• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

İlin sonunadək Azərbaycanda amnistiya GÖZLƏNİLİR

Cəmiyyət

6-09-2025, 10:00

İlin sonunadək Azərbaycanda amnistiya GÖZLƏNİLİR
Bu il Prezident İlham Əliyevin sərəncamı ilə 200-dən artıq məhkum edilmiş şəxs əfv edilib. Əfv sərəncamının imzalaması ərəfəsində ilin sonunadək amnistiya aktının da qəbul ediləcəyi barədə xəbərlər yayılmışdı.

Amnistiya əlamətdar hadisələr - dövlət müstəqilliyimizin bərpası, konstitusion islahatlar, suverenliyin möhkəmlənməsi, tarixi şəxsiyyətlərin yubileyləri və digər mühüm ictimai-siyasi hadisələrlə əlaqədar olaraq qəbul olunur. Amnistiyanın da Konstitusiya və Suverenlik ili münasibətilə qəbul ediləcəyi qeyd olunur.

Modern.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, amnistiyanın məhz bu cür simvolik hadisələrlə bağlı qəbul edilməsi bu aktın həm dövlətçiliyimizin humanizm prinsipləri, həm də milli ənənələrimizə uyğun gəlir.

Onun sözlərinə görə, müstəqillik əldə edildikdən bu günə qədər Azərbaycanda ümumilikdə 12 amnistiya aktı qəbul edilib. Bu aktlar ümumilikdə 160 min nəfərə şamil olunub.

“Amnistiyanın mühüm xüsusiyyətlərindən biri odur ki, o, əhatə etdiyi maddələr üzrə şəxsləri ya cəza çəkməkdən azad edir, ya onların cəzasını azaldır və ya cinayət məsuliyyətindən azad edir. Təsadüfi deyil ki, bu ilin əvvəlində də Azərbaycanda amnistiya aktının qəbul edilməsi ilə bağlı bir sıra müzakirələr aparılıb. Eyni zamanda, mənim tərəfimdən də amnistiya aktının qəbul edilməsi istiqamətində təkliflər səsləndirilib.

Bu təkliflərin əsas səbəbi bir neçə mühüm hadisə ilə bağlı idi. İlk növbədə qeyd etməliyəm ki, bu il Azərbaycan tarixində çox əlamətdar bir hadisə baş verib - cənab Prezident tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan olunub. Bu da Konstitusiyanın qəbul edilməsinin 30 illiyi ilə bağlıdır. Amnistiya isə konstitusion institutlardan biridir”.

O həmçinin bildirib ki, digər tərəfdən, bu il həm də Zəfərimizin də ildönümüdür.

“Azərbaycan torpaqlarının işğaldan azad olunması prosesinin başa çatmasının 5 illik yubileyi qeyd olunur. Bildiyiniz kimi, sonuncu amnistiya aktı da məhz “Zəfər Aktı” adlandırılmış və 2021-ci ildə qəbul edilib.

Bu mühüm hadisələr - Zəfərimizin 5 illiyi və Konstitusiyanın 30 illiyi dövlət suverenliyi və hüquqi prinsiplərin güclənməsi fonunda belə humanist aktın qəbul edilməsinə müəyyən hüquqi və siyasi əsaslar yaradır. Azərbaycan dövləti hüquqi təbiəti, humanizm və mərhəmət prinsiplərinə əsaslanan dövlət olaraq bu cür qərarları mütəmadi olaraq qəbul edir. Həm amnistiya aktları, həm də cənab Prezident tərəfindən həyata keçirilən əfv sərəncamları da bu prinsiplərin təzahürüdür”.Yaxın aylarda Milli Məclisin gündəliyinə daxil ola bilər

Ə.Nuriyev onu da əlavə edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya məsələsinin yenidən gündəmə gəlməsi, əslində dövlət və cəmiyyət arasında dialoqla yanaşı, eləcə də inteqrasiyanın və humanist siyasətin göstəricisidir:

“Bu amnistiya nə vaxt qəbul oluna bilər? Milli Məclisin yaz sessiyasının iclasında qeyd etdiyim məsələ müzakirə predmeti olub. Ənənəvi olaraq belə aktlar ilin əvvəlində və ya ortalarında gündəmə gətirilir. Düşünürəm ki, yaxın aylarda bu məsələ Milli Məclisin gündəliyinə daxil edilə bilər. Əgər planlaşdırma çərçivəsində sessiyanın fəaliyyət planına daxil edilə bilər. Heç şübhəsiz ki, bu, həm Prezidentin siyasi iradəsi, həm də parlamentdəki ümumi siyasi konsensusla bağlı olan məsələdir.

Qeyd etdiyim kimi, Cənab Prezident hər zaman humanizm və mərhəmət prinsiplərini öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi təqdim edib”.

O eyni zamanda yeni amnistiya aktının qəbul olunmasının kimlərə şamil edilə biləcəyi məsələsinə də aydınlıq gətirib:

“Ənənəvi yanaşmaya əsasən, sosial həssas qruplara - azyaşlı övladı olan qadınlara, hamilə qadınlara, müəyyən yaş həddini keçmiş məhkumlara , sağlamlıq imkanları məhdud və əlilliyi olan şəxslərə, ağır xəstəliklərdən əziyyət çəkən məhkumlara şamil edilə bilər. Eyni zamanda, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərə də şamil olunması ehtimal edilir.

Cəzasının böyük hissəsini çəkmiş, davranışında islah olunma əlamətləri müşahidə edilən şəxslər də amnistiyadan yararlana bilərlər. Cəzasının bitməsinə bir il qalmış şəxslərə, yetkinlik yaşına çatmayan məhkumlara, şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə də şamil oluna bilər”.

Hüquqşünasın sözlərinə görə, bu dəfə daha geniş bir kateqoriyaya aid şəxslərin amnistiya aktına daxil edilməsi ehtimalı gözləniləndir:

“Ümid edirəm ki, bu dəfə cəmiyyətdə səslənən fikirləri də nəzərə alaraq qəbul ediləcək, Amnistiya Aktı daha geniş və əhatəli olacaq.

Hazırda cəzaçəkmə müəssisələrində müəyyən sıxlıq mövcuddur və bu, idarəetmə baxımından da çətinliklər yaradır. Amnistiya aktı həmçinin bu yükün azaldılmasına xidmət edə bilər. Dünyanın bir çox ölkələrində də bu cür yanaşmalar mövcuddur”.

Kimlər amnistiyaya düşə bilər?

Əliməmməd Nuriyev vurğulayıb ki, elə cinayətlər var ki, onlara amnistiyanın şamil edilməsi ehtimalı yoxdur:

“Bu, xüsusilə ağır cinayətlər - terrorçuluq, dövlətə qarşı cinayətlər və digər ağır kateqoriyalı əməllərlə bağlıdır. Bu da hüquqi və ictimai ədalət prinsipindən irəli gələn bir yanaşmadır.

Amnistiya aktının qəbul edilməsi təkcə azadlığa buraxılan şəxslərin sayı ilə ölçülmür. Bu, eyni zamanda dövlətin humanizm siyasətinin təsdiqi, penitensiar sistemin yüngülləşdirilməsi, məhkumların sosial inteqrasiyası baxımından da mühüm əhəmiyyət kəsb edir. Amnistiya həm də dövlətin gücünün və cəmiyyətdə əmin-amanlığın mühitinin rəmzi kimi çıxış edir. Yalnız güclü dövlətlər belə humanist addımlar ata bilərlər”.

“Azərbaycan dövləti də güclü və oturuşmuş bir dövlətdir”,- deyə o əlavə edib.

“Azərbaycan bunu həm hüquqi islahatlarla, həm də cənab Prezidentin həyata keçirdiyi humanist addımlarla dəfələrlə sübut edib. Əfv sərəncamları, qanunvericiliyin humanizm prinsipləri əsasında təkmilləşdirilməsi, vətəndaşlara göstərilən diqqət və qayğı bu gücün və sabitliyin göstəricisidir.

Düşünürəm ki, yaxın dövrdə - xüsusilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində - yeni bir amnistiya aktının qəbul olunması ehtimalı yüksəkdir. Bu addım həm dövlətin humanist siyasətinin bir daha ifadəsi olacaq, həm də cəmiyyətə verilən önəmli bir ismarıc kimi dəyərləndiriləcək”.

Yekun olaraq o qeyd edib ki, belə bir mühüm hadisə ərəfəsində cəmiyyətdə formalaşan gözləntilər tamamilə təbiidir və buna normal yanaşmaq lazımdır:

“Əlbəttə, bu qərar Milli Məclisin səlahiyyətində olan məsələdir və deputatların iradəsindən asılı olaraq qəbul edilə bilər”,- deyə Ə.Nuriyev bildirib.

Oxunub: 236
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

12-03-2021, 15:56

Əfv və böyük amnistiya OLACAQ

Gündəm

11-02-2025, 10:20

Azərbaycanda 71-ci dəfə əfv sərəncamı İMZALANACAQ

Gündəm

25-09-2021, 09:36

Komissiya üzvü növbəti əfv sərəncamının vaxtını ANONS ETDİ

Gündəm

22-09-2023, 10:34

Təslim olan döyüşçülərə amnistiya nəzərdə tuturuq - Hikmət Hacıyev

Cəmiyyət

2-05-2025, 11:47

Bu ay Azərbaycanda əfv GÖZLƏNİLİR

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
13-08-2026, 10:13
Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı
7-08-2026, 10:48
Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Son xəbərlər
  • 14-08-2026, 22:45
    Orxan Cəbrayıl TƏBİB-dən yeni qanun gəlib deyərək işçisini işdən azad etdi
  • 14-08-2026, 20:40
    Rusiya ən böyük neft terminalını dayandırdı
  • 14-08-2026, 17:20
    “Bakı Abadlıq” kimin mülkünü kimə icarəyə verir? – Simurq Kitabxanasından icarə haqqı tələb olunur
  • 14-08-2026, 17:05
    Sumqayıta qatarla getmək istəyənlərə MÜJDƏ - hərəkət bərpa olunur
  • 14-08-2026, 15:37
    TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB
  • 14-08-2026, 15:29
    Metrodakı dəyişiklik kirayə qiymətlərini artıracaq? - AÇIQLAMA
  • 14-08-2026, 15:03
    “Qarabağ” - “Tvente” matçına hakim təyinatı oldu
  • 14-08-2026, 14:59
    Dövlət Sərhəd Xidmətində yeni təyinatlar
  • 14-08-2026, 14:49
    Ən çox ət, süd və yumurta istehsal edən RAYONLAR
  • 14-08-2026, 10:35
    “Global Media”nın əməkdaşı vəfat etdi
  • 14-08-2026, 10:27
    Azərbaycan Pakistanı təbrik etdi
  • 14-08-2026, 09:52
    IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı - TAM SİYAHI
  • 14-08-2026, 09:15
    Diqqət: kondisionerin bu ziyanlarını bilirsiniz? - Həkim tövsiyəsi
  • 14-08-2026, 09:11
    Konfrans Liqasında pley-offa çıxan klublar bəlli oldu
  • 14-08-2026, 09:08
    Ermənistan-Azərbaycan sülh sazişi gələn il İMZALANACAQ
  • 13-08-2026, 17:14
    Ermənistan Azərbaycana bu məhsulları ixrac edəcək
  • 13-08-2026, 10:45
    “Qarabağ” - “Dinamo” oyunu bu telakanalda yayımlanacaq
  • 13-08-2026, 10:29
    Coğrafiyanın taleyi burada dəyişir
  • 13-08-2026, 10:13
    Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı
  • 13-08-2026, 09:55
    “Azeri Light” ucuzlaşdı
  • 12-08-2026, 10:27
    Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
  • 12-08-2026, 09:51
    Ali məktəblərə ixtisas seçimi başladı
  • 12-08-2026, 09:07
    Bu yollarla gedənlər diqqətli olsun - sıxlıq var
  • 12-08-2026, 09:06
    Bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub - Müsahibənin TAM MƏTNİ
  • 11-08-2026, 15:57
    “Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
  • 11-08-2026, 14:44
    Cənb Prezident! Orxan Həkim bir ailəni aclıq aksiyası keçirməyə məcbur etdi
  • 11-08-2026, 09:45
    Beş rayonda işıq KƏSİLƏCƏK
  • 11-08-2026, 09:37
    “Azeri Light” bu gün neçəyə satılır?
  • 11-08-2026, 09:20
    İranın ali hərbi komandanlığında yeni təyinatlar - SİYAHI
  • 10-08-2026, 16:44
    Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
  • 10-08-2026, 16:27
    Əhalinin gəlirləri artıb
  • 10-08-2026, 14:30
    Orxan həkim Nuranə Cabbarovanı və ailə üzvlərini aclq aksiyası keçirməsinə məcbur etdi
  • 10-08-2026, 14:21
    Orxan həkim Nuranə Cabbarovanı və ailə üzvlərini aclq aksiyası keçirməsinə məcbur etdi
  • 10-08-2026, 10:45
    Tatarıstanda matəm elan edildi: ölənlər var
  • 10-08-2026, 10:20
    Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi
Daha çox
11-08-2026, 14:44
Cənb Prezident! Orxan Həkim bir ailəni aclıq aksiyası keçirməyə məcbur etdi
10-08-2026, 14:30
Orxan həkim Nuranə Cabbarovanı və ailə üzvlərini aclq aksiyası keçirməsinə məcbur etdi
10-08-2026, 14:21
Orxan həkim Nuranə Cabbarovanı və ailə üzvlərini aclq aksiyası keçirməsinə məcbur etdi
10-08-2026, 16:44
Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
10-08-2026, 16:27
Əhalinin gəlirləri artıb
11-08-2026, 09:37
“Azeri Light” bu gün neçəyə satılır?
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə