Qazilərin sosial ödənişləri ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb.
Xebernur.com xəbər portalı olaraq Xüsusi Təyinatlı Qüvvələrin bir qrup qazisinin sosial ödənişlərlə bağlı yaşadığı problemlərə dair Müdafiə Nazirliyinə rəsmi sorğu ünvanlanıb.
Qazilər bildirirlər ki, uzun müddətdir sosial ödənişlərin verilməsində gecikmələr və çətinliklərlə üzləşirlər. Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilsə də, hələlik nəticə əldə olunmayıb.
Xebernur.com olaraq məsələ ilə bağlı ictimai marağı nəzərə alaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aşağıdakı suallar ünvanlanıb:
Xüsusi Təyinatlı Qüvvələrin qazilərinin sosial ödənişləri hazırda hansı qaydada tənzimlənir?
Bildirilən gecikmələrin səbəbi nədir?
Problemin aradan qaldırılması üçün hansı tədbirlər görülür?
Qeyd edək ki, sorğunun məqsədi ictimaiyyəti rəsmi məlumatla təmin etmək və məsələ ilə bağlı aydınlıq əldə etməkdir. Müdafiə Nazirliyinin mövqeyi alındıqdan sonra oxuculara təqdim olunacaq.