Şamaxı sakini Prezidentə müraciət etdi: “Övladlarımın qarşısında acizəm”
Şamaxı şəhər sakini Adil Bəkirov Kazım oğlu Prezidentə müraciət edərək çətin həyat şəraitindən söz açıb. Üç azyaşlı övladı olan ata bildirir ki, hazırda heç bir gəliri yoxdur və ailəsini dolandırmaqda çarəsiz vəziyyətdədir.
Redaksiyamıza göndərdiyi müraciətdə Adil Bəkirov qeyd edir:
"Mən ata kimi övladlarımın qarşısında çox acizəm. İmkanım yoxdur ki, övladlarıma isti yemək yedizdirim, isti paltar geyindirib məktəbə yola salım. Dəfələrlə müxtəlif qurumlara müraciət etmişəm, amma müraciətimə baxan yoxdur. Mənim tək istəyim işdir, amma onu da tapa bilmirəm."
O, ölkə başçısından xahiş edib ki, ona işlə təmin olunmasında köməklik göstərilsin.
Məsələ ilə bağlı rəsmi qurumların yaxın günlərdə mövqe bildirməsi gözlənilir.