• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Vanqa Azərbaycanda zühur etdi

Maraqlı

8-03-2020, 17:22

Vanqa Azərbaycanda zühur etdi


1911-ci il yanvar ayının 31-də o vaxtlar Osmanlı imperiyası, sonradan Bolqarıstan ərazisi hesab olunan Strumitsa kəndində bir qız anadan oldu. Vaxtından iki ay əvvəl doğulan qızcığazın ayaq və əl barmaqları bitişik, bədəni isə zəif olduğundan, valideynləri onun yaşamasına belə ümid etməmişlər. 12 yaşında qızın həyatında onun gələcək taleyini müəyyənləşdirən bədbəxt hadisə baş verir. Bu qız gələcəkdə görücü kimi məşhurlaşacaq Vanqeliya Pandeva-Quşerova, yaxud Vanqa idi.

Rəfiqələriylə gəzişən Vanqa birdən göy üzünü iri qara bir buludun aldığını görür. Havanın dəyişdiyini görüb, kəndə tərəf qaçan qızların arasından Vanqanı qasırğa ağuşuna alır. Sonradan görücü özü bu haqda deyirmiş: "Qasırğa məni sararkən elə bil başıma kiminsə əlinin toxunduğunu hiss elədim. Sonra heç nə xatırlamadım. Bir də gözümü açdım ki, yerdəyəm, başımda, gözümdə dəhşətli ağrılar var..."

Kəndlilər qızı daş-çınqılın, ağac budaqlarının arasından tapıb evə gətirirlər. Axşama yaxın gözləri qanla dolur, bir neçə gün sonrasa bəbəkləri ağarmağa başlayır. Xəstənin gözlərində iki dəfə əməliyyat keçirilsə də, nəticəsi olmur.

1925-ci ildə onu korlar evinə göndərirlər. Burada Vanqa Brayl əlifbasını, pianoda ifa eləməyi, dərziliyi öyrənir. Üç ildən sonra anası ölür, qız evə qayıdıb atasının və bacı-qardaşlarının qayğısını çəkməli olur.

Vanqa özü zəhməti çox sevdiyindən, kiminsə boş yerə vaxt keçirməyini də xoşlamazdı. Korluğa, böyük ailənin yükünün ağırlığına, kasıblığa baxmayaraq, onların evlərində həmişə səliqə-sahman hökm sürürmüş.

Bu gün Vanqanın ilk görücülüyünün nə vaxta təsadüf etməsini və nədən ibarət olmasını dəqiqləşdirmək çətindir. Ancaq ədəbiyyatlarda və xatirələrdə daha çox atasının itirdiyi qoyunların yerini deməsi haqda danışılır. Deyilənlərə görə, bir dəfə atasının otardığı sürüdən bir neçə qoyun itir. Ailəsinin yeganə gəlir mənbəyindən də mərhum olacaqlarından qorxan atasının narahatlığını görən Vanqa ona deyir: "Sənin qoyunların qonşu Monospitova kəndindəki Afanasın evindədir". Özünün də tanımadığı bu adamın adını harada eşitdiyini soruşan atasına Vanqa "yuxuda görmüşəm və eşitmişəm" cavabını verir. Ata qızının nişan verdiyi kəndə və həmin adamın evinə gedib, qoyunların həqiqətən burada olduğunu görür.

Ətraf kənddəki insanların onun bacarığına inanmağa başlamaları Vanqanın ilk qlobal görücülüyü ilə baş tutub. Hələ yeniyetməlik vaxtlarından gözlərinə cəngavər geyimli atlının göründüyünü deyən Vanqa, 1941-ci ildə həmin atlını bir daha görür. Özünün dediyinə görə, ay işığı altında parıldayan gümüşü geyimli bu atlı onun qaranlıq otağına daxil olan kimi hər tərəf işığa bələnib. Atlı Vanqaya tərəf dönür və deyir: "Tezliklə dünya çalxanacaq və çoxlu xalqlar tələf olacaq. Sən burada qalacaq, ölənlər-qalanlar haqda görücülük edəcəksən. Qorxma! Mən sənə adamlara deyəcəklərini söyləyəcəyəm".

Bu sözləri eşidən Vanqa bacısından soruşur: "Sən buradan bir atlının necə çıxdığını gördünmü?"

"Nə atlı, yəqin yuxu görmüsən" deyə bacısı cavab verir. Ancaq bacısının yuxu hesab elədiyi bu olaydan təxminən iki ay sonra - aprel ayının 6-sı, 1941-ci ildə alman qoşunları Yuqoslaviya sərhəddini keçir...

Hər şey məhz Vanqanın gözünə görünən atlının dediyi kimi olur. Müharibənin başlanmasıyla doğmalarının taleyindən narahatlıq keçirən insanlar onun yanına gəlirlər. Şahidlərdən biri yazır: "Balaca otaqda küncdə oturmuşdu. Səsi gur və güclü idi. Yamaqlı paltarı belə onun bədəninin gərginliyini gizlədə bilmirdi. Kor gözlərindən boşluq yağsa da, üzündən sanki nur tökülürdü".

Beləcə, Vanqa kömək üçün yanına gələn insanlara səfərbərliyə cəlb olunmuş kişilərin vuruşduqları yerləri, başlarına gələn hadisələri dəqiqliklə söyləyir. Deyilənlərə görə, bu öngörümlər düz bir il davam edib və bu bir il ərzində Vanqa gün ərzində 2-3 saat yuxu yatıb. Onun görünüşü hamını heyrətə saldığından, yanına gələnlər görücünün qarşısında dizüstü oturmağa üstünlük verirmişlər.

Qadının uzaqgörənliyi haqda xəbər ətraf kəndlərə yayıldıqca, yanına gələnlərin sayı xeyli artır. Az keçmir, müxtəlif xəstəliklərlə bağlı da ona müraciət etməyə başlayırlar. Adamlar onun barəsində artıq qorxu qarışıq hörmətlə danışırdılar. Ancaq birmənalı şəkildə Vanqanın görücülüyünü şər qüvvələrlə bağlayanlardan tutmuş, ilahi qüvvənin möcüzəsi hesab edənlərədək hamı onun görücülüyünün nə qədər dəqiqliklə yerinə yetdiyinə heyran qalırdılar.

Dəyərli oxucularımız, təbii ki, Vanqa haqqında siz kifayət qədər məlumatlısınız. Dünyanın Azərbaycandan idarə olunacağı barədə onun fikirləri hələ ki, heç bir yerdə dərc olunmayıb.

Bizi izləyin...

Sizə ətraflı məlumat verəcəyik.

Xəbərnur

Oxunub: 2 969
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

17-10-2019, 09:50

Əməkdar artistin başında şiş tapılıb — “Övladımı bacıma əmanət elədim”

Hadisə

9-10-2019, 09:44

Bakıda daş karxanasında bədbəxt hadisə

Hadisə

19-02-2020, 11:36

Dayə 3 yaşlı qızı DVD-ni aşırdığına görə bıçaqlayıb, öldürdü

Cəmiyyət

26-02-2020, 12:35

Xocalıda zorlanan qızın dəhşətli etirafları

Cəmiyyət

7-03-2020, 11:54

Şirvanda yeni doğulan körpə öldü

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 12:14
    Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verdi
  • Bugün, 11:10
    Müttəfiqliyə aparan yol: Azərbaycan-Qırğızıstan münasibətlərinin FOTOXRONİKASI
  • Bugün, 11:08
    Ceyhun Bayramov Əraqçı ilə görüşdü
  • Bugün, 10:46
    Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı
  • Bugün, 10:43
    Bakıdan sonra İrəvan COP tədbiri keçirməyə hazırlaşır
  • Bugün, 10:29
    Deputatımız ABŞ-ə gedir
  • Bugün, 10:19
    İrana qarşı nüvə silahından istifadə edilməyəcək - Tramp
  • Bugün, 10:15
    Qardaş ölkələr bu dəfə meydanda rəqibdir
  • Bugün, 09:56
    Hikmət Hacıyevlə Alen Simonyan görüşüb
  • Bugün, 09:53
    İlham Əliyev Ərdoğanla görüşdü - GÖRÜNTÜ
  • Bugün, 09:50
    Modern.az 17 yaşında!
  • Bugün, 09:45
    Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyi yeni mərhələyə keçir.
  • Dün, 16:02
    Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir
  • Dün, 11:54
    Prezident Qırğızıstanda səfərdədir
  • Dün, 11:31
    DYP-dən sürücülərə xəbərdarlıq
  • Dün, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • Dün, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
  • Dün, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • Dün, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • Dün, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • Dün, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • Dün, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • Dün, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • Dün, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • Dün, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • Dün, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • Dün, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
26-08-2026, 14:40
Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
28-08-2026, 09:50
Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə