"Ronahi" Kürd Mədəniyyət Mərkəzi və Kürd Media Mərkəzi AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həyatını itirmiş səxslərin xatirəsi üçün Bakı Beynəlxalq Aeroportunun 2-ci terminalında yaradılan xatirə stendini ziyarət edib. Faciəvi şəkildə həlak olan sərnişinlərin, eləcə də qəhrəmancasına həlak olmuş ekipaj üzvlərinin əziz xatirəsini yad edən icma üzvləri stend qarşısında öz dualarını və ehtiramlarını bölüşüblər.
Sonda isə xatirə stendinin önünə Kürd Media Mərkəzi və "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin adından qərənfil çələngi qoyulub.