Qaradağda nümunəvi təşkilatçılıq: 222 saylı məktəbdə Fənn Olimpiadalarının məktəb mərhələsi keçirildi
Qaradağ Rayonunun Səngəçal qəsəbəsində yerləşən şəhid Fəzail Qədimov adına 222 saylı tam orta məktəbdə 25.11.2025-ci il tarixində Respublika Fənn Olimpiadalarının məktəb mərhələsi yüksək təşkilatçılıqla baş tutub. Şagirdlərin bilik səviyyəsinin ölçülməsi və istedadlı gənclərin üzə çıxarılması məqsədi daşıyan olimpiada məktəbin müəllim kollektivi tərəfindən peşəkarlıqla həyata keçirilib.
Tədbirin təşkilində məktəbin direktoru Aynur Abdullayevanın xüsusi rolu qeyd edilməlidir. O, həm prosesə ciddi nəzarət edir, həm də müəllim və şagirdlər üçün əlverişli və şəffaf imtahan mühiti yaradılmasını təmin edir.
Aynur Abdullayeva uzun illərdir təhsil sahəsində göstərdiyi prinsipial mövqeyi, idarəçilik mədəniyyəti və yüksək peşəkarlığı ilə seçilir. Məktəbin inkişafında, nizam-intizamın və sağlam tədris mühitinin formalaşmasında onun əməyi danılmazdır.
Şagirdlərin uğurları, müəllimlərin motivasiyası və məktəbin artan nəticələri də məhz bu idarəçilik stilinin göstəricisidir.
Bir sözlə, belə peşəkar və vicdanlı məktəb direktoru təhsil sistemində nümunə olmalı, yaxşı idarəçilik modelinin bariz təcəssümü kimi qiymətləndirilməlidir.

