• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Müharibə veteranlarının əlillik dərəcsi, sığorta pulları ilə bağlı problemlər – müxtəlif baxışlar

Sosial

22-04-2022, 22:08

Müharibə veteranlarının əlillik dərəcsi, sığorta pulları ilə bağlı problemlər – müxtəlif baxışlarxebernur.com xəbər verir ki, 44 günlük müharibə veteranı Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında pensya təminatlarında və əlillik dərəcəsi verilməsində yaşadıqları problemlərə etiraz olaraq aksiya keçirib.

Onların sözlərinə görə, əlillik dərəcəsi almaq üçün dəfələrlə müraciət etsələr də ya imtina gəlir, ya da əlillik dərəcəsi düzgün təyin edilmir.

Sosial şəbəkələrdə də son günlər kirayədə qalan və sağlamlığında problem olan bəzi qazilərə yardım lazım olduğunu yazırlar.

44 günlük müharibədə iştirak edən neçə nəfər hərbi qulluqçuya əlillik statusu verilib, neçəsindən imtina edilib? Bu proses şəffaf aparılırmı? Şikayətlər nə dərəcədə əsaslıdır?

İkinci Qarabağ müharibəsinin iştirakçısı Ayaz Qasımov AzadlıqRadiosuna bildirib ki, müharibə zamanı ayağından ciddi xəsarət alsa da, ona əlillik dərəcəsi düzgün təyin edilməyib.

«Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ikinci dərəcəsinin əvəzinə 3-cü dərəcəsini təyin edib. Mənim kimi yüzlərlə hərbçi var, kimin ki əlillik dərəcəsini düzgün təyin etmədilər. Ümumiyyətlə əlillik təyin edilməyən qazilər də var. Sol əlində 3 barmaq olmayan qazinin əlilliyi təyin edilmir».

Onun sözlərinə görə, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanunla nəzərdə tutulmuş sığorta pulu da qazilərə verilmir. «Orada I dərəcə əlilliyə görə – 8800 manat, II dərəcə əlilliyə görə — 6600 manat, III dərəcə əlilliyə görə — 4400 AZN manat nəzərdə tutulub. 6 aydan çoxdur qazilərin heç biri sığorta pulunu ala bilməyib.

Bizim aksiyadan sonra söz verdilər ki, aprelin 18-nə qədər 2021-ci ildə əlillik dərəcəsini alan şəxslərin sığorta pulunu «Azərsığorta» ödəyəcək, bu il dərəcəsini alan şəxslərin sığorta pulunu isə Dövlət Sosial Müdafiə Fondu ödəyəcək».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Turana bildirilib ki, Vətən müharibəsi iştirakçılarının müraciətlərinə daim nazirlikdə diqqət və qayğı ilə yanaşılır. «Aidiyyəti qurumların təmsil olunduğu komissiya hərbi qulluqçuların əyani müayinə əsasında əlilliyini qiymətləndirir. Ötən dövrdə 2763-dək qaziyə əlillik və proaktiv qaydada sosial ödənişlər təyin edilib».

Qeyd olunub ki, əlillik təyinatı müvafiq qanunvericilikdəki meyarlara uyğun, orqanizmin funksional pozuntuları yarandığı halda aparılır. «Elektron sistemə barəsində göndəriş və şəhadətnamə daxil edilmiş hər bir qazi əyani müayinəyə çağırılır və bu sahədə heç bir şəxsin diqqətdən kənarda qalmır».

Qurumdan vurğulanıb ki, Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini aidiyyəti qurumlarla birgə davam etdirilir. «Əlillik təyinatı ilə əlaqədar qazilərə əlillik dərəcələrinə uyğun olaraq birdəfəlik sığorta ödənişi və 5300-dən çox aylıq sosial ödənişlərin (Prezidentin aylıq təqaüdü və əlilliyə görə müavinət, yaxud əlilliyə görə əmək pensiyası) təyinatı aparılıb».

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Turana bildirib ki, Qarabağ müharibəsi veteranlarının, qazilərinin sosial müdafiəsi həm dövlətin, həm də cəmiyyətin diqqət mərkəzindədir. «Cənab Prezidentin ötən ilin iyun ayında Vahid Əlaqələndirmə Mərkəzinin yaradılması ilə bağlı Fərmanı oldu ki, qazilərin əlillik dərəcəsinin təyin edilməsi, reabilitasiya kimi məsələlər vahid pəncərədən həyata keçirilsin».

Deputatın sözlərinə görə, indiyə qədər 15 mindən çox qazi və şəhid ailəsinə belə bir xidmət göstərilib. «6 mindən çox yaralımızın evlərinə gedib, vəziyyətləri öyrənilib və onlardan 4731 nəfərin artıq hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilməsi həyata keçirilib. Yəni, onların yaranı müharibədə almaları barədə ekspert qərarı çıxarılıb. 3 min nəfərə yaxın şəxsin əlillik dərəcəsi müəyyənləşdirilib və proses davam edir».

O, qeyd edib ki, proses ədalətli aparılmalıdır. «Bu insanlara qayğı və hörmətlə münasibət olmalıdır. Bu, cənab Prezidentin müvafiq qurumlardan tələb etdiyi məsələlərdən biridir».

Hərbi ekspert Üzeyir Cəfərov AzadlıqRadiosuna bildirib ki, əlillik təyinatı ilə bağlı şikayətlərin çox ciddi əsasları var. «Aidiyyatlı qurumların, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi hələ də başa düşə bilmir ki, bura İsveçrə deyil ki, əlilliyin təyin edilməsi üçün burada İsveçrə modelini tətbiq etsinlər. Azərbaycan əhalisi İsveçrədəki kimi maaş almır və oradakı kimi həyat sürmür. Bir zərrə düşüncələri yoxdur başa düşsünlər ki, adam ayağını itiribsə, onu faizlə ölçmürlər».Müharibə veteranlarının əlillik dərəcsi, sığorta pulları ilə bağlı problemlər – müxtəlif baxışlar

Oxunub: 530
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

17-11-2021, 09:51

2200 Vətən Müharibəsi qazisinə əlillik TƏYİN OLUNUB

Sosial

23-09-2021, 15:10

2000 nəfərədək qaziyə əlillik təyin edilib

Səhiyyə

13-07-2021, 10:56

Nazirlikdən əlillik təyinatı ilə bağlı AÇIQLAMA

Sosial

20-04-2022, 19:18

Vətən müharibəsi iştirakçılarının müraciətlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və qurumlarında diqqət və qayğı ilə yanaşılır.

Hadisə / Sosial

4-08-2021, 11:01

Saxta əlillik pensiyası düzəldən baş həkimə cinayət işi açıldı

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • Bugün, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • Bugün, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • Bugün, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • Bugün, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
  • 28-08-2026, 09:29
    Bəs “vaxtı gələndə” nə deməkdir?
  • 28-08-2026, 09:27
    Ermənistanda 3 nazirliyin adı dəyişdirildi
  • 28-08-2026, 09:24
    Daşqın nəticəsində ölənlərin sayı 500-ə çatır
  • 28-08-2026, 09:22
    İlin son Ay tutulması başlayıb
  • 28-08-2026, 09:20
    UEFA reytinqində Azərbaycanın mövqeyi
  • 28-08-2026, 09:18
    7 ölkə İrana görə İstanbulda toplaşır - kritik görüş
  • 27-08-2026, 16:22
    Prezident “Sabah”a 5 milyon pul ayırdı
  • 27-08-2026, 16:06
    Müasir Azərbaycan cəmiyyətində qadın ziyalı obrazını ləyaqətlə təmsil edən Mina Şirinova (Minə Aqil), həm təhsil rəhbəri, həm də istedadlı qələm sahibi kimi tanınır
  • 27-08-2026, 12:03
    Məktəbli geyimlərin qiyməti aşağı salındı - SATIŞ ÜNVANLARI
  • 27-08-2026, 11:29
    Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb
  • 27-08-2026, 10:28
    Rayonlara leysan yağıb - FAKTİKİ HAVA
  • 27-08-2026, 10:23
    Son 20 ildə Bakıya 200 milyard dollar xərclənib? - Açıqlama
  • 27-08-2026, 10:00
    Bu gün püşkatmadır - “Sabah”ın rəqibləri bəlli olacaq
  • 27-08-2026, 09:35
    Azərbaycan neftində geriləmə davam edir - 91 dollara düşdü
  • 27-08-2026, 09:32
    Əlcəzairdə meşə yanğınları - 12 ölü, 54 yaralı
  • 27-08-2026, 09:22
    Nigar Fərhad saxlanıldı
  • 27-08-2026, 09:19
    Türk dövlətlərinə şəxsiyyət vəsiqəsi ilə getmək mümkün olacaq - ANONS
  • 27-08-2026, 09:14
    Koçaryan xəstəxanada həbs olundu
  • 27-08-2026, 09:12
    Paytaxtın əsas yollarında hərəkət çətinləşib
  • 26-08-2026, 16:12
    26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
  • 26-08-2026, 15:45
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
  • 26-08-2026, 14:40
    Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
24-08-2026, 19:30
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 24.08.2026
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
25-08-2026, 17:52
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Mincəçevir şəhərində keçirildi. 25.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə