Hazırda Türkiyədə meteoroloji şərait baxımından yanğın riski daşıyan 47 vilayətdə meşələrə giriş qadağan olunub.
Xebernur.com bu barədə "Anadolu" Agentliyinə istinadla xəbər verir.
Qara dəniz bölgəsində 11, Mərmərə bölgəsində 10, Egey bölgəsində 8, Aralıq dənizi bölgəsində 8, Cənub-şərq bölgəsində 3, Şərqi Anadolu bölgəsində 2, Daxili Anadolu bölgəsində 5 meşəyə giriş qadağan edilib.
Qadağalar meşələr üzrə fərqli tarixlərdə tətbiq edilib və 1 may-31 oktyabr dövrünü əhatə edir.