Qaradağ Rayonunda məktəblilər arasında riyaziyyat-məntiq olimpiadası keçirilib
26 sentyabr 2025-ci il tarixində Qaradağ Rayonunun Səngəçal qəsəbəsində yerləşən şəhid Fəzail Qədimov adına 222 saylı tam orta məktəbdə 5-ci sinif şagirdləri arasında Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının məktəb mərhələsi keçirilib.
Olimpiadanın məqsədi şagirdlərdə riyazi və məntiqi təfəkkürü inkişaf etdirmək, riyaziyyata marağı artırmaq və istedadlı şagirdləri üzə çıxarmaqdır. Tədbirdə 5-ci siniflərin bütün paralellərindən şagirdlər iştirak edib.
Məktəb rəhbərliyi bildirib ki, bu cür yarışlar şagirdlərin elmi potensialını gücləndirməklə yanaşı, onların intellektual bacarıqlarını da stimullaşdırır. Olimpiadada fərqlənən iştirakçılar rayon mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası hər il ənənəvi olaraq keçirilir və yüzlərlə məktəblini bir araya gətirir.


