Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zabux kəndindən videoçarx hazırlanıb.
Bu barədə Komitədən məlumat verilib.
"İşıqlı gecələr, geniş, abad küçələr, günün istənilən vaxtında uşaqların sevimli məşğuliyyəti üçün şəraitin olması... Laçının yenidən tikilib məskunlaşdırılan Zabux kəndindən görüntülər müasir kənddə də şəhər mühiti yaradıldığını göstərir. Böyük Qayıdışla işğaldan azad edilmiş ərazilərdə yeni həyat başlayır", - məlumatda bildirilib.