Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycanda Xristianlıq: Tarix, müasir dövr, perspektivlər” mövzusunda tədbir keçirilib.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnovun moderatorluğu ilə keçən tədbiri açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən heç bir dini icma ayrı-seçkiliyə məruz qalmayıb: "Dini, etnik zəmində hadisə baş verirsə, dini icmalar dərhal müdaxilə edirlər. Azərbaycan tolerantlıq ölkəsi, multikultural dəyərlərin qorunub saxlandığı ölkədir".Tədbirdə Azərbaycanda yaşayan etnik qrupların və dini konfessiyaların nümayəndələri iştirak etmişdir. Azərbaycan Kürdlərini tədbirdə Ronahi Kürd Mədəniyyət Mərkəzinin sədri Zabit Məmmədov təmsil etmişdir.