Bu gün Laçın rayonu Kamallı kənd icra nümayəndəliyinin iş otağında Zəfər gününün beşinci ildönümünə həsr olunmuş dəyirmi masa ətrafında sakinlərimizlə maarifləndirici tədbir keçirilmişdir.Tədbir zamanı birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sakinlərlə müharibə zamanı Şəhidlərimizin, qazilərimizin görsətdikləri qəhrəmanlıqlardan danışaraq çıxışlar etmiş, ölkə rəhbəri Ali Baş Komandan Cənab İlham Əliyevin Şəhid ailələrinə qazilərə görsətdiyi diqqət və qayğıdan danışmışlar.