Azərbaycan Dəmir Yolları (ADY) Dərnəgül stansiyasını istifadəyə verib.
Xəbər verilir ki, yeni stansiya Bakı Dəmiryol Vağzalı-Dərnəgül-Xırdalan və əks istiqamətdə fəaliyyət göstərəcək.
Bununla da sərnişinlər artıq qatar vasitəsilə Dərnəgüldən Xırdalan, Biləcəri və digər istiqamətlərə daha rahat və operativ şəkildə hərəkət edə biləcəklər.