22 yanvar 2024-cü il tarixində Laçın Rayon Mərkəzi Xəstəxanasında infeksion və yoluxucu xəstəliklərin profilaktikası məqsədilə maarifləndirici tədbir təşkil olunmuşdur.
Rayon ziyalılarının iştirakı ilə keçirilən tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, Laçın Rayon
Mədəniyyət Mərkəzinin şöbə rəhbərləri, məktəb direktorları, bağça müdirləri iştirak etmişdir.
Tədbirdə Laçın Rayon Mərkəzi Xəstəxanasının direktor müavini baş həkim Zahid Əhmədov çıxışında peyvəndin əhəmiyyətindən və uşaqların peyvəndə cəlb olunmasının vacib olduğundan danışmışdır.
Keyfiyyətə nəzarətin idarə olunması komitəsinin rəhbəri Anar Salahzadə qızılca xəstəliyinin kliniki xüsusiyyətlərindən, laborator diaqnostikasından və infeksiyaya nəzarət və izolyasiyası haqqında çıxış etmişdir.
Eyni zamanda cari vaxt ərzində təklif və rəylər dinlənilmiş, ümumi maarifləndirmə tədbirlərinin müzakirəsi aparılmışdır.