Ermənistan Milli Təhlükəsizlik Xidməti üç ermənini Azərbaycanla sərhəddəki Həkəri çayı üzərindəki körpünün qarşısında şəkil çəkdirdiklərinə görə saxlayıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Saxlanılan gənclər sərhəd kəndi Texdə tikinti işləri apararkən körpünün qarşısındakı sərhəd zonasında şəkil çəkdirməyə başlayıblar.
Vəkil Roman Yeritsyanın sözlərinə görə, onlar geri qayıdarkən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və mobil telefonları müsadirə edilib.
Daha sonra kişilər polis bölməsinə aparılıb. Onların telefonları diqqətlə yoxlanıldıqdan sonra sərbəst buraxılıblar. Vəkilin sözlərinə görə, Ermənistan polisi saxlanılanlara könüllü olaraq tərk etdikləri Qarabağın “həsrətindən” sərhəd zonasında şəkil çəkdirmək əvəzinə, Azərbaycana təslim olub geri qayıtmağı təklif edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”