• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Qarabağdakı Birgə Monitorinq Mərkəzinin susqunluğu - kimə sərf edir?

Siyasət

26-08-2021, 15:14

Qarabağdakı Birgə Monitorinq Mərkəzinin susqunluğu - kimə sərf edir?Deputat: “Onların fəaliyyəti daha şəffaf olsa, Azərbaycan vətəndaşlarına, dünyaya məlum olar ki, orada hansı proseslər baş verir”
Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədində, rus sülhməramlılarının nəzarətində olan ərazilərdə atəşkəsin tez-tez pozulması müşahidə edilir. Xüsusilə Rusiya sülhməramlılarının proseslərə səssiz qalması, Birgə Monitorinq Mərkəzinin isə fəaliyyətsizliyi təəssüratı müəyyən suallar yaradır.

Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ölkəmizə yeni təyin olunan rezident əlaqələndiricisi, xanım Vladanka Andreyevanı qəbul edərkən ATƏT-in Minsk Qrupunun həmsədrləri, eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələri 28 il ərzində Qarabağ münaqişəsinin həlli üçün passivlik nümayiş etdirdikləri üçün tənqid edib. Prezident görüşdəki çıxışında deyib: “...Müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır”.

İlham Əliyev artıq neçənci dəfədir ki, MQ haqda bu cür qəti bəyanatlar verir. Amma onlar ATƏT MQ-nu diriltməyə, prosesə cəlb etməyə çalışırlar. Bunun üçün Azərbaycana təzyiq edirlər. Ermənistanı qızışdırırlar. Bəs bu istəyə çata biləcəklərmi? Ermənistanın baş naziri Nikol Paşınyan əmindir ki, Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyasını maksimal dərəcə tez başlamaq lazımdır. Bu barədə o, avqustun 24-də parlamentdəki çıxışında deyib. O, həmçinin Ermənistan və Azərbaycan qoşunlarının sovet xəritələri əsasında geri çəkilməsinin zəruriliyini qeyd edib.

Paşinyanın bu mövqeyini Azərbaycan tərəf necə qiymətləndirir? Baş nazirin “Ermənistan və Azərbaycan qoşunlarının sovet xəritələri əsasında geri çəkilməlidir. Tex-Meqri sahəsində işlər məhz bu prinsiplə aparılırdı və erməni tərəfi bu istiqamətdə hərəkət etməyə hazırdır” fikirləri maraqlıdır. Bununla belə, Ermənistan-Azərbaycan dövlət sərhədində, habelə rus sülhməramlılarının nəzarətində olan ərazilərdə atəşkəsin tez-tez pozulması müşahidə edilir. Xüsusilə Rusiya sülhməramlılarının proseslərə səssiz qalması, Birgə Monitorinq Mərkəzinin isə fəaliyyətsizliyi təəssüratı müəyyən suallar yaradır. Maraqlıdır, Birgə Monitorinq Mərkəzi atəşkəsin pozulmasına nə üçün səssiz qalır?

Politoloq Sülhəddin Əkbər deyib ki, faktiki olaraq Azərbaycanda Rusiya və Türkiyə arasında birgə geopolitik idarəçilik həyata keçirilir. Bu da Rusiyanın xoşuna gəlmir.Qarabağdakı Birgə Monitorinq Mərkəzinin susqunluğu - kimə sərf edir?Sülhəddin Əkbər

Deputat Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Monitorinq Mərkəzinin əsas məramı, məqsədi sülhməramlı qüvvələrin işinə müdaxilə deyil: “Mərkəz tərəfindən toplanan məlumatlar yüksək siyasi rəhbərliyə məruzə olunur. Həm Türkiyə, həm Azərbaycan tərəfindən məruzələr olunur və müvafiq nəticələr çıxarılaraq addımlar atılır. Əsas məqam ondan ibarətdir ki, onların fəaliyyəti daha şəffaf olsa, Azərbaycan vətəndaşlarına, dünyaya məlum olar ki, orada hansı proseslər baş verir. Mərkəzin texniki və vizual, həm də digər imkanları var ki, əməliyyat şəraiti haqqında mütəmadi olaraq məruzələr etsinlər”.

Deputat deyir ki, Monitorinq Mərkəzində toplanan məlumatlar ictimaiyyətə açıqlanmalıdır: “Mütəmadi olaraq brifinqlər keçirib toplanan məlumatları yaysalar, indiki məqamda çox təqdirəlayiq hal olardı. Son hadisələrlə bağlı Türkiyə tərəfi belə bir məlumatlar yaydı, nə baş verdiyini açıqladı. Təəssüf ki, Rusiya tərəfi açıq şəkildə bəyanat vermir. Lakin bir daha qeyd etmək istəyirəm ki, Monitorinq Mərkəzinin əsas məramı sülhməramlı missiyanı həyata keçirmək və baş verən hadisələrin siyasi rəhbərliyə məruzəsindən ibarətdir. Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı sualların olması normaldır. Lakin anlamaq lazımdır ki, burada Azərbaycan və Türkiyə təmsilçiləri də var. Bu fakt belə özlüyündə hər şeyin qaydasında olduğunu sübut edir”.Qarabağdakı Birgə Monitorinq Mərkəzinin susqunluğu - kimə sərf edir?Arzu Nağıyev

Deputat deyir ki, Monitorinq Mərkəzində xidmət aparan hərbçilər kiçik silahlara malikdirlər: “Həmin silahlar daha çox özlərini qorumaq üçündür. Onların məqsədi, məramı nəyəsə qarışmaq deyil”.

Qeyd edək ki, Rusiya və Türkiyə müdafiə nazirlərinin imzaladığı memoranduma əsasən yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq mərkəzi bu ilin yanvarında fəaliyyətə başlayıb. İşğaldan azad edilən Ağdam rayonunun ərazisində inşa edilmiş Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdən ibarətdir. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidmətin inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlarla - su, elektrik və istiliklə təmin olunub. Ondan əlavə, hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var. Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada 2 ədəd idman şəhərciyi, eləcə də 2 ədəd qapalı idman zalı, ərzaq və soyuducu anbarları yerləşir. Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə-nəzarət qülləsi quraşdırılıb, sutkalıq müşahidə təşkil olunub. Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla təmin edilmiş istirahət otaqları da hazırlanıb. Türkiyə-Rusiya Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir. Türkiyə-Rusiya Birgə Mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Oxunub: 584
Paylaş:
Digər xəbərlər

Siyasət

22-10-2020, 15:54

Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir

Siyasət

15-10-2020, 11:56

Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi ilə görüşüb

Siyasət

17-10-2019, 13:00

İlham Əliyev həmsədrləri qəbul etdi

Siyasət

6-11-2019, 14:27

Müdafiə naziri: “Rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları qəsdən yubadır”

---

3-07-2020, 19:14

Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 12:14
    Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verdi
  • Bugün, 11:10
    Müttəfiqliyə aparan yol: Azərbaycan-Qırğızıstan münasibətlərinin FOTOXRONİKASI
  • Bugün, 11:08
    Ceyhun Bayramov Əraqçı ilə görüşdü
  • Bugün, 10:46
    Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı
  • Bugün, 10:43
    Bakıdan sonra İrəvan COP tədbiri keçirməyə hazırlaşır
  • Bugün, 10:29
    Deputatımız ABŞ-ə gedir
  • Bugün, 10:19
    İrana qarşı nüvə silahından istifadə edilməyəcək - Tramp
  • Bugün, 10:15
    Qardaş ölkələr bu dəfə meydanda rəqibdir
  • Bugün, 09:56
    Hikmət Hacıyevlə Alen Simonyan görüşüb
  • Bugün, 09:53
    İlham Əliyev Ərdoğanla görüşdü - GÖRÜNTÜ
  • Bugün, 09:50
    Modern.az 17 yaşında!
  • Bugün, 09:45
    Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyi yeni mərhələyə keçir.
  • Dün, 16:02
    Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir
  • Dün, 11:54
    Prezident Qırğızıstanda səfərdədir
  • Dün, 11:31
    DYP-dən sürücülərə xəbərdarlıq
  • Dün, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • Dün, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
  • Dün, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • Dün, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • Dün, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • Dün, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • Dün, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • Dün, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • Dün, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • Dün, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • Dün, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • Dün, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
26-08-2026, 14:40
Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
28-08-2026, 09:50
Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə