• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Ali Məhkəmə ikinci nikahı hansı əsasla etibarlı saydı? – Qərar

Sosial

Bugün, 11:50

Ali Məhkəmə ikinci nikahı hansı əsasla etibarlı saydı? – Qərar
Sovetlər dönəmində hakim ideologiya olan kommunist ideologiyası və fəlsəfəsi öyrədirdi ki, şəxsiyyət tarixi deyil, tarix şəxsiyyət yaradır. Lakin ümummilli lider Heydər Əliyev kimi şəxsiyyətin həyat və fəaliyyətinin, gördüyü işlərin öyrənilməsi göstərir ki, tarixdə ayrı-ayrı şəxsiyyətlər müəyyən xalqın taleyində həlledici rol oynaya bilər, ictimai hadisələrin axarını dəyişə bilər. Çağdaş Azərbaycan tarixinin keşməkeşli sərt döngələrində Heydər Əliyev fenomeninin xalqının taleyində oynadığı müsbət rol şəksiz və danılmazdır.

Mən özümü xoşbəxt insanlardan hesab edirəm ki, belə bir dahi şəxsiyyətlə bir dövrdə yaşamış, onun rəhbərliyi altında bir çox planlar həyata keçirmiş, şahidi olduğum hadisələr əsasında bu insanın nadir keyfiyyətlərini unudulmaz xatirələrim siyahısına daxil edə bilmişəm. Bəzi gördüyüm, şahidlik etdiyim, yaxın insanlardan eşitdiyim, etibarlı mənbələrdən oxuduğum hadisələri hörmətli oxucularla bölüşmək istəyirəm.

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən ulu öndər Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqın milli özünüdərki üçün zəruri tədbirlər həyata keçirməyə başladı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırdı, hər bir kəsdə milli heysiyyatı gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq naminə bir sıra tədbirlər reallaşdırdı. Bugünkü müstəqil Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının formalaşması, respublikada strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin açılması da məhz ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olundu, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırıldı. Böyük strateqin təkidi ilə keçmiş ittifaq rəhbərliyi respublikamızda bir sıra iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, toxuculuq, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq verdi, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etdirildi. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir. Bütün bunlar bir daha təsdiqləyir ki, Heydər Əliyev o dövrün ağır şərtləri, məhdudiyyətləri çərçivəsində də xalqımızın gələcək rifahı üçün əlindən gələni əsirgəməmiş, bəzən mümkün görünməyəni reallığa çevirmişdir. Çox sonralar nitqlərinin birində: "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən? Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı" — deyən Heydər Əliyev həmin dövrü Azərbaycanın inkişafında mühüm mərhələ kimi səciyyələndirmişdir.

Mən özümü həm də ona görə xoşbəxt insanlardan sayıram ki, Heydər Əliyevi tələbəlikdən tanıyır və gənclərə göstərdiyi qayğının şahidiyəm. Yadımdadır, 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyi keçirilirdi. O zaman mən universitetin kimya fakültəsinin üçüncü kurs tələbəsi idim. Mərasimə əlaçı tələbələr də dəvət edilmişdi. İndiki Şəhriyar klubunda keçirilən tədbirdə unudulmaz Heydər Əliyev Azərbaycan dilində çox dərin məzmunlu nitqlə çıxış etdi. Bu, bizi çox heyrətləndirdi. Çünki həmin vaxtlarda ən kiçik iclaslar belə rus dilində aparılırdı. Məhz Heydər Əliyevin o tədbirdəki çıxışı, mən deyərdim ki, tarixi bir məqam, tarixi bir nitq oldu. Biz ilk dəfə idi ki, ölkə rəhbərinin dilindən Bəhmənyar, Nəsirəddin Tusi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi klassiklərin adını eşidirdik. Heydər Əliyev onların hər biri haqqında maraqlı fikir söyləyirdi. Açığı, Heydər Əliyevin doğma dilimizə, klassiklərimizə bu cür ehtiramla yanaşması bizə çox təsir etdi. Bəlkə də bizdə milli hisslərin, vətəndaş təəssübkeşliyinin oyanıb inkişaf etməsində məhz həmin tarixi görüşün öz yeri var. İndinin özündə də ulu öndər haqqında düşünəndə gözlərim önündə məhz həmin görüş canlanır. Qadağaların hökm sürdüyü bir dövrdə Heydər Əliyevin bu cəsarətli addımı biz gənclərin düzgün istiqamətlənməsində böyük rol oynadı.

