“Saxta vətənpərvərlər veteranları susdurur – AXCP üzvü Təzəxan Mirələmli sərt etiraf etdi”
AXCP üzvü Təzəxan Mirələmli şəxsi Facebook hesabında sərt və açıq paylaşım edərək cəmiyyətdə hökm sürən riyakarlığı ifşa edib. O bildirib ki, ölkədə bir sıra fərarilər, yaltaqlar və rejim nökərləri özlərini “vətənpərvər” kimi göstərsələr də, həqiqi vətənpərvərlikdən uzaqdırlar.
“Gedib döyüşməyənlər, övladını vətənin müdafiəsinə göndərməyənlər indi vətənpərvər maskası ilə ortaya çıxmasınlar. Onların saxtalığı veteranların səslərini boğur, döyüş xatirələrimizi danışmağa imkan vermir. Adamda bir az utanmaq da olmalıdır,” – Mirələmli vurğulayıb.
Veteran əlavə edib ki, bu tip sünilik və riyakarlıq həqiqi döyüşçülərin susmasına, cəmiyyətdə narazılıqların artmasına səbəb olur. Onun paylaşımı sosial şəbəkələrdə böyük rezonans doğurub və oxucular arasında veteranların hüquqları, saxta vətənpərvərlik nümayişi mövzusunda kəskin müzakirələrə yol açıb.