Sabirabad rayonunun Balakənd kənd sakini icra başçısı tərəfindən diqqətdən kənarda qalıb ailə süpürgəçi kimi işləyir.
Sabirabad rayonunun Balakənd kənd sakini İbadova Səfurə Əli qızı evinin yanması nəticəsində ağır vəziyyətə düşüb.
Yanğın nəticəsində evdəki bütün əşyalar məhv olub və ailə hazırda küçədə qalmaq məcburiyyətindədir.
Ailə üzvləri üç oğlu, üç gəlini və bir neçə nəvəsi ilə birlikdə çətin şəraitdə yaşayır.
Hal-hazırda Səfurə İbadova Nizami rayonunda mənzil-kommunal sahəsində süpürgəçi kimi işləyir və ailənin gündəlik dolanışığını təmin etməyə çalışır.
Lakin ən acınacaqlısı odur ki, məsələ ilə bağlı Sabirabad Rayon icra başçısı Siraqəddin Cabbarov tərəfindən heç bir diqqət və dəstək göstərilməyib.
Ailə dəfələrlə müraciət etməsinə baxmayaraq, hələ də icra hakimiyyətindən konkret kömək ala bilməyib.
Vətəndaşların sözlərinə görə, bu biganəlik həm ailənin həyatını təhlükəyə atır, həm də Sabirabad rayonunda bəzi vətəndaşların problemlərinin həllində idarəetmədə ciddi boşluqların olduğunu göstərir.
Ailə aidiyyəti qurumlardan və xeyirxah insanlardan dərhal dəstək gözləyir.
Media və ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək vacibdir ki, aidiyyəti orqanlar məsələyə müdaxilə etsin.