Hazırda Kəlbəcər rayonunun müxtəlif kəndlərində qarlı hava şəraiti müşahidə olunur.
Məlumata görə, rayonun Alçalı kəndində qar örtüyü formalaşıb.
Bölgədə havanın temperaturunun aşağı düşməsi nəticəsində yağıntı qar şəklində qeydə alınıb.
Məlumata əsasən, dağlıq ərazilərdə hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqədar qar yağışının davam edəcəyi ehtimal edilir.
Ərazidə qarın yaratdığı füsunkar mənzərini özündə ehtiva edən videonu təqdim edirik: