• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

31-mart Azərbaycanlıların Soyqırımı Günü

Cəmiyyət

31-03-2026, 11:53

31-mart Azərbaycanlıların Soyqırımı Günü
"31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın üzləşdiyi faciələrin mahiyyətinin dərindən dərk olunması, onların səbəb və nəticələrinin obyektiv dəyərləndirilməsi baxımından xüsusi önəm kəsb edir. Bu amillər tarixi həqiqətlərin təhrif edilməsinin qarşısının alınması və beynəlxalq müstəvidə tanıdılması istiqamətində aparılan məqsədyönlü fəaliyyətin vacibliyini bir daha ön plana çıxarır".

Bunu açıqlamasında Pedaqoq Səxavət Məmmədov deyib.

S.Məmmədov bildirib ki, xalqımıza qarşı həyata keçirilmiş soyqırımı siyasətinin kökləri XIX əsrin əvvəllərinə qədər gedib çıxır.

"Regionda azərbaycanlı əhalinin sıxışdırılması, tarixi torpaqlardan çıxarılması və demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsi prosesi sistemli xarakter almışdır. Bu siyasətin ideoloji əsası erməni millətçilərinin irəli sürdüyü “Böyük Ermənistan” konsepsiyası olmuşdur. Bu ideya çərçivəsində müxtəlif dövrlərdə etnik təmizləmə, deportasiya və kütləvi qırğınlar həyata keçirilmiş, xüsusilə 1905–1907-ci illər və 1918-ci il hadisələri tarixdə qanlı səhifələr kimi qalmışdır.

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri dinc əhaliyə qarşı genişmiqyaslı qırğınlar törətmişdir. Bakı şəhəri ilə yanaşı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəran bölgələrində insanlar etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. Qısa müddət ərzində 30 mindən çox insan həyatını itirmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, mədəni və dini abidələr isə məhv edilmişdir.

Şamaxı qəzasında yüzlərlə kənd yerlə-yeksan edilmiş, Quba qəzasında isə kütləvi qırğınların izləri sonradan aşkarlanan kütləvi məzarlıqlarla təsdiq olunmuşdur. 1918–1920-ci illərdə İrəvan quberniyasında çoxsaylı yaşayış məntəqələri dağıdılmış, minlərlə azərbaycanlı qətlə yetirilmiş və ya doğma torpaqlarından didərgin salınmışdır. Bu proseslərdə xalqın tarixi və mədəni irsi də sistemli şəkildə məhv edilməyə çalışılmışdır. Bəzi erməni mənşəli müəlliflərin etirafları isə bu hadisələrin təsadüfi olmadığını, planlı və məqsədyönlü siyasətin nəticəsi olduğunu sübut edir.

Tarixi sənədlər göstərir ki, həmin dövrdə baş verən qırğınlara dair çoxsaylı arxiv materialları, diplomatik yazışmalar və xarici müşahidəçilərin qeydləri mövcuddur. Xarici mətbuat orqanlarında dərc olunan məlumatlar və diplomatik hesabatlar bu hadisələrin beynəlxalq ictimaiyyətə müəyyən qədər məlum olduğunu təsdiqləyir.

Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman həmin faciələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsini təmin etmiş və soyqırımın sistemli şəkildə araşdırılması, beynəlxalq aləmə çatdırılması üçün zəmin yaratmışdır. Ümummilli Liderin müdrik siyasəti ardıcıl şəkildə davam etdirilmiş, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər soyqırımı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasına yönəlmişdir. Dövlətimizin başçısı vurğulayıb ki, tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.

Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə təməli qoyulan Quba Soyqırımı Memorial Kompleksi faciənin yaddaşlarda əbədiləşdirilməsi baxımından mühüm rol oynayır. Burada aparılan elmi tədqiqatlar, arxiv materiallarının toplanması və müasir ekspozisiya vasitələri ziyarətçilərə tarixi həqiqətləri əyani şəkildə təqdim edir. Kompleks beynəlxalq tədqiqatçılar üçün dəyərli elmi mənbədir və soyqırımı həqiqətlərinin qlobal səviyyədə tanıdılmasına əhəmiyyətli töhfə verir.

Azərbaycan Prezidentinin 18 yanvar 2018-ci il tarixində imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı elmi konfransların, sərgilərin və maarifləndirici tədbirlərin keçirilməsinə geniş imkan yaratmışdır. Müasir dövrdə əsas vəzifələrdən biri soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə daha geniş və sistemli şəkildə çatdırılmasıdır. Bu istiqamətdə diaspor təşkilatları, beynəlxalq elmi mərkəzlər və tədqiqatçılar mühüm rol oynayırlar. Xarici dillərdə nəşrlərin hazırlanması, beynəlxalq konfranslarda çıxışlar və akademik tədqiqatların genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. İnformasiya müharibəsinin gücləndiyi müasir dövrdə tarixi həqiqətlərin rəqəmsal platformalarda düzgün və əsaslandırılmış şəkildə təqdim olunması xüsusi əhəmiyyət daşıyır.

Ölkəmizdə soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edilir, onların faciəli taleyini unudulmur. Xalqımız tarixi ədalətin bərpası ilə qazandığı Zəfərlə gücünü və iradəsini bütün dünyaya nümayiş etdirməyin qürurunu yaşayır".

Səxavət Məmmədov pedaqoq

Oxunub: 358
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

31-03-2026, 11:28

"31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın üzləşdiyi faciələrin mahiyyətinin dərindən dərk olunması, onların səbəb və nəticələrinin obyektiv dəyərləndirilməsi baxımından xüsusi önəm kəsb edir

Cəmiyyət

31-03-2026, 09:47

Xarici İşlər Nazirliyi bəyanat YAYDI

Gündəm

29-03-2024, 10:30

Ombudsman bəyanat YAYDI

Gündəm

31-03-2023, 12:19

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilmişdir

Cəmiyyət

31-03-2025, 02:53

31 Mart soyqırımından 107 il ötür

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
13-08-2026, 10:13
Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı
7-08-2026, 10:48
Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Son xəbərlər
  • 14-08-2026, 22:45
    Orxan Cəbrayıl TƏBİB-dən yeni qanun gəlib deyərək işçisini işdən azad etdi
  • 14-08-2026, 20:40
    Rusiya ən böyük neft terminalını dayandırdı
  • 14-08-2026, 17:20
    “Bakı Abadlıq” kimin mülkünü kimə icarəyə verir? – Simurq Kitabxanasından icarə haqqı tələb olunur
  • 14-08-2026, 17:05
    Sumqayıta qatarla getmək istəyənlərə MÜJDƏ - hərəkət bərpa olunur
  • 14-08-2026, 15:37
    TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB
  • 14-08-2026, 15:29
    Metrodakı dəyişiklik kirayə qiymətlərini artıracaq? - AÇIQLAMA
  • 14-08-2026, 15:03
    “Qarabağ” - “Tvente” matçına hakim təyinatı oldu
  • 14-08-2026, 14:59
    Dövlət Sərhəd Xidmətində yeni təyinatlar
  • 14-08-2026, 14:49
    Ən çox ət, süd və yumurta istehsal edən RAYONLAR
  • 14-08-2026, 10:35
    “Global Media”nın əməkdaşı vəfat etdi
  • 14-08-2026, 10:27
    Azərbaycan Pakistanı təbrik etdi
  • 14-08-2026, 09:52
    IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı - TAM SİYAHI
  • 14-08-2026, 09:15
    Diqqət: kondisionerin bu ziyanlarını bilirsiniz? - Həkim tövsiyəsi
  • 14-08-2026, 09:11
    Konfrans Liqasında pley-offa çıxan klublar bəlli oldu
  • 14-08-2026, 09:08
    Ermənistan-Azərbaycan sülh sazişi gələn il İMZALANACAQ
  • 13-08-2026, 17:14
    Ermənistan Azərbaycana bu məhsulları ixrac edəcək
  • 13-08-2026, 10:45
    “Qarabağ” - “Dinamo” oyunu bu telakanalda yayımlanacaq
  • 13-08-2026, 10:29
    Coğrafiyanın taleyi burada dəyişir
  • 13-08-2026, 10:13
    Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı
  • 13-08-2026, 09:55
    “Azeri Light” ucuzlaşdı
  • 12-08-2026, 10:27
    Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
  • 12-08-2026, 09:51
    Ali məktəblərə ixtisas seçimi başladı
  • 12-08-2026, 09:07
    Bu yollarla gedənlər diqqətli olsun - sıxlıq var
  • 12-08-2026, 09:06
    Bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub - Müsahibənin TAM MƏTNİ
  • 11-08-2026, 15:57
    “Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
  • 11-08-2026, 14:44
    Cənb Prezident! Orxan Həkim bir ailəni aclıq aksiyası keçirməyə məcbur etdi
  • 11-08-2026, 09:45
    Beş rayonda işıq KƏSİLƏCƏK
  • 11-08-2026, 09:37
    “Azeri Light” bu gün neçəyə satılır?
  • 11-08-2026, 09:20
    İranın ali hərbi komandanlığında yeni təyinatlar - SİYAHI
  • 10-08-2026, 16:44
    Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
  • 10-08-2026, 16:27
    Əhalinin gəlirləri artıb
  • 10-08-2026, 14:30
    Orxan həkim Nuranə Cabbarovanı və ailə üzvlərini aclq aksiyası keçirməsinə məcbur etdi
  • 10-08-2026, 14:21
    Orxan həkim Nuranə Cabbarovanı və ailə üzvlərini aclq aksiyası keçirməsinə məcbur etdi
  • 10-08-2026, 10:45
    Tatarıstanda matəm elan edildi: ölənlər var
  • 10-08-2026, 10:20
    Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi
Daha çox
11-08-2026, 14:44
Cənb Prezident! Orxan Həkim bir ailəni aclıq aksiyası keçirməyə məcbur etdi
10-08-2026, 14:30
Orxan həkim Nuranə Cabbarovanı və ailə üzvlərini aclq aksiyası keçirməsinə məcbur etdi
10-08-2026, 14:21
Orxan həkim Nuranə Cabbarovanı və ailə üzvlərini aclq aksiyası keçirməsinə məcbur etdi
10-08-2026, 10:45
Tatarıstanda matəm elan edildi: ölənlər var
10-08-2026, 10:20
Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi
10-08-2026, 16:44
Nərgiz Qurbanova səfir vəzifəsindən geri çağırıldı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə