Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənişinin yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, sosial ödənişlər hər ay qabaqcadan tərtib edilmiş qrafik əsasında aparılır.