Həmin dövrdə cəmiyyətin ən müxtəlif sahələrində nizam-intizamın, haqq-ədalətin təminatına çalışan, bunu məmurluğun formuluna çevirən ulu öndər bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağa çalışmışdır. Ümummilli lider qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, xalqın hüquqlarının əzmkar və cəfakeş müdafiəçisinə çevrilməklə, milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmlənməsinə nail olmuşdur.

Ulu öndər milli kadrların yetişdirilməsi işinə də xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini önə çəkmişdir. O dövrdə milli mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi də daim Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Heydər Əliyev yaxşı bilirdi ki, universitet auditoriyalarında, kafedralarında işləyən, dərs deyən müəllimlər Azərbaycan xalqının mənliyinin, milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi prosesində müstəsna rol oynayırlar. O zaman azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilməsi də məhz Heydər Əliyevin təşəbbüsü sayəsində baş tutdu. Bu qayğıdan bəhrələnənlərdən biri də mən oldum. Ulu öndərin köməyi ilə Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasına daxil oldum. Həmişə arzusunda olduğum, lakin reallaşmasına inana bilmədiyim bu hadisə mənim həyatımda çox böyük rol oynadı. Yaxşı xatırlayıram ki, Moskvada təhsil aldığımız illərdə ulu öndər bir neçə dəfə bizimlə görüşdü, qayğılarımızla maraqlandı və hər dəfə də vətən üçün ləyaqətli kadrlar olmağı tövsiyə etdi. Heydər Əliyevin bizə göstərdiyi bu diqqət Rusiyada təhsil alan tələbələr üçün çox önəmli oldu. Biz hər bir addımımızda məhz ümummilli liderin məsləhətlərinə əməl etməyi, onun dediyi kimi öyrənməyi, oxumağı, vətənə yüksək ixtisaslı kadr kimi qayıtmağı qarşımıza məqsəd qoymuşduq. Həyat göstərdi ki, Heydər Əliyev necə uzaqgörən və müdrik imiş. Məhz ulu öndərin təşəbbüsü sayəsində xarici ölkələrin ali məktəblərində təhsil alanlar sonralar Azərbaycana qayıdaraq xalqa, millətə ləyaqətlə xidmət etdi. Bu xidmətin isə yüksək səviyyədə olması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki o, hər birimizin həm insan, həm də ixtisaslı kadr kimi formalaşmasında mühüm rol oynadı.

Ulu öndər Azərbaycan Dövlət Universitetinin 60 illik yubileyinin təşkilinin də əsas təşəbbüskarı olmuşdur. 1980-ci ildə keçirilmiş həmin mərasimdə iştirak edərək təbrik nitqi söyləmişdir. Sovetlər birliyi dövründə universitetin beynəlxalq əlaqələrinin genişlənməsi də məhz Heydər Əliyevin respublikada rəhbərliyə gəlişindən sonra mümkün olmuşdur. Universitet bir sıra dövlətlərin analoji ali təhsil müəssisələri ilə əməkdaşlığa başlamış, beynəlxalq əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ümumiyyətlə, 1969-1982-ci illərdə Azərbaycanda humanitar və ictimai elm sahələrində böyük irəliləyişlər əldə edilmiş, dilimizin, tariximizin, folklorumuzun tədqiqi sahəsində uğurlu nəticələr qazanılmışdır. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, respublikada böyük iqtisadi, elmi və ədəbi-mədəni potensialın yaradılması da məhz bu uzaqgörən siyasətin nəticəsidir. Heydər Əliyevin yaratdığı siyasi məktəbdən dərs alan, yetişən insanlardan biri də mən oldum. Bu gün iftixar hissi keçirirəm ki, ulu öndərin mənim taleyimdə pozulmaz izləri var.

Xalqın azadlıq idealları, XX əsrin əvvəllərindəki azərbaycançılıq, dövlətçilik dəyərləri ictimai şüurda geniş meydan tapmışdır. Milli-mənəvi şüura qayıdış çağdaş milli varlığın təsdiqi kimi reallaşmış, zəruri tarixi-mənəvi prosesə çevrilmişdir. Ötən əsrın 80-ci illərinin sonunda Azərbaycan xalqının milli "Mən"ini qorumaq üçün ayağa qalxıb ermənilərin ərazi iddialarına sərt reaksiya verməsi, ölkədə milli-azadlıq hərəkatının genişlənməsi də məhz bu möhkəm ideoloji-siyasi təmələ əsaslanmışdır.

Ümummilli liderin dövlətçilik fəlsəfəsində əsas yer tutan, elmə, təhsilə göstərdiyi qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir. Ötən əsrin 60-cı illərində SSRİ-nin müxtəlif yerlərində oxumaq istəyənlər üçün yalnız 50 yer ayrıldığı halda 80-ci illərin əvvəllərində bu göstərici 1000 nəfəri ötmüşdü. Bu illərdə ulu öndərin qayğı və diqqəti ilə 15 minədək azərbaycanlı gənc respublikamızdan kənarda — keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilmişdir. Məhz həmin dövrdə prioritet istiqamətli ixtisaslara yiyələnmiş yüksək səviyyəli kadrlar bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edirlər. Xüsusi vurğulamaq lazımdır ki, elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət məsələləri müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini təşkil etmişdir.

Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev təhsil sistemində baş verən boşluqları, deformasiyaları düzəltmək üçün böyük qüvvə sərf etdi. Mən çox fərəhlə qeyd edirəm ki, ulu öndər həmişə Bakı Dövlət Universitetinə xüsusi diqqətlə yanaşıb. Ölkənin problemlər içində çaxnaşmasına baxmayaraq, məhz Heydər Əliyevin qayğısı sayəsində 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyi yüksək səviyyədə keçirildi. Biz bu görüşə böyük ehtiram və ümidlə gəlmişdik. Həmişəki kimi Heydər Əliyev özünəməxsus müdrikliqlə elmin və təhsilin qarşısında dayanan problemlər haqqında fikirlərini söylədi, çıxış yolunu göstərdi. Bir vaxt tələbəlik illərində ümummilli liderin Azərbaycan dilində necə rəvan, təmiz, səlis danışmasına təəccüblənmişdim. Sonra isə ulu öndərin fenomen yaddaşı, universiteti yaxından tanıması, orada çalışan professor-müəllim heyətinin potensialından xəbərdar olması məni bir daha heyrətləndirdi. Heydər Əliyevlə hər görüş bir universitet təhsilinə bərabər idi. Bu, mübaliğə deyil, həqiqətdir.

1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən Heydər Əliyev demişdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum". Ümummilli lider 1982-ci ildən sonra da milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq göstərmiş, yüksək siyasi iradə ortaya qoymuş, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini söyləmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində yüksək vəzifə tutan zamanlar da doğma vətənini, xalqını unutmamış, hər zaman Azərbaycanın mənafeyini müdafiə etmişdir.

1999-cu ilin yanvarında Heydər Əliyevin sərəncamı ilə mən Bakı Dövlət Universitetinə rektor təyin edildim. Sərəncamdan öncə ulu öndərin qəbulunda oldum və bir saata yaxın söhbət etdik. Bu ünsiyyət zamanı ümummilli liderin universiteti yaxından tanıması, burada baş verən proseslərdən ətraflı xəbərdar olması istər-istəməz adamda o təsəvvürü yaradırdı ki, ulu öndərin elə özü də universitetdə çalışır. Çünki universitetlə bağlı hər bir detalı xırdalığına qədər dərindən bilirdi. Məni universitetə rektor göndərərkən təhsil ocağının gələcək inkişaf strategiyası haqqında elə tövsiyələr verdi ki, bu, bir elmi institutun görə biləcəyi işlərdən də çox idi.

Böyük rəhbərin dəfələrlə qeyd etdiyi kimi, universitetin başlıca məqsədi gələcəyin vətəndaşını, yüksək səviyyəli mütəxəssisini yetişdirməkdən ibarətdir. "Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam" — deyən ulu öndər Heydər Əliyev BDU-ya olan rəğbətini daim büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr müəyyənləşdirmişdir. BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Bir faktı xüsusi vurğulamaq lazımdır ki, universitetin 1999-cu ildə 80 illik yubiley mərasiminin keçirilməsi yenə də ümummilli liderin adı ilə bağlıdır. Ümumiyyətlə, BDU-nun indiyədək keçirilmiş beş yubiley mərasiminin dördü məhz Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Bu mənada Heydər Əliyevlə Bakı Dövlət Universitetini bir-birindən ayrı təsəvvür etmək qətiyyən mümkün deyildir. Ən azı bu səbəbdən ki, universitet təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi, yeni ixtisasların açılması sahəsində də ən möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanmışdır. Təsadüfi deyildir ki, universitetin Böyük Elmi Şurası elmin və təhsilin inkişafında göstərdiyi qayğıya, bu təhsil ocağının şöhrətini yüksəkliklərə qaldırdığına görə, Bakı Dövlət Universitetinin 80 illik yubileyi ərəfəsində ulu öndər Heydər Əliyevə BDU-nun Fəxri Doktoru diplomunu təqdim etmişdir. Böyük strateq Heydər Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı ən mühüm və unudulmaz addımlarından biri də 13 iyun 2000-ci ildə bu ali təhsil ocağına özünüidarəetmə — muxtariyyət statusunun verilməsidir. Müəyyən prinsiplər əsasında ali məktəbə belə bir statusun verilməsi onun inkişafında yeni bir mərhələnin əsasını qoymuş, təhsilin məzmun və formaca təkmilləşdirilməsini, dünya təhsil sisteminə sürətli inteqrasiyasını, eyni zamanda, beynəlxalq əlaqələrinin genişlənməsini təmin etmişdir. Xarici ölkələrin mütərəqqi təcrübəsinin universitetdə tətbiqi, tədris-tərbiyə prosesinin müasir standartlara uyğun qurulması üçün məqsədyönlü addımlar atılmışdır.

Yadımdadır ki, universitetimizin 80 illik yubileyi ilə bağlı xarici ölkələrdən qonaqlar gəlmişdi. 2000-ci ilin fevral ayında ümummilli lider həmin qonaqları və BDU-nun bir qrup ziyalısını qəbul etdi. Bir daha ulu öndərin elmə, təhsilə olan böyük marağı, hətta qonaqlarımızın çalışdığı universitetlər haqqında ətraflı məlumatı, beynəlxalq aləmdə elm və təhsil inteqrasiyaları haqqındakı geniş təsəvvürləri hamını heyrətləndirdi. Görüşdə Avropa, Rusiya, Ukrayna, Qırğızıstan və Türkiyənin aparıcı universitetlərinin rektorları iştirak edirdilər. Mən bir daha qürur duyuram ki, təhsil aldığım bütün ali məktəblərdən öncə Heydər Əliyev məktəbinin məzunuyam. Doğrudan da, onunla hər görüş bir elmi tapıntıya sahib olmaq qədər qiymətli idi. Tarix belə şəxsiyyətləri min ildən bir yaradır. Biz xoşbəxt nəsilik ki, taleyimizə Heydər Əliyevin adı yazılıb.

Ulu öndərin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində xarici ölkələrdə səfərdə olmuşam. 2001-ci ildə EKO-nun İranda keçirilən toplantısında iştirak edirdik. Ulu öndər Heydər Əliyevin beynəlxalq aləmdəki nüfuzunun, geniş intellektual dünyagörüşünün, insanlara qayğıkeşliyinin, diqqətinin şahidi oldum. Ümumiyyətlə, ulu öndərlə birlikdə belə səfərlərimiz çox olub. Hər dəfə də Heydər Əliyevin yaddaşına, hadisələri əvvəlcədən hiss etmək fəhminə, insanların daxili aləmini duymaq hissinə, bununla yanaşı, yüksək mədəniyyətinə, nüfuzlu siyasi xadim üçün tələb olunan məziyyətlərinə, həmçinin sadə adamlarla ünsiyyət qurmaq məharətinə, diqqət və qayğıkeşliyinə analoq tapa bilməmişəm. O, böyük bir dərya idi. Əgər biz bu ümmandan bir damla götürə bilmişiksə, nə qədər xoşbəxtik. O, bizə çox inanırdı. İndi elmi, ictimai və siyasi fəaliyyətimlə bu inamı doğrultmağa çalışıram. Ölkəmizdə ali məktəblər çoxdur. Amma Bakı Dövlət Universitetinin bu təhsil ocaqları sırasında xüsusi yeri var. Çünki onun məzunurları arasında dünya şöhrətli bir şəxsiyyətin, siyasi xadimin, müasir Azərbaycanın memarı olan ulu öndər Heydər Əliyevin adı var!

Sevindirici haldır ki, ulu öndərin siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan ölkə rəhbəri elm və təhsilin problemlərini də diqqət mərkəzində saxlayır, ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edir. Milli təhsilin inkişafı məsələsi öz məzmununu dəyişərək həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilir, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı artıq yeni vüsət alır. Azərbaycanın hərtərəfli inkişafını elm və təhsildə, güclü insan kapitalının formalaşdırılmasında görən dövlət başçısı İlham Əliyev BDU-nun cəmiyyətdəki yeri və rolunu, ictimai əhəmiyyətini daim yüksək dəyərləndirir, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri həyata keçirir. Universitetin 90 və 100 illik yubileylərinin respublika miqyasında geniş şəkildə qeyd olunması məhz Prezident İlham Əliyevin xidmətləri ilə bağlıdır. Biz buna böyük yolun davamı kimi baxırıq.

Heydər Əliyevin qayğısını hiss edən bir insan kimi ürəyimdən keçənləri söyləməliyəm. Doğrudur, ali təhsil almaq üçün Bakı Dövlət Universitetinin Kimya fakültəsini özüm seçmişdim. Dərslərimi də əla oxuyurdum. Amma mənim elmə bağlanmağımda, bu sahədə daha da inamlı addımlar atmağımda, böyük uğurlar qazanmağımda məhz ulu öndərin danılmaz xidməti var. Əgər ümummilli liderin təşəbbüsü ilə 1973-cü ildə Moskvaya aspiranturada təhsil almağa göndərilməsəydim, elmin dərin qatlarına yiyələnməsəydim, kim bilir, bəlkə də sıradan bir ziyalı idim. Amma indi həyat yoluma baxanda, əldə etdiyim irili-xırdalı uğurları xatırlayanda yalnız o böyük dühaya — Heydər Əliyevə minnətdaram! Bu görəkmli şəxsiyyətin, dahi rəhbərin qayğısını görənlər isə yüzlərlə, minlərlədir...

Oxunub: 4
Paylaş:
Digər xəbərlər

Siyasət

31-12-2023, 16:39

Ağstafada “Heydər Əliyev – Tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” mövzusunda dəyirmi masa keçirilib

Cəmiyyət

29-10-2023, 13:50

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarix yazan əbədi yaşar lider” mövzusunda dəyirmi masa keçirilib

Cəmiyyət

26-10-2023, 15:37

Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunan "Heydər Əliyev irsinin öyrənilməsi” dərsləri tədris etdirilir

Gündəm

14-12-2022, 09:41

Ulu Öndər güclü xarizmatik şəxsiyyət,fenomenal siyasətçi və dövlət xadimi idi

Cəmiyyət

10-05-2022, 16:11

10 may 2022-ci il Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür.

Şou Biznes
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Talıb Taledən efir qadağası iddiası ilə bağlı AÇIQLAMA -ÖZƏL/VİDEO
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
6-05-2026, 09:42
Şəkidə maşın aşdı, ölən və yaralananlar var
5-05-2026, 09:11
Gəncədəki yanğın söndürüldü
4-05-2026, 10:20
Türkiyədə azərbaycanlı tələbə qəzada öldü - Foto
Son xəbərlər
  • Bugün, 15:08
    Deputatlar yenidən toplaşırlar - Gündəlikdə 8 məsələ var
  • Bugün, 14:42
    Xanlar Vəliyevin qızı bu vəzifəyə təyin edildi
  • Bugün, 11:50
    Ali Məhkəmə ikinci nikahı hansı əsasla etibarlı saydı? – Qərar
  • Bugün, 10:30
    ABB ötən ilin hesabatını verdi
  • Bugün, 10:28
    “Azeri Light” bu gün neçəyə satılır?
  • Bugün, 10:26
    Naxçıvanda pensiyalar ödənildi
  • Bugün, 10:13
    Bu gün işdən 1 saat tez çıxacağıq
  • Bugün, 10:09
    15 yaşına çatmayan uşaqların işlədilib - HESABAT
  • Bugün, 09:39
    Bu şəxslər Prezidentin fərdi təqaüdünü alacaq - Siyahı
  • Bugün, 09:06
    Dərnəgül dəmiryol stansiyası açıldı
  • Dün, 16:12
    Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI
  • Dün, 14:04
    Maaşınızı bu tarixdən istənilən kartdan ala biləcəksiniz - detallar
  • Dün, 14:02
    Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
  • Dün, 10:20
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu İsmayıllı rayonunda keçirildi. 06.05.2026
  • Dün, 09:59
    Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
  • Dün, 09:54
    Neftimiz bu gün də ucuzlaşdı
  • Dün, 09:33
    "Kartdan-karta" ödəniş edənlərə vacib XƏBƏRDARLIQ
  • 6-05-2026, 15:17
    Ən sürətli yolda nişan qoyuldu - İlk dəfə
  • 6-05-2026, 14:51
    Çavuşoğlunun qardaşı güllələndi
  • 6-05-2026, 10:53
    Ali Məhkəmə filial müdiri ilə bağlı qərar verdi
  • 6-05-2026, 10:01
    Dost ölkədə 160-dan çox azərbaycanlı həbsdədir - RƏSMİ
  • 6-05-2026, 09:55
    Azərbaycan nefti 118 dollara düşdü
  • 6-05-2026, 09:46
    Azərbaycandan Ermənistana daha bir məhsul göndəriləcək
  • 6-05-2026, 09:43
    "Brent" ucuzlaşdı
  • 6-05-2026, 09:42
    Şəkidə maşın aşdı, ölən və yaralananlar var
  • 6-05-2026, 09:30
    Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ
  • 6-05-2026, 09:27
    Ukrayna Ermənistana dron dəstəyi göstərir - İDDİA
  • 6-05-2026, 09:25
    Bu gündən I sinfə qəbulu başlayır
  • 5-05-2026, 19:06
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi. 05.05.2026
  • 5-05-2026, 15:44
    Prezidentlə xanımı sərgilərlə tanış oldu
  • 5-05-2026, 11:39
    Prezidentin çıxışı qətiyyətli mövqeyimizi nümayiş etdirdi
  • 5-05-2026, 11:26
    Qubada rus mənşəli kəndlərin adları DƏYİŞDİRİLİR
  • 5-05-2026, 10:45
    Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edildi
  • 5-05-2026, 09:11
    Gəncədəki yanğın söndürüldü
  • 5-05-2026, 09:07
    Bakıda tıxac olan yolların SİYAHISI
Daha çox
5-05-2026, 11:39
Prezidentin çıxışı qətiyyətli mövqeyimizi nümayiş etdirdi
3-05-2026, 22:06
Nərimanovda sökülən evin kompensasiyası ödənilmir – vətəndaş kömək istəyir
5-05-2026, 19:06
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi. 05.05.2026
1-05-2026, 16:38
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Beyləqan rayonunda keçirildi. 01.05.2026
Dün, 10:20
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu İsmayıllı rayonunda keçirildi. 06.05.2026
1-05-2026, 17:01
Prezident və ailəsi Bakıda açılışda
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə