Türkiyəli iş adamı Acun Ilıcalı dördüncü dəfə evlənir.
Xəbər verilir ki, bu barədə məlumatı “Söylemezsem olmaz” verilişinin aparıcısı Yağmur Çevik verib.
O bildirib ki, 55 yaşlı Ilıcalı 25 yaşlı sevgilisi Ayça Çağla Altunkaya ilə nikah masasına əyləşəcək.
Cütlüyün toy mərasiminin tarixi açıqlanmayıb.
Qeyd edək ki, A. Ilıcalı 3 dəfə evli olub. Onun Banu Başbuğla olan evliliyindən Leyla, sosial media fenomeni Şeyma Subaşı ilə olan evliliyindən isə Melisa adlı qızları var.