Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 10-u qız, 10-u oğlandır.
300 bal toplayanlardan biri Naxçıvan məktəblisi Rəhimova Xədicə Toğrul qızıdır. O, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon İlxıçı kənd tam orta məktəbinin XI sinif şagirdidir.
Xədicə 9 mart tarixində keçirilmiş buraxılış imtahan nəticəsinə əsasən maksimum nəticə göstərərək 300 bal toplayıb.