Aprelin 6-da Ağdam rayonunun Qalayçılar kəndi ərazisində minaya düşən 1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlunun son durumu məlum olub.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) sorğusuna cavab olaraq bildirilib ki, Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 1 nəfərin (kişi cinsli) müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Məlumatda qeyd edilib ki, sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat olunan 1983-cü il təvəllüdlü şəxsin vəziyyəti stabil qiymətləndirilir.