birinci arvadıdır. Stalin Kato Svanidze ilə Tiflisdə dini məktəbdə oxuduğu illərdə — 1906-cı ildə evlənmişdi. Evlilikdən bir il sonra gənc qadın bəzi iddialara görə tifdən, bir başqa iddiaya görə isə vərəmdən ölüb. Almanların əsir düşərgəsində ölən Yakov bu evlilikdən doğulub. İddiaya görə, Katonun ölümü Stalini sarsıtmışdı, dəfn vaxtı özünü arvadının məzarına atmışdı. Kato ilə tanışmasına vasitəçilik edən qadının qardaşı Aleksandr isə 1930-cu illərdə Stalinin qurbanına çevriləcək, güllələnərək öldürüləcəkdi.
Sürgün günlərində eşq
Katonun ölümünün təqib etdiyi illərdə Stalin Çar Rusiyası tərəfindən beş dəfə Sibirə sürgünə göndərildi. Stalinin bu sürgünlərdə iki qadınla eşq yaşadığı da hər kəsə bəllidir. Onlardan biri Mariya Kuzakova, ikincisi isə sadəcə 14 yaşında olan Lida Pereprıgina idi. Bu münasibətdən də bir oğlu olan Stalin azyaşlı qızı yoldan çıxardığı üçün kəndlilərlə arasında münaqişə yaranmışdı.
Sonsuz nifrətin növbəti qurbanı
Stalinin rəsmi nikahlı ikinci arvadı Nadejda Alliluyevadır. On iki il davam edən bu evlilik də, dramatik sonluqla bitdi. Nadejda 1931-ci ildə özünü vuraraq intihar etdi. Nadejdanın da həyatına son qoyan səbəb ərinin qəddarlığı idi.
Balerinalar, katibələr…
“Balerinalar və katibələr” — Mariya Svanidze öz gündəliyində Sovet elitasının eşqbazlıq etdiyi qadınları bu ifadə ilə xarakterizə edirdi. Stalinin ən sevimli balerinası isə Olqa Lepeşinskaya idi. Lepeşinskayanın özü belə bir münasibətin olmadığını desə də, Stalinin məşhur balerinanın heç bir sözünü gözardı etmədiyi hər kəsə məlum olan həqiqədir.
Stalinin evinə gedən avtomobil
Opera müğənnisi Vera Davıdova da, 1983-cü ildə Londonda yayımladığı xatirələrində Stalinlə 19 illik münasibətinin olduğunu iddia etdi. Bu xatirələrə görə, Davıdova 1932-ci ildə cibində yazılı bir qeyd tapır. Kağızda çöldə onun üçün göndərilmiş bir avtomobilin gözlədiyi yazılıb. Avtomobilin hərəkət istiqaməti isə Stalinin evidir. Davıdova özünü “Necə “yox” deyə bilərdim?”, deyərək müdafiə etmişdi.
Yataqdan QULAQ-a
Valya İstomina Stalinin eşq yaşadığı deyilən sonuncu qadındır. Qulluqçu olan İstomina Kuntsevodakı daçada Stalinin yemək masasını və yatağını hazırlayan qadın idi. Zavallı qadın Stalin xəstə olarkən SSRİ liderinin mühafizə dəstəsinin başında duran general Nikolay Vlasik və NKVD-nin rəhbəri Lavrenti Beriya tərəfindən zorlanmışdı. Stalin bu xəyanəti bağışlamayacaq, Valyanı Vlasiklə birlikdə QULAQ-a göndərəcəkdi.

Xədicə Abdul

Oxunub: 1 539
Paylaş:
Digər xəbərlər

Dünya

10-10-2019, 15:30

Türkiyə niyə Suriyaya girdi: 3 əsas səbəb - TƏHLİL

Hadisə

30-10-2019, 09:52

Bakıda ŞOK – Ana 16 yaşlı qızını evli kişi ilə bir yerdə tutub – VİDEO

Maraqlı

2-05-2020, 14:47

Xədicə Abdulla araşdırma

Maraqlı

30-10-2019, 23:33

QURANA DƏSTAMAZSIZ TOXUNMAQ, OXUMAQ VƏ YA QULAQ ASMAQ OLAR?

Gündəm

20-01-2020, 00:29

20 Yanvar hadisələrindən artıq 30 il keçir.

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 12:14
    Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verdi
  • Bugün, 11:10
    Müttəfiqliyə aparan yol: Azərbaycan-Qırğızıstan münasibətlərinin FOTOXRONİKASI
  • Bugün, 11:08
    Ceyhun Bayramov Əraqçı ilə görüşdü
  • Bugün, 10:46
    Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı
  • Bugün, 10:43
    Bakıdan sonra İrəvan COP tədbiri keçirməyə hazırlaşır
  • Bugün, 10:29
    Deputatımız ABŞ-ə gedir
  • Bugün, 10:19
    İrana qarşı nüvə silahından istifadə edilməyəcək - Tramp
  • Bugün, 10:15
    Qardaş ölkələr bu dəfə meydanda rəqibdir
  • Bugün, 09:56
    Hikmət Hacıyevlə Alen Simonyan görüşüb
  • Bugün, 09:53
    İlham Əliyev Ərdoğanla görüşdü - GÖRÜNTÜ
  • Bugün, 09:50
    Modern.az 17 yaşında!
  • Bugün, 09:45
    Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyi yeni mərhələyə keçir.
  • Dün, 16:02
    Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir
  • Dün, 11:54
    Prezident Qırğızıstanda səfərdədir
  • Dün, 11:31
    DYP-dən sürücülərə xəbərdarlıq
  • Dün, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • Dün, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
  • Dün, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • Dün, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • Dün, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • Dün, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • Dün, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • Dün, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • Dün, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • Dün, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • Dün, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • Dün, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
25-08-2026, 17:52
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Mincəçevir şəhərində keçirildi. 25.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
26-08-2026, 14:40
Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə